Şou biznes 

Aparıcı Nigar Fərhad təhdidə keçdi: vəkillərim dəlil toplayır – VİDEO

“Kanal S”in aparıcısı Nigar Fərhad onu təhqir edən şəxslərlə bağlı hüquqi addımlar atacağını bildirib. Milli.Az xəbər verir ki, aparıcı bu barədə sosial media hesabında paylaşım edib. O, vəkillərinin sübutları topladığını və böyük bir şikayət ərizəsi hazırladıqlarını qeyd edib. “Vəkillər dəlilləri toplayırlar ki, böyük bir şikayət qaldırsınlar. Təhqirə keçən hər kəslə bağlı tədbir görəcəyəm. Dünən yaşıl işıq verdim ki, kim hara qədər gedəcək. Mən bilirdim ki, hər şey yaxşı olacaq. Mən heç bir qayda, qanun pozmamışdım. Azad fikrimi demişdim, onu da təhrif ediblər. Ağdan ağ, sudan duru idim. Ona görə gözləyirdim…

Read More
Şou biznes 

“Atasız qızların qeyrətinə söz demək sənin başın üçün deyil”

Xəbər verdiyimiz kimi, “Kanal S”in aparıcısı Nigar Fərhad açıqlaması ilə gündəm olub. Axşam.az-ın məlumatına görə, onun efirdə dediyi “Mən oğluma atası olmayan qızı ala bilmərəm” fikri birmənalı qarşılanmayıb. N.Fərhadın fikri sosial şəbəkələrdə sərt tənqid edilib. Bir çox məşhur paylaşım edərək Nigara sərt reaksiya verib. Aktrisa Zümrüd Qasımova Nigarın sözlərini paylaşaraq “Bu nə danışıqdır? Bu nə düşüncədir? Bu xanım nə danışır görəsən? Vay” sözlərini yazıb. Hazırda ABŞ-də yaşayan aparıcı Günel Hümbətova “Hər yoldan keçəni efirə çıxardanda axırı belə olur! Atasız qızların qeyrətinə söz demək sənin kimi intellektsiz hüceyrələrin başı üçün deyil ha!!…

Read More
Şou biznes 

Məşhurlarımız fitrə verəcəkmi? – SORĞU

Sabah Ramazan bayramıdır. Müsəlmanların müqəddəs ayının – oruc tutmağın mühüm əməllərindən biri fitrə zəkatın verilməsi sayılır. Fitrə zəkatı Ramazan ayının son günü – bayram axşamı şam namazından sonra çıxarılmalıdır. Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurasının fətvasına görə Azərbaycanda adambaşına 10-15 manat fitrə zəkatı verilməlidir. ARANTV.AZ xəbər verir ki, Teleqraf Azərbaycanın məşhur sənətçilərinə “Fitrə verirsinizmi” sualı ilə müraciət edib. Sorğunun nəticəsini təqdim edirik: Xalq artisti Gülyanaq Məmmədova: “Fitrə zəkatı Ramazan bayramında verilir, zəkat isə Allahın müsəlmanlara buyurduğu dini vergidir. Yəni ki, zəkat bayramda deyil, başqa bir vaxtda maddi imkanı olmayan insanlara da verilir. Ramazan –…

Read More
Şou biznes 

“Sevinc Heydərovanın xeyrinə qərarlar verirdi…” – Flora Kərimovanın köməkçisi məhkəmədən danışdı

“Biz bütün faktları təqdim etmişik, indi məhkəmənin qərarını gözləyirik. Ümid edirik ki, Ali Məhkəmə Sevinc Heydərova ilə bağlı ədalətli qərar verəcək”. Bunu Musavat.com-a açıqlamasında Xalq artisti Flora Kərimovanın köməkçisi Əli Davud deyib. O bildirib ki, müğənni ixtisasca nevroloq olan, lakin uzun müddət plastik-cərrah sertifikatı ilə fəaliyyət göstərən Sevinc Heydərova ilə bağlı hüquqi mübarizəsini davam etdirir: “Flora xanım 4 dəfə ekspertizadan keçdi. Hətta sonuncu dəfə özümüz də ekspert cəlb etdik. Bununla belə məhkəmə Sevinc Heydərovanın xeyrinə qərar çıxardı.  Hazırda işə Ali Məhkəmə baxır. Güman edirik ki, həkimin sertifikatı ləğv olunduqdan sonra…

Read More
Şou biznes 

Samirənin Xankəndidə papaqatma macərası – VİDEO

Aşıq Samirə Əliyeva Novruz bayramını Xankəndidə keçirib.  İfaçı oradakı sakinlərin qapısına papaq atıb. Həmin anları izləyiciləri ilə bölüşən Samirə bunları yazıb: “Bir zamanlar evlərindən yeni didərgin düşmüş insanların qapılarına papaq atanda əksəriyyəti heç qapını açmırdılar. Uşaq idim deyə küsürdüm. Başa düşmürdüm ki, axı faciə yaşayan insanlarda hansı bayram əhvalı ola bilər, ay Samirə? Bəlkə süfrələri də boşdur. Allaha həmd olsun, o qəmgin xatirələri bu gün xoş xatirələrlə əvəz etmək nəsibimiz oldu. Elindən, obasından didərgin düşənlər artıq öz isti yuvalarına dönüblər, bayramı elə bayram əhval-ruhiyyəsində qeyd edirlər. Bu xoş günləri bizə…

Read More
Şou biznes 

“Valideyninə görə sənətə gələn uşaq yarı yolda qalar”

Xalq artisti Mənsum İbrahimov “Qonaqcanlı” verilişində qonaq olub. Xanəndə valideynlərin istəyi ilə uşaqların sənətə gəlməsini doğru hesab etmədiyini bildirib: “Valideyninə görə sənətə gələn uşaq yarı yolda qalar. Çünki biz heç kimə görə sənətə gəlməmişik, o vaxt muğama gəlmək çox çətin idi. İnan ki, qəhrəmanlıq idi. Bir televiziya kanalımız var idi, ora düşmək çətin idi. O vaxt indiki kimi müsabiqələr yox idi ki, günlərlə efirdə görünəsən. Məsələn mən özüm müsabiqə ilə gəlmişəm. Cəmi bir gün oxumuşam. O da efirdə də getməyib”. (axsam.az)

Read More