Cəmiyyət 

Nəqliyyat sektoruna 2 ayda 607 milyon manat investisiya yönəldilib

 

Azərbaycanda nəqliyyat və anbar təsərrüfatı sektoru üzrə 2026-cı ilin ilk aylarında da statistik göstəricilərdə artım qeydə alınıb.

Musavat.com xəbər verir ki, fevral ayının sonuna olan məlumata əsasən, nəqliyyat və anbar sektorunun ÜDM-də payı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə artaraq 7,5%-ə çatıb. Qeyri-neft/qaz ÜDM-də də artım müşahidə olunub və sektorun payı 10,3% təşkil edib.

Sahədə yaradılan əlavə dəyər də yüksəlməkdə davam edir. Yanvar-fevral aylarında bu göstərici 1 milyard 381 milyon 900 min manata çatıb. Bu, 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 2,4% və ya 105.7 milyon manat artım deməkdir. Sektor üzrə ümumi gəlir isə 2 milyard 267 milyon 200 min manat olub.

İnvestisiya qoyuluşu nəqliyyat sektorunun inkişafında əsas amillərdən biri olaraq qalır. Yanvar-fevral aylarında sahəyə yönəldilən investisiyaların həcmi 606.6 milyon manat olub. Yəni real ifadədə 12,1% artım olub.

Ümumilikdə nəqliyyat və anbar təsərrüfatı sektorunda qeydə alınan müsbət dinamika ölkənin logistika imkanlarının gücləndiyini və regional nəqliyyat qovşağı kimi mövqeyinin möhkəmləndiyini göstərir.

Daha çox xəbərlər