Gündəm 

30 il sonra ilk: buğda vaqonları Azərbaycan üzərindən İrəvana gedir

Qazaxıstan taxılının Azərbaycan üzərindən Ermənistana daşınmasına başlanılıb. Qazaxıstandan gələn 15 vaqon buğda noyabrın 5-də Azərbaycan sərhədini keçərək Yalamaya doğru istiqamət götürüb. Yalama–Biləcəri–Hacıqabul–Böyük Kəsik marşrutu ilə daşınan yük noyabrın 4-də Rusiyadan gələn 15 vaqonun ardınca Ermənistanın Dalarik stansiyasına yola salınacaq. Xatırladaq ki, Prezident İlham Əliyev bu il oktyabrın 21-də Qazaxıstanda səfəri zamanı Azərbaycanın Ermənistana yük tranziti ilə bağlı işğaldan bəri qüvvədə olan bütün məhdudiyyətləri aradan qaldırdığını bəyan etmişdi. Bu xəbər təkcə bir logistika faktı deyil – Cənubi Qafqazda tarixi dönüş nöqtəsinin başlanğıcıdır. Çünki bu addımla Azərbaycan 30 illik qarşıdurmadan sonra real…

Read More
Gündəm 

Dastana çevrilən Şuşa əməliyyatı

  Fəqət Şadlinskaya YAP Bərdə rayon təşkilatının sədri Tarixi Zəfərimizdən bizləri beş  illik  zaman ayırır. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 10 noyabr 2020-ci ildə Azərbaycanın hərbi-siyasi Qələbəsinin, Ermənistanın kapitulyasiyasının təsdiqi olan üçtərəfli Bəyanatın imzalanmasından sonra  xalqa  müraciətində vurğulandığı kimi,  sentyabrın 27-də nə baş verib, onu tarixçilər deyəcək. Necə başlayıb, onu hesab edirəm ki, bir çoxları bilir. Artıq Azərbaycan xalqının səbri tükənmişdi: “Mən Ermənistan baş nazirinə son görüşlərdə demişdim ki, siz odla oynamayın, Azərbaycan xalqının səbri ilə oynamayın. Siz Azərbaycan xalqını tanımırsınız, siz tanıyacaqsınız bizi, amma gec olacaq. Düz…

Read More
Gündəm 

“Prezidentin Azərbaycan dili haqqında fikirləri sözün əsl mənasında gündəm yaratdı” – Qulu Məhərrəmli

Qulu Məhərrəmli: “Əvvəl rusca, indi ingilis, türk dilində danışanlar nəticə çıxarmalıdır” Azərbaycan dilinin saflığının qorunması məsələsi son illər ictimai diqqətin əsas mövzularından birinə çevrilib. Bu mövzu Prezident İlham Əliyevin də daim önəm verdiyi məsələlər sırasındadır. Dövlət başçısı Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 80 illik yubileyinə həsr olunan yığıncaqdakı çıxışında ana dilimizin qorunması ilə bağlı vacib fikirlər səsləndirib. Prezident vurğulayıb ki, Azərbaycan dilinin saflığının qorunması təkcə dövlətin deyil, hər bir vətəndaşın mənəvi borcu olmalıdır. Prezident İlham Əliyev çıxışında bunları deyib: “Azərbaycan dilinin saflığının qorunması hər bir Azərbaycan vətəndaşının işi olmalıdır. Yəni,…

Read More
Gündəm 

Göyçə Sevan oldu, Basarkeçər Vardenis – Qərbi Azərbaycanda tarix necə dəyişdirildi?

Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyinə həsr olunmuş tədbirdə Prezident İlham Əliyevin çıxışı yalnız elm ictimaiyyəti üçün deyil, həm də bütün cəmiyyət üçün ciddi mesaj idi. Dövlət başçısı tarix, yaddaş və milli kimlik məsələlərinə toxunaraq bir daha xatırlatdı ki, Azərbaycanın zəngin tarixi əsrlər boyu təhrif olunub, saxtalaşdırılıb, lakin artıq bu təbliğata qarşı milli həqiqətlərimizi dünyaya çatdırmaq zamanıdır. Prezident çıxışında bildirdi:“Bizim zəngin tariximiz əfsuslar olsun ki, Ermənistan və erməni diasporu tərəfindən uzun illər ərzində təhrif edilmişdir və bu istiqamətdə bizə qarşı aparılan təbliğat bu gün də dayanmır. Ona görə bunun…

Read More
Gündəm 

Azərbaycanın iqtisadi güc, siyasi iradə və regional liderlik layihəsi

Zəngəzur dəhlizinin Ermənistanla sərhədə qədər olan hissəsində işlər tamamlanma mərhələsinə çatır Bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X” hesabında yazıb. O, qeyd edib ki, Azərbaycan regional nəqliyyat və logistika əlaqələrinin qurulması istiqamətində yerində gərgin iş aparır”. Bu bəyanat, əslində, son illərin ən mühüm regional layihələrindən birinin artıq icra mərhələsində olduğunu göstərir. Azərbaycanın strateji məqsədi  ölkənin əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə birləşdirən, eyni zamanda, regionun tranzit potensialını artıran Zəngəzur dəhlizinin – “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP)nun tikintisi reallığa…

Read More
Gündəm 

“Ermənistana taxıl Azərbaycandan keçən marşrutla gəlir” – erməni nazir xüsusi açıqlama yaydı

Musavat.com xəbər verir ki, Ermənistan iqtisadiyyat naziri ölkəsinə Qazaxıstandan göndərilən buğdanın yaxın günlərdə Azərbaycandan tranzit keçməklə çatacağını açıqlayıb. Nazirin sözlərinə görə, hazırda Rusiya buğdasının da bir partiyası eyni marşrutla – Azərbaycan ərazisindən tranzitlə – Ermənistana daşınır. Bu fakt Azərbaycanla Ermənistan arasında kommunikasiya xətlərinin faktiki işlədiyini göstərir və regionda ticarət əlaqələrinin bərpası istiqamətində mühüm addım kimi qiymətləndirilir. Ekspertlər bildirirlər ki, bu, həm logistika baxımından daha sərfəli marşrutdur, həm də regionda iqtisadi sabitliyin möhkəmlənməsi baxımından yeni mərhələ sayıla bilər.

Read More
Gündəm 

Tarixi Zəfərə gedən yol

Tarixi Zəfərimizin beş ili tamam olur. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun 2020-ci ilin 44 günlük İkinci Qarabağ müharibəsində yazdığı şanlı   Zəfər tarixi milli kimliyimizi, qürurumuzu özümüzə qaytardı. Bu şanlı Qələbəmiz daim keçilən yolun təhlilini bir zərurət kimi qarşıya qoyur. 44 günlük Vətən müharibəsinin rəmzinə çevrilən «Dəmir yumruq» əməliyyatı  gücümüzün, birliyimizin təqdimatı oldu. Müharibənin  ilk saatlarından cəbhə xəttindən sevindirici xəbərlər gəlməyə başladı. 44 gün ərzində hər gün Azərbaycan Ordusu irəli gedirdi, hər gün yeni şəhərlər, kəndlər, qəsəbələr, yüksəkliklər azad edilirdi. Azərbaycan əsgəri, Azərbaycan zabiti bir…

Read More
Gündəm 

Prezidenti İlham Əliyevin Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyində çıxışı.

Prezident İlham Əliyev 3 noyabr 2025-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyinə həsr olunmuş tədbirdə çıxış edərək, Akademiyanın ölkəmizin elmi inkişafında mühüm rol oynadığını vurğulayıb. O, qeyd edib ki, səkkiz onillik ərzində Azərbaycan elmi müxtəlif dövrlərdə – həm sovet, həm də müstəqillik illərində – mühüm nailiyyətlər qazanıb və bu prosesdə Akademiyanın rolu əvəzsiz olub. Dövlət başçısı Ulu Öndər Heydər Əliyevin 1970-ci illərdə elmin inkişafına göstərdiyi diqqət və qayğını xüsusi qeyd edib, həmin dövrdə yeni tədqiqat institutlarının yaradıldığını, elmin maddi-texniki bazasının gücləndirildiyini xatırladıb. O, bu siyasətin bu gün də…

Read More
Gündəm 

Təmiz, saf, ədəbi Azərbaycan dilinin qoruyucuları bizik – müstəqil Azərbaycan dövləti

Bizim şanlı Vətən müharibəmiz. Bildiyiniz kimi, onun hər bir mərhələsi, hər bir günü öyrənilir, öyrənilib və bir çox beynəlxalq hərbi ali məktəblərində də tədqiq edilir. O cümlədən pilotsuz uçuş aparatlarının tətbiqi. Müharibədə məhz birinci biz bunu tətbiq etmişik. Bu gün müasir müharibələri bunsuz təsəvvür etmək mümkün deyil. Yəni, bunun təməlini biz qoymuşuq və bu gün bu istiqamətdə Azərbaycanda çox böyük işlər görülür. Biz bu məhsulları həm xarici bazarlardan tədarük edirik, eyni zamanda, özümüz də bir çox növdən ibarət pilotsuz uçuş aparatlarını istehsal etməyə başlamışıq və bunu davam etdirəcəyik. Burada da…

Read More
Gündəm 

Bizim qədər parlaq, tam və mütləq Qələbə qazanan ikinci ölkə olmayıb

Prezidenti İlham Əliyevin 3 noyabr 2025-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyində çıxışında qeyd edib ki, Azərbaycan alimləri bundan sonra da ölkəmizin uğurlu inkişafına öz töhfələrini verəcəklər.   Akademiya 80 il ərzində böyük yol keçmişdir, Azərbaycanda elmin inkişafında aparıcı rol oynamışdır. Bu illər ərzində biz müxtəlif ictimai-siyasi quruluşlarda yaşasaq da, Azərbaycan hər zaman öz elminin inkişafına böyük diqqət yetirirdi.   Ulu Öndər Heydər Əliyev hər zaman Azərbaycan alimlərini dəstəkləmək üçün öz səylərini əsirgəmirdi. Hələ ötən əsrin 70-ci illərində onun rəhbərliyi ilə Akademiyanın fəaliyyəti təkmilləşdi, bir neçə yeni elmi-tədqiqat…

Read More