Şou biznes 

“TikTok”da şəxsiyyətsizliyi reklam edirlər – ElməddinVİDEO

Aktyor Elməddin Cəfərov açıqlaması ilə diqqət çəkib.  “Qapqara” layihəsində qonaq olan sənətçi “TikTok”da baş verən özbaşınalıqlardan söz açıb. Cəfərov bildirib ki, sözügedən platformada şəxsiyyətsizliyi reklam edirlər: “Çox üzülürəm. Mən bəlkə də başa salsam, onlar doğru yola yönələrlər. Amma “TikTok”da elələri var ki, özü də və özündən sonra gələn nəslin tərbiyəsini çox pozur. Burada söhbət ailə tərbiyəsindən getmir. Orada şəxsiyyətsizliyi reklam edirlər. Çünki adamların özündə bu yoxdur, özləri nədirsə onu da edirlər, onu da insanlara sırımağa çalışırlar. Və bütün bunların üzərinə özünə avtomobil və ev alanlar var deyə digər nəsil də…

Read More
Şou biznes 

“Bozbash pictures” bir arada – VİDEO

“Bozbash pictures” aktyorları – İlkin Həsəni, Ramil Babayev, Elşən Orucov və Nicat Rəhimov bir araya gəliblər.  Onlar birlikdə bölgələrdən birinə yollanıb. Həmin görüntüləri aktyorlar sosial şəbəkədə yayımlayıblar. Qeyd edək ki, “Bozbash pictures”in aktyorlarından olan Azər Baxşəliyev ötən ay dünyasını dəyişib.  (Axşam.az)

Read More
Şou biznes 

Elza Seyidcahan Mikayıl Müşfiqin ev muzeyinə piano və tar HƏDİYYƏ ETDİ – FOTO

Əməkdar artist, bəstəkar və şairə Elza Seyidcahan görkəmli Azərbaycan şairi Mikayıl Müşfiqin Xızının Sayadlar kəndində yerləşən xatirə muzeyinə dəyərli musiqi alətləri – piano və tar hədiyyə edib. Bu barədə Musavat.com-a açıqlama verən sənətçi, Mikayıl Müşfiqin yaradıcılığına və onun irsinə olan xüsusi sevgisini vurğulayıb. O bildirib ki, bir müddət əvvəl şairin anım günü ilə bağlı muzeyi ziyarət edərkən, orada Müşfiqin məşhur “Oxu, tar” şeirinə ilham verən tarın çatışmadığını müşahidə edib. Bu səbəbdən də muzeyə tar və piano hədiyyə etmək qərarına gəlib. “Mikayıl Müşfiq Azərbaycan poeziyasının parlaq simalarından biridir. Onun nakam taleyi və…

Read More
Şou biznes 

Reanimasiyaya yerləşdirilən Xalq artistinin səhhəti necədir?

Ötən gün xəstəxanaya yerləşdirilən Xalq artisti Fatma Mahmudovanın son vəziyyəti açıqlanıb. Aktrisanın səhhəti stabil olaraq qalır. Bu barədə Fatma Mahmudovanın qızı bildirib. “Hazırda reanimasiyadadır. Səhhəti stabildir. Ümid edirik həkimlər, tez zamanda bizə yaxşı xəbərini verərələr” -deyə o, qeyd edib. Xatırladaq ki, ötən gün beyin insultu keçirən Xalq artisti təcili olaraq xəstəxanaya gətirilib və reanimasiyaya yerləşdirilib. O daha əvvəl də eyni diaqnozla xəstəxanaya yerləşdirilib.(BAKU.WS)

Read More
Şou biznes 

“De, gəlsin” qayıdır – FOTO

İllər əvvəl fəaliyyəti dayandırılmış ANS kanalında yayımlanan “De, gəlsin” meyxana yarışması yenidən ekrana qayıdır. Bu barədə aktyor Elcan Rəsulov sosial şəbəkədə bildirib. O, aparıcı Emin Əfəndi ilə fotosunu izləyiciləri bölüşərək bunları yazıb: “Tezliklə “De, gəlsin” olacaq. Əfsanəvi proyekt yeni stildə, dizaynda, müasir formatda və sintezatorsuz meyxana olacaq. Yalnız sözə üstünlük veriləcək. Ona görə söz bilənlər hazır olsun”. Qeyd edək ki, “De, gəlsin!” meyxana yarışmasının ilk aparıcısı Emin Əfəndi olub. (Axşam.az)

Read More
Şou biznes 

“Kişilərin makiyaj etməsi mənə normal gəlmir”

“Bir sənədli filmdə gördüm ki, makiyaj əslində kişilər üçün yaradılıb. Sonra xanımlara keçib. Bu, mənə normal gəlmir”. Bu sözləri məşhur stilist Anar Ağakişiyev “MAG” proqramında deyib. “Özümdən misal çəkəcəyəm. Verilişlərə gedəndə üzümə pudra vurmamışam. Yaşlanmamışam, ancaq bu şey əzəldən şüuraltı qadınlar üçün yaranıbsa, bu, belə də davam etməlidir. Məncə, ehtiyac yoxdur”, – deyə Anar bildirib.   (olay)

Read More
Şou biznes 

Qardaşı şəhid olduğu üçün 5 ildir ortalıqdan yox olan müğənni Xana ÜZƏ ÇIXDI

44 günlük Vətən müharibəsində qardaşı şəhid olduğu üçün ifaçılığın daşını atan Xana adlı gənc müğənnidən xəbər var. Titul.az xəbər verir ki, 5 ildir ortalıqdan yoxa çıxan gənc ifaçı yenidən bu istiqamətdə fəaliyyətini bərpa edib. Xana artıq yeni mahnı da yazdırıb və yaxın günlərdə efirdə və musiqi platformalarında mövcud olacağını açıqlayıb. Qeyd edək ki, bir neçə il öncə bloger Rəsul Abbasovla oxuduğu duetlərlə məşhurlaşan Xana adlı gənc ifaçı 44 günlük Vətən müharibəsində qardaşı şəhid olduğu üçün bir daha bu sənəti davam etdirməmək barədə qərar vermişdi. Xananın qardaşı Əmirxan Babayev İkinci Qarabağ…

Read More
Şou biznes 

“Nəsildən-nəsilə ötürdüyümüz ən gözəl dəyər yaltaqlıqdır”

Müğənni Səidə Sultan növbəti dəfə qalmaqallı fikirlərini paylaşıb. Sənətçi instaqramda bu sözləri qeyd edib: “Dünyada hər ölkənin özünəməxsus mental dəyərləri var və onları nəsildən-nəslə ötürürlər. Bizim isə nəsildən-nəslə ötürdüyümüz ən gözəl dəyər yaltaqlıqdır. Bu işi bacaran insanlar özlərini komfortda hiss edirlər. Çox təəssüf ki, bu cür insanlar hər sahədə var, eləcə də şou-biznesdə. Bir zamanlar bəyənmədiklərinə indi “kim yaxşı yaltaqlıq edib” yarışına giriblər. Gedin yenidən gəlin, yaxşı yaltaqlanmadınız”.   (olay)

Read More
Şou biznes 

Məşhur azərbaycanlı müğənni indi şirniyyat bişirib satır – FOTO

“Şirniyyat bişirməyi sevirəm. Amma çox adam mənə rişxənd edir”. Bu sözləri müğənni Sevda Əliqızı “Xəzər axşamı” verilişində deyib. Sənətçi şirniyyat biznesi olduğunu bildirib. İfaçı bütün məhsulları özü bişirir. Aparıcı Mətanət Əliverdiyeva isə insanların onu tənqid etməsinə “Baxıram canlı yayımda Sevda blinçik bişirir. Altdan isə hamı nələr yazır. Kaş elə sizdə onun kimi nəsə edə bilərdiniz” sözləri ilə reaksiya verib.  (Axşam.az)

Read More