Gündəm 

Paşinyanın sonrakı hakimiyyətə saxlayacağı miras – Ter-Petrosyan niyə “tüstülənir”?

Kapitulyant Ermənistanda sülh və müharibə tərəfdarları arasında rəqabət axırıncı həlledici mərhələsinə girib. Yeganə pozitiv budur ki, birincilər hakimiyyətdədir və ictimai dəstəkləri güclü olmasa da, radikal-revanşist müxalifətdən aşağı da deyil, yuxarıdır. Gözlənilən idi. Ağ Evdəki 8 avqust anlaşmalarından, o sırada sülh sənədinin paraflanması və Zəngəzur dəhlizi ilə bağlı ortaq razılıqdan sonra “böyük ermənistan” xəyalpərəstlərinin hərəkətə keçməsi qətiyyən təəccüblü deyil. Kilsə və xaricdəki lobbi də daxil, indi bu xəstə başları bir məsələ düşündürür: Paşinyan iqtidarını necə iqtidardan salmaq ki, sülh müqaviləsinin imzalanması mümkün olmasın… “Mən Ermənistanın növbəti hakimiyyətinə həsəd aparmıram. Nədən ki,…

Read More
Gündəm 

Azərbaycanın suverenliyinin tam bərpası və Dövlət Suverenliyi Gününün təsis edilməsi

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 19 sentyabr 2024-cü il tarixli sərəncamı ilə ölkəmizdə Dövlət Suverenliyi Gününün təsis edilməsi, Azərbaycan xalqının tarixi qələbələrinin rəsmi qeyd olunması baxımından müstəsna əhəmiyyət kəsb edir. Bu sərəncam, Ermənistanın uzun illər davam edən işğalçılıq siyasətinə qarşı Azərbaycanın mübarizəsinin zirvə nöqtəsi olan 2023-cü il antiterror əməliyyatını əsas götürərək, hər il sentyabrın 20-ni Dövlət Suverenliyi Günü kimi qeyd etməyi nəzərdə tutur. Bu qərar, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa edilməsini simvollaşdırır və milli birlik ruhunu gücləndirir. Sərəncamın əsasında dayanan tarixi hadisələrə nəzər salsaq, Ermənistanın 1990-cı illərin əvvəllərindən…

Read More
Gündəm 

KOBİA yerfındığı ilə bağlı daxili bazar araşdırması aparacaq

İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) yerfındığı ilə bağlı daxili bazar araşdırması aparmağa başlayır. “İki sahil” dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, bununla bağlı elan edilmiş açıq tenderin qalibi “İnnovativ Trainings” MMC olub. Qalib şirkətdən alınan məsləhətə görə 162 min manat ödəniləcək. Araşdırma mövsümi tələbat və ehtiyat toplama praktikasının olub-olmaması, yerli xammalın emal məhsullarında payı, yerfındığının yetişdirilməsi ilə əlaqədar subsidiya mexanizmlərinin mövcudluğu, yerfındığı və emal olunmuş məhsullar üzrə son 3 ilin idxal və ixrac statistikası, Azərbaycanda yerfındığının yetiştirilməsi üçün münbit regionlar və bu məhsullar üzrə…

Read More
Gündəm 

“Dağlıq Qarabağ”ın son günləri: uydurmalar, xaos və reallıq-Ermənilər yazır…

Ermənistan mətbuatında son günlər tez-tez “Dağlıq Qarabağ”ın son günləri barədə emosional, çox vaxt isə əsassız yazılar dərc olunur. Əksər hallarda bunlar faktlara əsaslanmayan uydurmalar olub, ictimai rəyə təsir göstərmək məqsədi daşıyır. Məsələni daha da diqqətəlayiq edən isə bu yazıların arxasında dayanan dairələrin aydın olmasıdır. İndi də məlumat yayılıb ki, separatçı qurumun rəhbəri Samvel Şahramanyan bütün addımlarını “onlayn rejimdə” Ermənistan baş naziri Nikol Paşinyanla razılaşdırıb. Xaosun və panikanın gerçək üzü Əslində isə vəziyyət tamamilə fərqli olub. Ermənilərin öz mətbuatında yayılan məlumatlara görə, Qarabağın son günlərində iki keçmiş prezident və parlament sədri…

Read More
Gündəm 

20 sentyabr – ərazi bütövlüyünün və milli iradənin bayramı

Bu gün – sentyabrın 20-si Azərbaycanda Dövlət Suverenliyi Günüdür. Bu günün özəlliyinə keçməzdən əvvəl “Azərbaycan Respublikasında Dövlət Suverenliyi Gününün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamından çıxarışa diqqət edək. Prezident İlham Əliyevin Sərəncamında qeyd olunur: “Hər bir xalq üçün öz taleyinə sahib olmaq, müstəqil dövlətini yaradaraq inkişaf etdirmək onun ən böyük nailiyyətidir. Tarixin müxtəlif mərhələlərində üzləşdiyi çətinliklərə, işğala, məhrumiyyətlərə baxmayaraq, heç bir qüvvə xalqımızın müstəqillik, dövlətçilik əzmini sarsıda bilməmişdir. Azərbaycan xalqı bu gün öz müstəqil dövlətinə sahibdir, qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı hesabına əldə edilmiş ərazi bütövlüyümüz, suverenliyimiz xalqımızın…

Read More
Gündəm 

Bu gün suverenliyimizin tam bərpası günüdür

Milli Məclisdə Dövlət Suverenliyi Gününə həsr edilən konfrans keçirildi; Deputat: “Bir sutkalıq lokal xarakterli antiterror tədbiri bu Zəfərin başının tacıdır” 2023-cü il, sentyabrın 19-da Azərbaycanın Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması və Ermənistan silahlı qüvvələrinin qalıqlarının tərk-silah edilərək torpaqlarımızdan çıxarılması, həmin ərazilərdə Azərbaycan Respublikası konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə lokal xarakterli antiterror tədbirlərinə başlandı. Cəmi 23 saat 43 dəqiqə davam edən əməliyyat nəticəsində müzəffər Azərbaycan Ordusu qarşısındakı bütün vəzifələri yüksək peşəkarlıqla yerinə yetirdi.  2023-cü il, sentyabrın 19-da Azərbaycanın Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması və Ermənistan…

Read More
Gündəm 

Ürək dərmanı ilə bağlı xəbərdarlıq – bu preparatla birlikdə qəbulu ölümcül ola bilər

Mütəxəssislər milyonlarla insanı xəbərdar edib: qan durulducu dərman varfarin bəzi vitamin və bitki tərkibli əlavələrlə birlikdə qəbul ediləndə ölümcül reaksiyalara səbəb ola bilər. İngiltərədə ən çox təyin edilən antikoaqulyant olan varfarin, ifliclə nəticələnə biləcək qan laxtalarının qarşısını almaq üçün bir milyondan çox xəstəyə yazılır. Dərman qanın damarlarla daha rahat hərəkət etməsinə kömək edir və ürək ritm pozğunluğu, ürək qapağı əməliyyatı, qan laxtalanma problemləri və əməliyyatdan sonrakı dövrdə xəstələrə verilir. Lakin İngilis Ürək Fondunun mütəxəssisi Viktoriya Teylor xəbərdarlıq edib ki, varfarini K vitamini, omega-3 əlavələri və məşhur bitki dərmanı sarı kantaron…

Read More
Gündəm 

6 gündən sonra İrana… – Uzaq yola çıxan Tehranı niyə “tapança götürməyə” qoymurlar?

Yayılan xəbərlərdən belə anlaşılır ki, 12 günlük müharibədə “qələbə qazanması”na baxmayaraq, nüvə silahı əldə etmək niyyətindən vaz keçmək niyyətində deyil. Yuxarıdakı cümlədə “qələbə qazanması” ifadəsi ona görə dırnaq işarələri arasında verilir ki, əslində iyun ayının 12-də başlayan və 24-də başa çatan müharibədə İsrailin hərb maşını İranın generallarını və nüvə fiziklərini, ABŞ isə bu ölkənin yeraltı nüvə obyektlərini vurub sıradan çıxarıb və bunu qələbə kimi qələmə vermək çətindir. Güman olunurdu ki, bu qısa müddətli, ağır nəticəli savaşdan sonra İran nüvə proqramını inkişaf etdirməkdən imtina edəcək, ölkənin iqtisadi potensialını hərtərəfli inkişafa, xalqın…

Read More
Gündəm 

Suverenlik müstəqil Azərbaycanın varlığını, inkişaf və tərəqqisini təmin edən əsas amildir

Prezident İlham Əliyevin 19 sentyabr 2024-ci il tarixli “Azərbaycan Respublikasında Dövlət Suverenliyi Gününün təsis edilməsi haqqında” Sərəncamında bildirilir ki, hər bir xalq üçün öz taleyinə sahib olmaq, müstəqil dövlətini yaradaraq inkişaf etdirmək onun ən böyük nailiyyətidir: “Tarixin müxtəlif mərhələlərində üzləşdiyi çətinliklərə, işğala, məhrumiyyətlərə baxmayaraq, heç bir qüvvə xalqımızın müstəqillik, dövlətçilik əzmini sarsıda bilməmişdir. Azərbaycan xalqı bu gün öz müstəqil dövlətinə sahibdir, qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı hesabına əldə edilmiş ərazi bütövlüyümüz, suverenliyimiz xalqımızın milli sərvətidir.” Özünün siyasi, mədəni tarixinə, taleyinə sahib çıxmaq, müstəqil dövlətini yaradaraq inkişaf etdirmək hər xalqa…

Read More