Ramazan 

Ramazan ayının 26-cı gününün imsak, iftar və namaz vaxtları – FOTO

Sabah Ramazan ayının 26-cı günüdür. Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, mayın 9-də imsak vaxtı saat 03:47-də, iftar vaxtı isə 19:59-dadır. Mayın 9-u üçün namaz vaxtları: Sübh azanı 03:57 Zöhr azanı 12:37 Əsr azanı 17:37 Məğrib azanı 19:59 İşa azanı 21:11 26-cı günün imsak vaxtı üçün duanı təqdim edirik: “Allahumməc-əl sə-yi fihi məşkura. Və zənbi fihi məğfura. Və əməli fihi məqbula. Və eybi fihi məstura. Ya əsməəs-samiin!” Tərcüməsi: “İlahi, bu gün mənim səylərimi qiymətləndir, günahlarımı bağışla, əməlimi qəbul et, eyblərimi ört! Ey bəndələrini hamıdan yaxşı eşidən Allah!” İftar duası: “Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və…

Read More
Ramazan 

Ramazanın 25-ci gününün duası – İmsak və iftar vaxtı

Sabah Ramazan ayının 25-ci günüdür. ARANTV.AZ xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, sabah imsak saat 03:49, iftar isə saat 19:58-dədir. Ramazan ayının 25-ci gününün duası: “Allahumməc-əlni fihi muhibbən li-ovliyaik. Və muadiyən li-ə-daik. Mustənnən bisunnəti xatəmi ənbiyaik. Ya asimə qulubin-nəbiyyin”. Tərcüməsi: “İlahi, bu gün məni sənin dostlarını sevənlərdən, sənin düşmənlərinlə düşmən olanlardan qərar ver! Məni sonuncu peyğəmbərinin sünnəsinə əməl edənlərdən qərar ver! Ey peyğəmbərlərin qəlbinin hamisi olan Allah!” Allah orucunuzu qəbul etsin!

Read More
Ramazan 

Bayram namazının vaxtı açıqlandı

“Rəsmi olaraq mayın 13-ü və 14-ü Ramazan bayramı günü kimi qəbul olunub. Ramazan bayramı günündə qılınan namaz şəriətdə qılınması vacib olan namazlar sırasında deyil. Bu, müstəhəb namazdır”. ARANTV.AZ  bildirir ki, bunu APA-ya açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev bildirib. Onun sözlərinə görə, insanlar bir yerə toplaşaraq bu namazı qılarsa, bunun böyük savabı var: “Amma pandemiya şəraiti yenə də davam edir, kütləvi yığışmaq qadağası var. Bütün mərasimlər qadağandır, toy, hüzr mərasimləri və bir yerə kütləvi toplaşmaq mümkün deyil. İctimaiyyətin müəyyən orqanlara müraciəti var ki, mümkün olarsa, məsafə saxlamaqla və…

Read More
Ramazan 

Bayram namazı kütləvi şəkildə qılınmayacaq – Hacı Şahin Həsənli

Azərbaycanda bu ildə pandemiya səbəbindən bayram namazı kütləvi şəkildə qılınmayacaq. ARANTV.AZ bildirir ki, bunu Trend-ə açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nümayəndəsi Hacı Şahin Həsənli deyib. Ş.həsənli bildirib ki, çox güman ki, Azərbaycan ərazisində mayın 12-si axşam ay görünəcəksə mayın 13-ü Ramazan bayramı gününə təsadüf edəcək: “Məlum olduğu kimi Ramazan bayramı günündə bayram namazı qılınır. Yəni bayram namazı Ramazan bayramının ayinlərindən biridir. Ancaq bu bayram da pandemiya dövrünə təsadüf etdiyinə görə, bayram namazı məscidlərdə camaatla qılınmayacaq. İnsanlar fərdi qaydada evdə bayram namazını qıla bilərlər. Ancaq camaatla bir yerdə qılınmayacaq, çünki hazrda insanların…

Read More
Ramazan 

Qəza orucu tutan şəxs qəsdən orucu pozsa, boynuna hansı cərimə gələr?

Qəza orucu tutan şəxs qəsdən orucu pozsa, boynuna hansı cərimə gələr? Ramazan orucunu və ya insana vacib olan hər hansı başqa orucu vaxtında tutmayan insan sonralar onu qəza etməlidir. Qəza orucunun bəzi hökmləri əda orucundan (vaxtında tutulan orucdan) fərqlənir. Belə ki, qəza orucu tutmuş şəxs zöhrdən (zöhr azanı vaxtından) əvvəl orucunu pozmaq istəsə, bu işdə azaddır və günah yoxdur. Amma əgər qəza orucu tutmaq üçün vaxtı dar olsa, məsələn, növbəti Ramazan ayına kimi məhdud sayda günlər qalırsa və orucunu pozduğu təqdirdə Ramazana kimi qəzaları tutmağa vaxtı qalmayacaqsa, yaxşı olar ki,…

Read More
Ramazan 

Ramazan bayramı olduğunu düşünərək orucunu pozan, sonra səhv etdiyini başa düşən adam nə etməlidir?

Ramazan bayramı olduğunu düşünərək orucunu pozan, sonra səhv etdiyini başa düşən adam nə etməlidir? Xəstə və səfərdə olan şəxslərdən başqa hər kəs Ramazan ayında oruc tutmalıdır. Öz iradəsi ilə qəsdən yeyib-içən və ya bəzi başqa əməllərə yol verən adamın orucu pozulmuş sayılır. Əməlin növündən və səbəbindən asılı olaraq insan ya həmin günün orucunun təkcə qəzasını tutmalı, ya da üstəlik kəffarə verməlidir (kəffarə, yəni cərimə barədə şəriət kitablarında məlumat verilib). Əgər insan Ramazan ayının son günündə hər hansı yolla Fitr bayramı olduğuna arxayınlıq əldə edərək oruc tutmasa, sonra bunun səhv olduğunu…

Read More
Ramazan 

Dizləri ağrıyan adam namaz qılan zaman dizlərinin altına döşəkçə qoya bilərmi?

Dizləri ağrıyan adam namaz qılan zaman dizlərinin altına döşəkçə qoya bilərmi? Dinimizdə bütün çətin və ağır hallar üçün yüngülləşdirici güzəştlər nəzərdə tutulmuşdur. Namazı hər hansı ciddi səbəb üzündən normal qaydada qıla bilməyənlər oturmuş, hətta uzanmış halda qıla bilərlər, namaz əməllərini bacardıqları formada yerinə yetirməyə icazəlidirlər. Əgər insan namazda səcdə zamanı dizlərində ağrı hiss edirsə, dizlərinin altına döşəkçə qoya bilər, bunun heç bir maneçiliyi yoxdur. Lakin bir qaydaya riayət etmək lazımdır. Şəriətə görə, namaz qılan şəxsin səcdə zamanı alnını qoyduğu yerlə dizlərini qoyduğu yerin səviyyəsi çox fərqli olmamalı, yəni biri o…

Read More
Ramazan 

Bəzi dini mətnlərdə rast gəldiyimiz “ali-Mərvan” ifadəsinin mənası nədir və bunlar kimdir?

Bəzi dini mətnlərdə rast gəldiyimiz “ali-Mərvan” ifadəsinin mənası nədir və bunlar kimdir? Mərvan və atası Həkəm Əməvilər soyundan idilər, Məkkənin fəthindən sonra Həzrət Mühəmməd Peyğəmbər (s) tərəfindən sürgün edilmişdilər. Mərvan doğma əmisi oğlu Osman ibn Affanın xilafəti dövründə sürgündən Mədinəyə qayıtdı. O, hökumət işlərini öz əlinə almışdı, xəlifənin adından əmrlər verir, saxta sənədlər imzalayırdı. Osmanın qətlinə gətirib-çıxarmış hadisələrdə Mərvanın da əli vardı. Osmanın ölümündən sonra Mərvan Cəməl və Siffeyn savaşlarında Həzrət Əliyə (ə) qarşı döyüşdü. Sonralar Müaviyə onu Mədinə valisi təyin etdi. İmam Hüseynin (ə) qiyamı ərəfəsində də Mədinə valisi…

Read More
Ramazan 

Müharibə zamanı düşmənin su quyularını zəhərləməyə dinimiz icazə verirmi?

 Müharibə zamanı düşmənin su quyularını zəhərləməyə dinimiz icazə verirmi? İslam dini ən humanist və insanpərvər qanunlara əsaslanır. Dinimizə görə, hətta döyüş zamanı da qarşı tərəfdəki dinc insanlara ziyan vurmaq olmaz. Su quyuları, ağaclar, evlər böyük insan kütləsinin istifadəsi üçün nəzərdə tutulur, bunlar yalnız döyüşçülərin mülkü deyil və yalnız onlara xidmət etmir. Əgər su quyuları zəhərlənsə, günahsız insanlar, qadınlar, qocalar və uşaqlar da həlak olarlar. Ağacların və əkin sahələrinin yandırılması, kəsilməsi və tapdanması da dinc insanlara ziyan yetirir və onları ac qoyur. Buna görə də, İslamın döyüş hökmlərində qarşı tərəfin su…

Read More
Ramazan 

Qafqaz Müsəlmanları İdarəsindən bayram namazı ilə bağlı AÇIQLAMA

Ramazan bayramı Şəvval ayının 1-i – Ayın üfüqi ərazimizdə görünməsindən asılı olaraq may ayının 24-nə təsadüf edəcək. ARANTV.AZ  xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) Trend-in sorğusuna cavab olaraq bildirilib ki, bu il ölkəmizdə karantin rejiminin müddətinə dair Azərbaycan hökumətinin verdiyi qərara əsasən bayram namazı məscidlərdə qılınmayacaq: “Ramazan ayına dair QMİ Qazılar Şurasının fətvasında fitrə zəkatına dair tövsiyələr əksini tapıb. Bir daha xatırladırıq ki, orucun mühüm əməllərindən biri olan fitrə zəkatının vaxtı Ramazan ayının son günüdür. Bu günə uyğun olaraq adambaşına 5-10 manat arası fitrə zəkatının verilməsi məsləhət görülür. Fitrə canın…

Read More