İSLAM Ramazan 

Ramazan ayının TƏQVİMİ – FOTO

Ramazan ayının təqvimi açıqlanıb. Qafqaz Müsəlmanları İdarəsinin hazırladığı Ramazan ayının xüsusi təqvimi Bakı və Abşeron şəri vaxt ölçüsünə uyğun tərtib edilib. Digər bölgələr Ramazan ayının təqvimini ənənəvi namaz vaxtları ilə tənzimləyə bilərlər. Ramazan ayı martın 23-də başlayacaq. Təqvimə görə, aprelin 21, 22-si Azərbaycanda Ramazan bayramı qeyd ediləcək. Qədr (Əhya) gecələrinə gəlincə, aprelin 9-u, 11-i, 13-ü və 17-nə təsadüf edəcək. Təqvimdə Ramazan ayının gündəlik duaları da yer alıb. Ramazan ayının təqvimini və dualarını təqdim edirik:    

Read More
Cəmiyyət İSLAM 

Həcc ziyarəti niyə bahalaşdı? – AÇIQLAMA + VİDEO

Azərbaycandan həcc ziyarətinə getmək istəyənlər üçün paketin qiyməti 5750 ABŞ dolları müəyyən edilib. Qeyd edək ki, ötən il bu məbləğ 5350 ABŞ dolları olub. Qafqaz Müsəlmanları İdarəsinin Xarici əlaqələr şöbəsinin müdiri Vüsal Cahangiri bildirib ki, bahalaşma dünyada baş verən iqtisadi böhranla əlaqəlidir: Şöbə müdiri ziyarət paketi qiymətinin artımının səbəblərinə də aydınlıq gətirib. Xatırladaq ki, sənəd qəbulu martın 17-dən başlanacaq. Həcc ziyarəti iyun ayının sonu iyul ayının əvvəllərinə təsadüf edəcək. Builki ziyarət azərbaycanlı zəvvarlar üçün vahid formada təşkil olunacaq və təyyarə reysləri vasitəsilə həyata keçiriləcək. Daha ətraflı Baku TV-nin süjetində:

Read More
Cəmiyyət İSLAM Ramazan 

Ramazan ayının təqvimi açıqlanıb – FOTO

Ramazan ayının təqvimi açıqlanıb. Qafqaz Müsəlmanları İdarəsinin hazırladığı Ramazan ayının xüsusi təqvimi Bakı və Abşeron şəri vaxt ölçüsünə uyğun tərtib edilib. Digər bölgələr Ramazan ayının təqvimini ənənəvi namaz vaxtları ilə tənzimləyə bilərlər. Ramazan ayı martın 23-də başlayacaq. Təqvimə görə, aprelin 21, 22-si Azərbaycanda Ramazan bayramı qeyd ediləcək. Qədr (Əhya) gecələrinə gəlincə, bu, aprelin 9-u, 11-i, 13-ü və 17-nə təsadüf edəcək. Təqvimdə Ramazan ayının gündəlik duaları da yer alıb. Ramazan ayının təqvimini və dualarını təqdim edirik:  

Read More
Cəmiyyət İSLAM 

Dini Komitə: “Məşədi Dadaş” məscidinə din xadimi təyin olunmayıb”

“Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (Dövlət Komitəsi) tərəfindən Bakı şəhəri Nəsimi rayonunda yerləşən “Məşədi Dadaş” məscidinə rəsmi din xadimi təyin olunmayıb”. Bu barədə Dövlət Komitəsinin Mətbuat Xidmətindən məlumat verilib. Məlumatda xatırladılıb ki, “Dini etiqad azadlığı haqqında” Qanuna müvafiq olaraq Dövlət Komitəsi Kollegiyasının 2022-ci il 22 aprel tarixli 02 nömrəli qərarı ilə təsdiq edilmiş və Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilmiş “İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyin olunması, attestasiyası və tutduğu vəzifədən azad edilməsi Qaydası” normativ aktı mövcuddur: “Bu Qaydaya əsasən, Dövlət Komitəsi tərəfindən İslam dininə aid…

Read More
Cəmiyyət İSLAM 

Dişləri və sümükləri sağlam saxlayır, ürəyi cavanlaşdırır – Peyğəmbərin sevdiyi meyvə

İlin bütün fəsli yeyilə bilən məhsullardan biri də xurmadır. Hətta həkimlər xurma ilə çay içməyin orqanizm üçün çox faydalı olduğunu vurğulayırlar. İsti iqlimdə yetişən bu meyvə əsasən qurudulmuş şəkildə istifadə olunur.  ARANTV.AZ  bu meyvənin bir çox faydasını təqdim edir: 1. Anti-oksidanlarla zəngindir. Xurmanın tərkibində olan anti-oksidanlar iltihabı azaldar və diabet və xərçəng xəstələri üçün faydalı olar. Qəlbə sağlamlıq verər və göz xəstəliklərinin qarşısını alar. Xurma xərçəng riskini azaldan meyvələrdəndir. 2. Beyini sağlam saxlayar. Tədqiqatlar göstərmişdir ki, xurma Alzheimer xəstəliyinin qarşısını alan meyvələrdəndir. 3. Təbii şirniyyat hesab olunur. Xurma tərkibində olan faydalı…

Read More
Cəmiyyət İSLAM 

“Ölkədə keyfiyyətli dini təhsil sistemi formalaşmalıdır”

Ekspert: “Dini təhsil müəssisələrində ruhanilərin yetişdirilməsi dini mühitə neqativ təsirin azaldılmasına gətirib çıxara bilər” İranın dini lideri Əli Xameneyinin Azərbaycandakı sabiq nümayəndəsi, təxribatçı mövqeyinə və İranın gizli maraqlarına xidmət etdiyinə görə ölkədən qovulan Əli Əkbər Ocaq Necat bugünlərdə dünyasını dəyişən ilahiyyatçı Hacı Şahin üçün İranın Qum şəhərində anım məclisi təşkil edib. Tədbirdə danışan Ocaq Necat Hacı Şahinin Nəcəfdə, Qumda təhsil almasa da, İrandan gələn ruhanilərdən dərs aldığını iddia edib. Yenə dini məzhəbçiliyi xüsusi qabardan Ocaq Necat guya Azərbaycan möminlərinə canıyananlıq nümayiş etdirərək, Hacı Şahinin vaxtsız vəfatına kədərləndiyini əlavə edib. Ümumiyyətlə,…

Read More
İSLAM 

Ramazan ayı nə vaxtdan başlayır? – TƏQVİM

Bu il Ramazan ayı mart ayının 23-nə təsadüf edəcəyi gözlənilir. Azərbaycan üfiqində ayın martın 22-də görünəcəyi proqnozlaşdırılır.  ARANTV.AZ  verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) saytındakı təqvimdə qeyd edilib. Təqvimə əsasən, Əhya (Qədr) gecələri Ramazanın 18, 20, 22 və 26-na, yəni 9, 11, 13 və 17 aprel tarixlərinə təsadüf edəcək. Eyni zamanda təqvimdə Ramazan bayramı aprel ayının 21-22-nə düşəcək.

Read More
İSLAM 

Azərbaycanda nəzirlər elektron formada toplanacaq? – VİDEO

Ölkədə məscid və ziyarətgahlarda toplanan ianə – nəzir və sədəqələrin ehtiyacı olan şəxslərə və istiqamətlərə xərclənməsi ilə bağlı vətəndaşlar arasında sorğu aparılıb. Vətəndaşların bir qismi ianələrin ehtiyacı olan şəxslərə çatdığına inandığını söyləsədə, bir digər qismi ianələrin lazımi istiqamətlərdə xərclənmədiyini bildiriblər. Ekspertlərin fikrincə nəzir və sədəqə toplayan dini təşkilatlar ictimai birlik statusu daşıdığı üçün onlar üzərində nəzarətin aparılması mütləqdir. Daha ətraflı Baku TV-nin süjetində:

Read More
İSLAM 

Axund olmaq istəyən qadınlar hansı tələblərə cavab verməlidir?

“Dini məbədlərdə din xadimləri, imamların, imam müavinləri və dini ayin icraçılarının, müəzzinlərin təyinatı dini komitə tərəfindən həyata keçirilir”. Bu sözləri Oxu.Az-a açıqlamasında Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib. “Dini məbədlərdə boş olan yerlər barədə elan paylaşılır və müsahibə keçirilir. Yeddi nəfərdən ibarət ilahiyyatçı alimin iştirak etdiyi müsahibə komissiyası bu prosesi açıq şəkildə həyata keçirir. Komisiyadan yüksək bal toplayan şəxs təyinat alır. Ən aşağı bal 26-dır, ən yuxarı bal isə 35-dir”. O bildirib ki, növbəti mərhələdə boş olan yerlərə dini ayinlərin icraçısı vəzifəsi üzrə qadınların da iştirak…

Read More
Cəmiyyət İSLAM 

Bu il Azərbaycandan Həcc ziyarəti olacaq? – AÇIQLAMA

Bu il Azərbaycandan Həcc ziyarəti olacaq. Bunu APA-ya açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Xarici əlaqələr şöbəsinin müdiri Vüsal Cahangiri bildirib. Onun sözlərinə görə, yaxın günlərdə Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyi ilə müqavilələrin imzalanması gözlənilir: “Həcc ziyarətinin koronavirusla bağlı ötən ilki şərtləri bir az yumşaldılacaq. Bildiyiniz kimi, ötən il ziyarətə 65 yaşına qədər olan şəxslər gedə bilərdi. Çox ehtimal ki, bu il ziyarət üçün yaş məhdudiyyəti də olmayacaq. Amma yəqin ki, koronavirusa qarşı iki doza vaksin tələbi qalacaq”.

Read More