“Qarabağ”a 6 qol vurana 7 qol vurdular
1 ay öncə, fevralın 18-də Bakıda Çempionlar Liqasının pley-off mərhələsində Ağdam təmsilçisi “Qarabağ”la oyuna çıxan və ona 6:1 hesabı ilə qalib gələn “Nyukasl” (İngiltərə) klubu bu gün Barselonada eyni adlı yerli kluba acınacaqlı məğlubiyyətə uğrayıb.
Musavat.com xəbər verir ki, bir həftə əvvəl Londonda “Barselona” ilə başa-baş oynayan və 1:1 hesablı heç-heçəyə razılaşan “Nyukasl” bugünkü cavab oyununun birinci hissəsində inamlı təsir bağışlayaraq, rəqibinin qapısına 2 qol (3:2) vursa da, ikinci hissədə vəziyyət tamam dəyişib. “Barselona”nın ardıcıl hücumları qarşısında tab gətirməyən “Nyukasl” komandası qapısında ard-arda 4 qol görüb. Hesab 7:2 hesabı ilə katalonların xeyrinə başa çatıb.
Onu da qeyd edək ki, Bakıda “Nyukasl”ın fəallığı və 4 qol vurması ilə fərqlənən forvardı Antoni Qordon “Barselona” ilə oyunda görünməz olub.

