Şou biznes 

Elnur Şuşada klip çəkdi – VİDEO

Müğənni Elnur Məmmədov bayram ərəfəsində pərəstişkarlarına verdiyi sözü yerinə yetirib.
Musavat.com bildirir ki, sənətçi bayram ab-havalı yeni klipini izləyicilərin ixtiyarına verib.
Xalq mahnısı “Nərgiz”ə yeni ekran həyatı verən ifaçı bunun üçün Şuşa şəhərində kamera qarşısına keçib.
Rəngarəng klipdə Novruz bayramı adət-ənənələri, milli geyimlər və bayram əhval-ruhiyyəsi xüsusi olaraq vurğulanır.
Bəzi kadrların Hacı Zeynalabdin Tağıyevin Ev Muzeyində (Milli Azərbaycan Tarix Muzeyi) çəkildiyi klipin rejissoru isə Nail Naiboğludur.

Daha çox xəbərlər