Gündəm 

8 Noyabr – Qürur və Zəfər Günümüz

Azərbaycan tarixinin ən parlaq səhifələrindən biri – 8 Noyabr Zəfər Günü xalqımızın əzmini, birliyini və mübarizə ruhunu bütün dünyaya nümayiş etdirdi. Bu gün təkcə bir qələbənin deyil, əsrlər boyu çəkilən həsrətin sona çatmasının, ədalətin bərpasının, Vətənin bütövlüyünün simvoludur. 2020-ci ilin həmin noyabr günündə Azərbaycan xalqı Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində tarixi qələbə qazandı. Düşmən üzərində bu möhtəşəm qələbə milli ruhun, igidliyin və birliyin təntənəsi oldu. Şuşanın azad edilməsi ilə həm tarixi, həm mənəvi, həm də milli kimliyimiz öz yerinə qayıtdı. “Şuşasız Qarabağ, Qarabağsız…

Read More
Gündəm 

Xalqı mübarizəyə səsləyən çağırış – ŞƏRH

2 noyabr 1993-cü ildə  Prezident Heydər Əliyev televiziya və radio ilə xalqa müraciət edərək ölkə əhalisini Ermənistan ordusunun işğalçı hücumlarına qarşı səfərbərliyə çağırıb. Müraciətindən sonra minlərlə insan Milli Orduya səfərbər olunub. Qeyd edək ki, bu tarixi müraciət Ermənistanın hərbi təcavüzünün başladığı gündən dövlət rəhbəri səviyyəsində Azərbaycan xalqını mübarizəyə səsləyən, səfərbər olmağa çağıran ilk çağırış olub.  Bu tarixi çıxışında Ulu Öndər dövlətçiliyin mühüm atributlarından biri olan ordunun böhran vəziyyətinə gətirilməsinin səbəb və səbəbkarlarından geniş söhbət açmış, yeni silahlı qüvvələrimizin yaradılması üçün xalqın və dövlətin qarşısında dayanan vəzifələrdən danışmışdı. Ümummilli Lider, həmçinin…

Read More
Gündəm 

Yetişmiş sosial sifariş – RƏY

Müasir ictimai və iqtisadi münasibətlər sistemlərində “sosial sifariş” olduqca mühüm amil hesab olunur. “Sosial sifariş” elə bir təkzibolunmaz arqumentdir ki, onun konkret bir cəmiyyətdə yetişməsi qaçılmaz olaraq dövlət siyasətinin bu və ya digər istiqamətində müvafiq korrelyasiyaların aparılmasını zəruri edir. Dünya ölkələrinin təcrübəsinə müraciət etsək görə bilərik ki, yetişmiş sosial sifarişin mövcudluğu dövlət aparatı üçün eyni zamanda müəyyən indikator rolunu oynayır. Belə ki, statistik göstəriciləri təhrif və etibarsız elan etmək mümkün olduğu halda cəmiyyətdə konkret məsələ ilə bağlı yetişmiş “sosial sifarişi” simulyasiya etmək çox çətin və kifayət qədər “bahalı” işdir. İstənilən…

Read More
Gündəm 

Monqolustan əti niyə 12 manatdır? – SƏBƏBİ BİLİNDİ

  Son günlər Azərbaycanın bazarını bürüyən Monqolustandan gətirilən qoyun əti geniş müzakirələrə səbəb olub. Vətəndaşlar həmin ətin islami qaydalara uyğun kəsilib-kəsilmədiyini və qiymətini müzakirə edirlər. Çünki həmin qoyun ətinin qiyməti yerli ətlərə nisbətə ucuzdur. Məsələn, yerli qoyunun ətinin qiyməti 20 manat civarında dəyişsə də, “monqol əti”nin qiyməti isə 12 manatdır. Qeyd edək ki, Azərbaycana xaricdən gətirilən dondurulmuş qoyun ətinin 91%-i Monqolustanın payına düşür. Bəs “monqol əti”nin qiyməti niyə ucuzdur? Day.Az bu məsələni araşdırıb. “Monqol əti”nin ucuzluğunun səbəbləri: Çox böyük və nisbətən ucuz xammal – sürü sayı və otlaqlar Monqolustan dünya…

Read More
Gündəm 

Prezident İlham Əliyevdən Göyçə gölü ilə bağlı SENSASİON ÇIXIŞ: “O xəritələri biz tərtib etməmişik”

Azərbaycanlıların indiki Ermənistana qayıtması Ermənistan xalqını və dövlətini qorxutmamalıdır. Musavat.com xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubiley yığıncağında çıxışı zamanı söyləyib. Dövlət başçısı bildirib ki, Qarabağ və Şərqi Zəngəzur haqqında danışdıqda Azərbaycan tarixi haqqında da danışılmalıdır: “Bizim zəngin tariximiz əfsuslar olsun ki, Ermənistan tərəfindən, erməni diasporu tərəfindən uzun illər ərzində təhrif edilmişdir və bu istiqamətdə bizə qarşı aparılan təbliğat bu gün də dayanmır. Ona görə bunun qabağına biz öz həqiqətlərimizi qoymalıyıq. Bu barədə mən 10 il bundan əvvəl Akademiyanın 70 illiyində danışmışam. Bu…

Read More
Gündəm 

Ermənistan Rusiyaya “qaz zərbəsi” vura bilər – İrəvan Bakıya yönəlir?

Erməni politoloq Benyamin Matevosyanın son açıqlamaları diqqət çəkib. O bildirib ki, Ermənistan hökuməti Azərbaycandan təbii qaz almağı planlaşdırır. Bu barədə Teleqraf məlumat yayıb. Ekspertin fikrincə, bu, Ermənistanın Rusiya qazından imtinası fonunda baş verəcək: ““Avronest”in İrəvanda keçirilən son plenar iclasında Avropa Parlamentinin bir üzvü Ermənistanı Rusiya qazı və işığından imtina etməyə çağırmışdı”. Matevosyan hesab edir ki, avropalı parlamentari əslində Ermənistanın hakim partiyası Mülki Müqavilənin mövqeyini ifadə edib. Politoloq partiyanın deputatı Qaqik Melkonyandan sitat da gətirib: “Azərbaycan qazı zəhərlidirmi ki, onu almayaq? Bir gün Rusiya qazından imtina etmək lazımdır ki, müstəqil yaşaya…

Read More
Gündəm 

“Sevan” yox, Göyçə!!!

Prezident İlham Əliyevin Azərbaycan Milli Elmlər Akademiyasındakı (AMEA) çıxışında Göyçədən bəhs etməsi mərhum Heydər Əliyevin təxminən 25 il əvvəl, İran prezidenti Məhəmməd Hatəmi ilə görüş zamanı Xəzərə “Mazandaran gölü” deyən iranlı jurnalistə verdiyi cavabı xatırlatdı. O zaman dövlətimizin başçısı “Siz hörmətli jurnalist, sualınızda bir səhv buraxdınız. Mən istərdim ki, gələcəkdə belə bir səhvlər buraxmayasınız. Dünya xəritəsində Mazandaran gölü adlı bir göl yoxdur. Əgər belə bir göl İran ərazisindədirsə, mən onu hələ tanımıram. Xahiş edirəm, mənə tanıdasınız”, deyərək fars şovinistlərini susdurmuşdu. Hətta Hatəminin “Siz tərəfdə Xəzərə Qəzvin gölü, İranda isə Mazan­daran…

Read More
Gündəm 

Avropa İttifaqı ilə Azərbaycan arasında media sahəsində əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub

Azərbaycanın Rumıniyadakı səfirliyində Avropa Parlamentinin deputatı Kristian Terheşlə görüş keçirilib. Görüşdə Audiovizual Şuranın sədri İsmət Səttarov, Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov, AZƏRTAC-ın İdarə Heyətinin sədri Vüqar Əliyev, Azərbaycanın Rumıniyadakı səfiri Qüdsi Osmanov iştirak ediblər. AZƏRTAC xəbər verir ki, söhbət zamanı Avropa İttifaqı ilə Azərbaycan arasında informasiya, kommunikasiya və media sahəsində əməkdaşlığın inkişaf perspektivləri, eləcə də regionda informasiya təhlükəsizliyinin təmin olunması məsələləri müzakirə olunub. Kristian Terheş qeyd edib ki, Avropa Parlamenti Cənubi Qafqaz regionunda sülhün möhkəmlənməsinə və dialoqun təşviqinə böyük önəm verir. O, Azərbaycanın müasir informasiya siyasətini, medianın müstəqilliyinin…

Read More
Gündəm 

Ermənistanda “Azərbaycan dili sevgisi”

Orta məktəblərində guya Azərbaycan dilini öyrənmək (gülməlidir, həm də 10-cu sinifdə!) xəbərlərinin arxasında ya Avropa Birliyindən qrant qoparmaq  niyyəti dayanır, ya da dünyanın gözünə “kül üfürmək” niyyəti… Ermənilər indi guya “ayılıblar” ki, qonşu dövlətlərin dillərini öyrənmək lazımdır. Erməni mediası xəbər verir ki, ölkənin Təhsil və Elm Nazirliyi regional dil tədrisi üçün xüsusi proqram hazırlayıb. Belə ki, fars və gürcü dillərinin 5-ci sinifdən tədrisinə icazə verilir. Azərbaycan və türk dillərinin isə yalnız orta məktəbdə 10-cu sinifdən(?!) öyrənmək olar. Bildirilir ki, 2025-2026 tədris proqramında adı açıqlanmayan üç ümumtəhsil məktəbində Azərbaycan dilini öyrənmək…

Read More
Gündəm 

Bir gün zirvədə, sabah dibdə: Gələcəyin pulu, yoxsa əsəblərin sınağı?

Kriptovalyuta bəziləri tərəfindən “gələcəyin pulu”, bəziləri tərəfindən isə “əsəblərin sınaq meydanı” kimi xarakterizə edilir. Virtual olmasına baxmayaraq, o, real dünyada ciddi təsir göstərməkdə davam edir. Bir gün qiyməti zirvədə, digər gün isə dibdə olan bu valyutaların ticarəti investorları həyəcanla izləməyə və bəzən çox yüksək risklərə atılmağa məcbur edir. Kriptovalyutalar səbəbindən bəzi insanlar hətta həyatlarına son qoyublar. Buna baxmayaraq, bu sahəyə maraq hələ də azalmır. Kriptovalyutaların gətirdiyi stres və psixoloji yük haqqında danışan kriptovalyuta investoru Murad Cəfərli uzun illərdir ki, bu bazarda fəaliyyət göstərdiyini bildirib. O, bütün sərmayəsini kriptovalyutaya yönəldib və…

Read More