Şənbə, 04 İyl, 2026

Vəkili Rəqsanənin səhhətindən danışdı

Dələduzluqda ittiham olunaraq həbs edilən müğənni Rəqsanə İsmayılova ev dustaqlığına buraxılmaq üçün məhkəməyə müraciət edəcək. Bu haqda Musavat.com-a müğənninin vəkili Hikmət Əliyev açıqlama verib. O, onkoloji xəstəlikdən əziyyət çəkən müğənninin səhhətinin qənaətbəxş olduğunu bildirib: “Ev dustaqlığına buraxılması üçün hələ müraciət etməmişik. Amma müraciət edəcəyik. Həbsdə xəstə olan bir xanım üçün yaxşıdır demək düzgün deyil. Səhhəti qənaətbəxşdir. […]

Tanınmış aktyorun hər iki qızı tələbə oldu

Aktyor Ramil Babayevin qızları universitetə qəbul olub. Bu barədə aktyor özü məlumat yayıb. “Canım qızlarım, Aylin və Ayan… Bu gün mənim üçün dünyanın ən qürurlu, ən xoşbəxt günü oldu. İkiniz də öz zəhmətiniz, əzminiz və istedadınızla universitetə qəbul oldunuz. Sizin uğurunuz təkcə sizin deyil, bizim ailəmizin şərəfidir”,- deyə o, paylaşımda qeyd edib.\BAKU.WS

“Dünyanın heç bir yerində bizim qadınlar kimi plastik əməliyyat etdirən yoxdur”

“Efirə çağırırlar, amma getmirəm. Deyirlər Samir Cəfərov, Mübariz Tağıyev, dəyərli səslər olacaq. Gedirəm ki, tanımadığım biri əyləşib. Durub oxuyur. Adını jurnalist qoyan aparıcı isə deyir xoşunuza gəldi? Deyirəm, mən münsif deyiləm axı. Mən eşitmədim, nə ifa, nə musiqi var. Oxuduğu musiqi adına xələl gətirən bir əşyadır”. Bu sözləri Əməkdar artist Füruzə İbadova “Künc-bucaq” yutub layihəsində […]

“Ulduz”u sönən məşhurlarımız – Qətl, şantaj, dələduzluq… – FOTOlar

Müğənni Rəqsanə İsmayılovanın qəfil həbsi gündəmin əsas mövzularından birinə çevrilib. Cəmiyyətin bir qismi sənət adamının hansısa cinayətlə bağlılığını qəbul etməsə də, bundan əvvəl də müxtəlif incəsənət nümayəndələrinin məhkum edildiyi faktları var. Zaman-zaman yolu məhkəmə və həbsxanalara düşən tanınmış sənətçiləri yada salırıq: Fədayə Laçın Bu günə qədər həbsi ilə böyük rezonans yaradan sənətçilərən biri Fədayə Laçın olub. Fədayənin […]

“Dedim ki, daha şair deyiləm”

“Uzun zamandır şeir yaza bilmirdim. Nə yazsam, gəlib Süleyman olurdu. Mən də yazmadım, hər şey birdən gözümdə mənasızlaşdı”. Bu sözləri şair Cığatel İsaqızı “Xəzər axşamı” verilişində deyib. O, nəvəsi Süleymanın avtoqəzada həlak olmasından sonra təbi gəlmədiyini açıqlayıb: “Artıq hadisənin iki ili tamam oldu. 20 gün idi çalxalanırdım. Şeir də yaza bilmirdim. Uşaqlarıma dedim ki, mən […]

Rəqsanə Xərçəng xəstəsi imiş

Həbsdə olan müğənni Rəqsanə İsmayılova xərçəng xəstəliyindən əziyyət çəkirmiş. Bu barədə onun qızı, ifaçı Aysun İsmayılova “Instagram” hesabında məlumat verib. O bildirib ki, anası onkoloji xəstəliklə mübarizə aparır. Qeyd edək ki, Rəqsanə İsmayılova vətəndaşların 35 min manat dəyərində qızıl-zinət əşyalarını və 520 min ABŞ dolları məbləğində pulu dələduzluq yolu ilə ələ keçirməkdə ittiham olunur. Müğənni […]

Tolikdən qızı ilə bağlı paylaşım – VİDEO

Prodüser, aparıcı Tarix Əliyev (Tolik) qızı Milana ilə bağlı paylaşım edib.  Övladının videosunu yayımlayan Tolik onun üzünü göstərməməyə çalışıb. Tolik videoya “Milana dinc dayanmır. Allah bütün balaları saxlasın” sözlərini yazıb. Qeyd edək ki, Tolik surroqat ana vasitəsi ilə övlad sahibi olduğunu açıqlayıb.  (Axşam.az)

Azər Axşamın ölüm xəbəri yayıldı

Ölüm xəbəri yayılan aparıcı-aktyor Azər Axşam (Şabanov) açıqlama verib. Azər Axşam yalan məlumat yayan müxbirləri tənqid edib. “Hər şey yaxşıdır. Narahat olan dostlara dərin təşəkkürümü bildirirəm. Ölüm haqdır. Allahın əlində olan bir şeydir. Adam məlumatı dəqiqləşdirər, sonra verər. Allah bizi savadsız düşüncəyə sahib olan, dünyagörüşü olmayan insanlardan qorusun. Həyat davam edir. Göydəki nöqtəni qoymayana qədər…”, […]