İSLAM 

Allah kimdir?

Əziz uşaqlar! Siz hər gün ata-ananızın, nənə-babanızın, müəllimlərinizin dilindən “Allah” kəlməsini eşidirsiniz. Onlar hələ baş verməmiş hadisədən danışanda “Allah qoysa, inşaallah” – deyirlər. Sizi tərifləyəndə “maşallah, Allah saxlasın” – söyləyirlər. Kimə isə təşəkkür etmək istəyəndə “Allah razı olsun, Allah köməyin olsun” sözlərini işlədirlər. Ümidlərini “Allah kərimdir”, xəbərsizliklərini “Allah bilir”, razılıqlarını “Allaha şükür” sözləri ilə ifadə edirlər. Bəs, Allah kimdir? Ətrafa nəzər salın. Nə görürsünüz? Sinif otağı, yazı lövhəsi, kitab-dəftəriniz, sinif yoldaşlarınız və s. Pəncərədən həyətə baxın. Səmada Günəş parlayır, buludlar hərəkət edir, ağacların yarpaqları titrəyir. Torpağın üzərini yaşıl otlar örtüb.…

Read More
İSLAM 

İnsan niyyət etmədən, yəni niyyətini dilə gətirmədən qüsl alıbsa, düzgündür ya batildir?

Hər bir əməldə, o cümlədən, qüsldə də niyyətin olması vacibdir. Niyyət hər bir əməlin qəbula yetməsi üçün əsas şərtdir. Niyyətsiz və ya konkret niyyətsiz yerinə yetirilən əməl qəbul olmaz. Lakin niyyət etmək deyilərkən, bunu mütləq dil ilə söyləmək və ya hər hansı digər ayini yerinə yetirmək nəzərdə tutulmur. Kifayətdir ki, insan bir işə başlayarkən, nə etdiyini və nə üçün etdiyini bilsin və bütün əməl boyunca həmin məqsədi dəyişməsin. Qüsl almaq üçün gedən zaman hansı qüslü aldığını və nə məqsədlə aldığını bilirdisə, bunu dilə gətirməsi lazım deyil və bu cür alınmış…

Read More
İSLAM 

Doğuşdan sonra cəmi bir neçə gün yaşamış körpənin cənazəsinə qüsl, kəfən və namaz vacibdirmi?

İslam şəriətinə görə, müsəlman sayılan hər kəs vəfat etdikdə dəfndən qabaq qüsl edilməli və kəfənə bükülməlidir. Valideynləri müsəlman olan körpə uşaq da müsəlman sayılır. Hətta valideynlərindən biri müsəlman olan uşaq da müsəlman kimi dəfn olunmalıdır. Uşaq doğulduqdan sonra neçə gün və hətta neçə saat yaşamasından asılı olmayaraq, İslam qaydaları əsasında dəfn edilməlidir. Hətta şəriətə görə, uşaqsalma zamanı da (vaxtından əvvəl doğuş və abort bura daxildir) əgər rüşeymin yaşı 4 ay və daha artıqdırsa, qüsl verilib kəfənə bükülməlidir. Əgər uşaqsalma 4 aydan tez baş versə, rüşeymin bədən quruluşu tamamlanıb bütün bədən…

Read More
İSLAM 

Ramazan ayında şiddətli suzuluq üzündən azacıq su içən adamın orucu pozulurmu?

Orucu pozan əməllərdən biri də sübh azanından məğrib azanına kimi nə isə yeyib-içməkdir. İstər az, istər çox miqdarda olsun, istər yemək xatirinə, istərsə də şiddətli aclıq ya susuzluq üzündən olsun, istər yeməli, istərsə də yeyilməyən maddə olsun – ağız boşluğuna daxil olub boğazdan aşağı keçsə, oruc pozular. Bu zaman bəzi hallarda təkcə həmin günün orucunu qəza etmək, bəzi hallarda isə həm də kəffarə vacib olur. Əgər insan oruclu ikən həqiqətən çox şiddətli susuzluq hiss etsə, belə ki, bu susuzluq onu öldürəcək və ya şiddətli əziyyət verəcək dərəcədə olsa, bu çətinliyi…

Read More
İSLAM 

Ramazan ayında şənlik etmək, şadlıq məclisi qurmaq olarmı?

Müsəlman ayları içində məhərrəmlik və səfər aylarında şadlıq məclislərindən çəkinmək məsləhətdir. Ramazan ayında sevinmək və şadlıq etmək qadağası yoxdur. Məlum olduğu kimi, Ramazan ayının 15-i İmam Həsənin doğum günüdür və müsəlmanlar həmin gün sevinir, bayram mərasimi keçirirlər. Bu mübarək ay ərzində şadlıq məclisində iştirak etmək və sevinmək icazəlidir. Lakin burada bəzi istisnalar vardır. Birincisi, imam Həzrət Əlinin şəhid olduğu gün (21 ramazan) sevinmək və şadlıq etmək bəyənilmir. İkincisi, Ramazan ayında məclis qurarkən axşam azanına kimi süfrə açmaq, çay və yemək vermək olmaz. Məclisin ziyafət hissəsini axşam azanından sonraya saxlamaq məsləhətdir.…

Read More
İSLAM 

Fitrə zəkatını başqa şəhərdə, rayonda və ya ölkədə yaşayan ehtiyaclı şəxsə vermək olarmı?

Şəriətə görə, mübarək Ramazan ayının sonunda, Fitr bayramının axşamı, məğrib azanından sonra ailə üzvlərinin fitrə zəkatı ayrılmalı, ya həmin axşam, ya da Fitr bayramı günü səhər ehtiyaclı şəxsə (fəqirə) çatdırılmalıdır. Fitrə zəkatı veriləcək fəqirin şərtləri şəriət kitablarında (risalələrdə) ətraflı şəkildə qeyd edilib. Yaxşı olar ki, hər kəs fitrə zəkatını əz ətrafında olan tanıdığı fəqirə versin. Fəqir olan yaxın qonşu və qohum ilk növbədə durur. Yaxın ətrafda fəqir olduğu halda, fitrə zəkatını başqa məhəllədə, kənddə, şəhərdə yaşayan fəqirə vermək məsləhət deyil. Hətta bəzi keçmiş müctəhidlər (o cümlədən, mərhum Ayətullah Birucerdi) yaxında…

Read More
İSLAM 

Quran bəlağətinin ecazkarlığı

Bəşəriyyəti vəhy lütfündən məhrum etməyən Uca Tanrı hər bir peyğəmbərinə, Onun həqiqi elçisi olduğunu dövründəki insanlara isbat etmək üçün fövqəltəbii əməllər (möcüzələr) edəbilmə gücü vermişdir.Buna görə də hər peyğəmbər, özünü yaşadığı dövrün cəmiyyətinə qəbul etdirə bilməsi üçün o dövrün insanlarının rəğbət bəslədiyi sahələrlə əlaqəli olan və mövcud sivilizasiyanın ən öndə gedən xarakterik cəhətlərini özündə əks etdirən fenomenlər qarşısında möcüzələr göstərmişlər. Bunun belə olması ilahi hikmətin səciyyəvi təzahürü idi. Çünki əks təqdirdə möcuzənin qəbul edilib anlaşılması mümkün olmazdı. Belə hikmətin bir misalı olaraq, Həzrəti Musa dövründə sehrin, Həzrəti İsa dövründə isə…

Read More
İSLAM 

Siffeyn savaşı

Hicri təqvimlə səfər ayı İslam tarixində mühüm hadisələrdən sayılan Siffeyn savaşının ildönümü kimi qəbul edilir. Hicri təqvimlə 1403 il əvvəl Siffeyn savaşı məlum nəticə ilə başa çatmış və növbəti hadisələrə yol açılmışdı. Bu savaşın əhəmiyyətini nəzərə alaraq, onun barəsində məlumat verməyi qərara aldıq. Siffeyn döyüşü Həzrət Əli ibn Əbu Talibin (ə) tərəfdarları ilə Müaviyə ibn Əbu Süfyanın tərəfdarları arasında baş vermiş, on minlərlə müsəlmanın qətli ilə nəticələnmiş böyük bir savaş, hətta belə demək mümkünsə, müharibədir. Həzrət Əli (ə) xəlifə seçildikdən sonra Müaviyə ona beyət etmədi. Xilafət torpaqlarının böyük əksəriyyəti İmama…

Read More
İSLAM 

Sübh namazına oyana bilmək üçün nə edək?

Bilərəkdən namazı vaxtında qılmamaq və qəzaya saxlamaq günahdır. Məsumların hədislərində namazı azan veriləndən dərhal sonra, yəni vaxtın əvvəlində qılmaq çox təkid edilir. Bunun həm dünyada, həm də axirətdə insana çox faydaları vardır. Xüsusilə, insanların yuxulu və yorğun olduqları vaxtlarda, yəni gecə və sübh tezdən qılınan namazlara diqqətli olmaq lazımdır. Günümüzdə də çox üzləşdiyimiz problemlərdən biri budur. İnsanlar həm gündəlik vacib namazlardan olan sübh namazına, həm də müstəhəb olan gecə namazına oyanmaqda çətinlik çəkirlər. Sübh namazına oyana bilmədiyi üçün bəziləri tez-tez onun qəzasını qılmağa məcbur olurlar. Gecə və sübh namazlarına oyana…

Read More
İSLAM 

Nə qədər fitrə zəkatı verməliyik? – QMİ 15 manat deyir, din xadimi isə…

Müqəddəs Ramazan bayramına sayılı günlər qalır. Bayram günü vacib buyurulan əməllərdən biri də fitrə zəkatının ayrılmasıdır. Bizə bəlli olan, bayramdan əvvəlki gecə 3 kiloqram buğda, arpa, xurma, kişmiş, düyü, qarğıdalının pulunun ayrılması, bayram namazına qədər ehtiyacı olanlara verilməsidir. Bu il isə Qafqaz Müsəlmanları İdarəsi fitrə zəkatının məbləğini adambaşına 15 manat müəyyən edib. QMİ-nin nümayəndəsi, imam Bəxtiyar Nəcəfov bildirib ki, fitrə zəkatının məbləği yaşanılan dövrün xərclərinə, tələbatına əsasən müəyyənləşdirilir. İmamın sözlərinə görə, dinimizin gözəlliyi bundadır ki, biz zamanla, məkanla ayaqlaşırıq: “Bu gün yeməkxanaya gedəndə bir stulun qiyməti 10-15 manat arasında dəyişir.…

Read More