İSLAM
Bu gün Aşuradır
Bu gün Azərbaycanda Aşuradır. Aşura günü iyunun 25-nə təsadüf edir. QMİ-nin Qazılar Şurası dindarlara xatırladıb ki, Məhərrəm və Səfər aylarında 60 gün ərzində keçirilən təziyə mərasimləri, xüsusilə Tasua və Aşura əzadarlığı zamanı müxtəlif alətlərlə bədənə xəsarət yetirmək, qan çıxarmaq, qurşağadək soyunaraq sinə vurmaq və s. dinə görə qəbuledilməzdir. Həmçinin QMİ Qazılar Şurası yerlərdəki nümayəndələrinin nəzərinə […]
Sabah Aşura günüdür
İyunun25-i Məhrərrəm ayının Aşura günüdür. Musavat.com xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Qazılar Şurasının məlumatına görə, Məhərrəm ayının 1-i Türk Dövlətləri Təşkilatı Müsəlman Dini İdarə rəhbərləri Şurasının Fətva şöbəsinin tərtib etdiyi təqvimə, həmçinin Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Şamaxı Astrofizika Rəsədxanasının hesablamalarına əsasən, Miladi təqvimlə 16 iyuna, Aşura isə 25 iyuna təsadüf edir. […]
Aşura orucu: Haram, yoxsa savab? — İlahiyyatçıdan AÇIQLAMA
Məhərrəm ayının 10-cu günü (25 iyun)– Aşura günü oruc tutulmasının hökmü inanclılar arasında ən çox müzakirə edilən və mübahisə doğuran mövzulardan biridir. Bəzi müsəlmanlar bu gündə oruc tutmağın savab olduğunu müdafiə etsə də, digərləri bunun qadağan və ya bəyənilməyən bir əməl olduğunu bildirirlər. Mövzu ilə bağlı Musavat.com-a açıqlama verən ilahiyyatçı Fərid Abdulla Aşura orucuna Əhli-beytin […]
Qurbаn bаyrаmı namazının vaxtı açıqlandı – RƏSMİ
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurası Qurban bayramı ilə bağlı fətva verib. Musavat.com xəbər verir ki, bu barədə QMİ-nin mətbuat xidməti məlumat yayıb. Fətvada deyilir: “Bağışlayan və Mərhəmətli Allahın adı ilə! Qarşıdan İslam aləmi və xalqımızın müqəddəs günlərindən biri, Rəbbimizin insanlığa lütf və inayətinin rəmzi olan mübarək Qurban bayramı gəlir. Bütün səmavi dinlərin əziz tutduğu, Həzrət […]
Ramazan İslamın ən müqəddəs bayramıdır
Mənəviyyat və əxlaqın zənginləşməsinə vəsilə olan oruc ibadəti insanın daxili saflığına, pis vərdişlərdən uzaq durmasına, Allah yolunda xeyirxah işlər görməsinə, fiziki və mənəvi cəhətdən sağlamlığına səbəb olur İslam dininə qəlbən bağlı olan Azərbaycan xalqı, neçə əsrlərdir ki, Ramazan bayramını yüksək inam və ruh yüksəkliyi şəraitində qeyd edir. Xüsusi vurğulamaq lazımdır ki, hələ keçmiş Sovet İttifaqı […]
Azərbaycanda Ramazan bayramıdır
Azərbaycanda martın 20-i Ramazan bayramı qeyd olunur. Müqəddəs Ramazan bayramı müsəlmanlar tərəfindən hicri təqviminin ikinci (622-ci il) ilindən qeyd olunmağa başlayıb. Ramazan ayı insanlara Allahı sevməyi öyrədir, onlara öz iradəsini, dözümünü yoxlamaq imkanı verir, insanları gözüaçıq, təmiz vicdanlı olmağa istiqamətləndirir və bunlar orucla ifadə olunur. Orucluq öz tarixinə Məhəmməd Peyğəmbər (s.ə.s) tərəfindən Mədinədə bu məqsədlə […]
Allahşükür Paşazadə bayram namazının VAXTINI açıqladı
Ramazan bayramı martın 20-nə təsadüf edir. Musavat.com xəbər verir ki, bu, Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadənin bayram təbrikində əksini tapıb. Bayram təbrikində bildirilib ki, Elm və Təhsil Nazirliyi Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının Qafqaz Müsəlmanları İdarəsinə verdiyi məlumata, həmçinin, Türk Dövlətləri Təşkilatı – Türkiyə, Azərbaycan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan Müsəlman Dini İdarə Rəhbərlərinin Şurası […]
Hər kəsə eyni fitrə düşmür – Doğru hesablamanın yolu budur
Ramazan ayının bitməsinə sayılı günlər qaldıqca fitrə zəkatı ətrafında müzakirələr qızışır. Qafqaz Müsəlmanları İdarəsi tövsiyə edir ki, hər ailədə adambaşına 10-15 manat fitrə zəkatı çıxarılsa, daha yaxşı olar. Bəs fitrə zəkatı həqiqətən hamı üçün eyni olmalıdır, yoxsa hər kəs öz imkanına görə müəyyən etməlidir? Musavat.com xəbər verir ki, mövzu ilə bağlı “Yeni Sabah”a danışan ilahiyyatçı Fərid […]
İyirmi yeddinci günün duası – İmsak və iftar vaxtı
Sabah Ramazan ayının iyirmi yeddinci günüdür. “İki sahil” xəbər verir ki, imsak vaxtı 05:23-ə, iftar isə 19:04-ə təyin olunub. İyirmi yeddinci günün imsak duası: “Allahummərzuqni fihi fəzlə leylətil-Qədr. Və səyyir umuri fihi minəl-usri iləl-yusr. Vəqbəl məaziri və huttə ənniz-zənbə vəl-vizr. Ya rəufən bi-ibadihis-salihin”. Tərcüməsi: “İlahi, bu gün mənə Qədr gecəsinin fəzilətini nəsib et! Bu gün mənim işlərimi çətinlikdən asanlığa […]
Ramazan bayramı namazının vaxtı açıqlandı
Ramazan bayramının tarixi Şəvval ayının hilalının görünməsindən asılı olaraq böyük ehtimalla 20 marta təsadüf edəcək. Bu barədə Musavat.com-a Qafqaz Müsəlmanları İdarəsindən məlumat verilib. “Qazılar Şurasının Fitvasına görə adambaşına 10-15 manat fitrə zəkatının verilməsi tövsiyə olunur. Fitrə canın sədəqəsidir və imkanı olan müsəlmanın ailəsinin hər bir üzvü üçün fitrə zəkatı çıxarması, imkansızlara, ehtiyacı olan ailələrə verməsi vacibdir. […]