Şou biznes 

Anar Mədətov Mahirin soyadını dəyişməsindən DANIŞDI

Tanınmış prodüser Anar Mədətov açıqlaması ilə diqqət çəkib. “Maqazin Plus”a danışan prodüser məşhur futbolçu oğlu Mahir Emrelidən danışıb. O, övladının Mədətov soyadını dəyişməsinə münasibət bildirib: “Allahım elə məsləhət gördü ki, belə olmalıdır. Bu, məni heç narahat etmir. Ancaq bir müddət narahat oldum. Heç kim başa düşmədi ki, M.M kimi yenə də qalıb. İndi “Mahir Mahir” gedir adı. Mən Mahirə anamın adını oymuşam. Yenə də mənə xoşdur ki, Mahir Mahirdir”.

Read More
Şou biznes 

Tolikin uşağının anası görün kimdir? – ÖZÜ AÇIQLADI + VİDEO

Tanınmış aparıcı Tarix Əliyev (Tolik) şəxsi həyatı ilə bağlı sosial şəbəkələrdə və mediada yayılan müzakirələrə aydınlıq gətirib. Bir müddət öncə ata olduğunu ictimaiyyətə təntənəli şəkildə açıqlayan aparıcının ailə həyatı və övladının anası ilə bağlı suallar ictimai maraq doğurmuşdu. Yenisabah.az xəbər verir ki, həmkarları Aytən Səfərova və Nazilə Səfərli ilə birlikdə ‘TikTok’da canlı yayım zamanı Tolik bu məsələyə münasibət bildirib. O, övladını dünyaya gətirən xanımın Türkiyədə yaşadığını və onun daşıyıcı ana olduğunu açıqlayıb. Aparıcının sözlərinə görə, qadınla arasında hər hansı romantik münasibət yoxdur və bu, yalnız surroqat analıq razılaşması çərçivəsində həyata…

Read More
Şou biznes 

“İndi Azərbaycanın rəsmi milyonçusu idim”

“Sənətim mənə imkan, şərait yaradıb. Evim, maşınım, səhnəyə çıxanda geyinməyə paltarım var”. Bu sözləri Xalq artisti Faiq Ağayev “Həmin Zaur” verilişində deyib. Ağayev aparıcı Zaur Kamalın “Varını, dövlətini satıb sənətinə qoyarsan” sualına belə cavab verib: “Elə də olub… Əgər sənətdə olmasaydım, Azərbaycanın rəsmi milyonçularından biri idim. Amma sənətdə olmasaydım necə olacaqdı? Sənətə xərcləməsəydim…”.  (Axşam.az)

Read More
Şou biznes 

“Bakıda böyümüşəm, Azərbaycanca ana dilim idi”

“Hudutsuz Sevda”nın Qamzesi Zehra Yılmaz Azərbaycanda böyüdüyünü açıqlayıb. Bu barədə o, Ceyda Düvencinin “Bambaşka söhbetler” verilişində danışıb. O, bildirib ki, atasının işi ilə bağlı Bakıya köçüblər: “Orada özümü tanıdım, nə istədiyimə qərar verdim. Ana dilim Azərbaycanca oldu. Rusca oxudum, türk dilini anlayırdım. Amma insanın öz dilini bilməməsi pisdir. Başa düşürdüm, lakin aksentlə danışırdım. Bakını çox sevirəm, uşaqlığım orada keçdi. Eləcə də Azərbaycan xalqını çox sevirəm. Həmişə deyirəm, Türkiyə ilə qan bağım, Azərbaycanla can bağım var. İki ölkənin qarışığı kimi oldum”. (olay)

Read More
Şou biznes 

Hamının subay bildiyi Namiq 6 ay əvvəl boşanıbmış

Aşıq Namiq Fərhadoğlu açıqlaması ilə diqqət çəkib. Milli.Az xəbər verir ki, söz ustası ilk qurduğu ailəsi barədə maraqlı etiraf edib. “Bir gün” verilişində 6 ay öncə boşandığını deyən sənətçi təəccübə səbəb olub: “Qızım 18 yaşın içindədir. Çox savadlı ağıllı və tərbiyəlidir. 3 dil bilir. Öz savadı ilə universitetə qəbul olub. Ailəmi çəkdirib, efirdə göstərmək istəmirəm. Keçmiş xanımla bir-birimizə hörmətimiz var. 6 ay bundan qabaq boşanmışam.18 il sonra bu, rəsmi şəkildə baş tutdu. Hər dəfə nəsə iş çıxırdı, işi rəsmiyyətə bağlaya bilmirdik. Qeydiyyatda ayrı yerdə olmağım, 10 il hər gün veriliş apardığıma görə…

Read More
Şou biznes 

Keçmiş ərindən Röya haqqında yazılanlara reaksiya – VİDEO

Xalq artisti Röya Ayxanın keçmiş həyat yoldaşı Anar Cəlilov onunla bağlı açıqlama verib. TikTok-da canlı yayım açan Anara hər kəs estrada ulduzunun adını yazıb. Bu zaman izləyicilərdən birinin “Hamı Röyanı deyir” şərhinə Cəlilov reaksiya verib. “Deməlidir də. Röya xanım Xalq artistidir, qəşəng müğənnidir. Əlbəttə ondan danışmalıdırlar”, – deyə, Anar bildirib. Xatırladaq ki, keçmiş cütlüyün Hüseyn adlı bir oğlu var. (olay)

Read More
Şou biznes 

Mənsum İbrahimovdan Röyanın Kann-a getməsi ilə bağlı AÇIQLAMA – VİDEO

Xalq artisti Mənsum İbrahimov Xalq artisti Röya Ayxanın Kann Film Festivalında iştirakı ilə bağlı tənqidi fikirlər səsləndirənlərə münasibət bildirib. Xarıbülbül festivalı üçün Şuşaya yollanan xanəndə bunları söyləyib: “Əzizim Röya xanım, səni Kann Film Festivalında iştirakına görə təbrik edirəm. Bu, bizim musiqimiz, ölkəmiz üçün lazımdır. Sən xalqımızı, musiqimizi təqdim etmisən. Orada hər il ulduzlar çıxış edir. Bu il də bunu sən etmisən. Biz səni dəstəkləyirik, hər zaman uğur səninlə olsun, hər zaman zirvədə olasan! Bir də bir söz demək istəyirəm. Təbii ki, bu film festivalıdır, arzulayardım ki, orada filmlərimiz təqdim olunsun.…

Read More
Şou biznes 

Röya Ayxanın Kann QALMAQALI: “Xalq artisti adından məhrum edilsin” – Tanınmışlar AYAĞA QALXDI

Xəbər verdiyimiz kimi Xalq artisti Röya Ayxan Kann Film Festivalında iştirak edib. Qırmızı xalçaya müğənni “I Success Top 100 Awards Gala” tədbirində iştirak edib və burada “Azərbaycan musiqisinin mədəniyyət səfiri” mükafatı ilə təltif olunub. Xalq artistinin Kann Film Festivalında iştirak etməsi cəmiyyətimizdə birmənalı qarşılanmayıb. Əksəriyyət, xüsusən də kino camiyəsinin tanınmış nümayəndələru, o cümlədən Xalq artisti Rasim Balayev, Əməkdar incəsənət xadimi kinorejissor Ayaz Salayev sərt fikirlər səsləndirib. Xalq artisti Rasim Balayev “Bu festivala layiq olmayan insanları aparırlar. Röyanı da aparıblar?” deyə təəccübünü gizlətməyib. Ayaz Salayev deyib ki, kim istəsə, qeydiyyatdan keçib, viza…

Read More
Şou biznes 

“Aparıcı olsaydım, Aygün Kazımovanın adını çəkəni verilişdən qovardım”

“Aparıcı olsaydım, Aygün Kazımovanın adı çəkilən yerdə həmin adamı verilişdən atardım çölə. Qədəmlərini dünən qoyan birini Aygün Kazımova ilə müqayisə edirlər”. Bu sözləri müğənni Mətanət Əsədova “Tarixin bir günü” verilişində deyib. Sənətçi proqramlarda Xalq artisti Aygün Kazımovanın adının hallandırılmasını tənqid edib. O bildirib ki, bu səhvi edən aparıcılardır: “Bu insan sənət fədayisidir. Azərbaycanda onun atdığı addımı heç kim atmayıb. Bu qız brenddir. Onun adını heç kim hallandırmasın. Həyatını sənətə qurban edib. Estradanın danılmaz, unudulmayan, canlı əfsanəsidir. Kül qabınbda olanı gül qabına niyə qoyursunuz? Tütündür, görürsən tərpətdikcə iyi gəlir. Niyə gül qabına…

Read More