Oruc tutmağın arxasındakı sirr nədir? Niyə insan oruc tutmalıdır ki? Biz orucluğun sirrini anlaya bilmərik, ta ki, insanın sirlərini dərk edənə qədər. İnsan! Nədir insan? İnsanın hansı həqiqətləri var? Ayaq üstə duran bir bədəndirmi? Ət, qan və sümüklərdən yığılmış cəsəddən ibarətdirmi? İnsan sadəcə budursa necə də mənasızdır! Xeyr… Heykəl kimi dayanan cəsəddən ibarət deyil insan. İnsan, ruhuyla insandır. Səmavi bir əmrlə yerdəki bədənə yerləşdirilmiş bir ruhdur insan. Torpaqdan hazırlanan bir qəlibdə yerləşdirilmiş sirli aləmdir insan. Rəbbani bir əmrlə yaradılmış insan, ruhani aləmə malikdir. Düşünən, təfəkkür edən, ağlını işlədən, hiss…
Read More