İSLAM 

Oruc tutmaq – ancaq ac və susuz qalmaq deyil…

Oruc tutmaq – ancaq ac və susuz qalmaq deyildir. Bədənin bütün əzaları da, zehin də oruc olmalıdır Ayətullah Ğiyasələddin Taha Muhəmmədinin dəyərli fikirlərinə diqqət edək. Alim demişdir: “Ramazan ayı – Allah qonaqlığı və Quran nazil olduğu aydır ki, onda əməllər haqqında düşünmək üçün münasib zaman vardır. Özünütərbiyə və qəflətdən uzaq olmaq üçün ən yaxşı fürsətdir. “Rəməz” sözünün mənası “yandırmaq” deməkdir. Həmin ayda Böyük Allah, bəndələrinin günahını yandırar. İnsan bu ayda elə rəftar etməlidir ki, əməl və rəftarı oruc olduğundan xəbər versin. Bu ayın orucundakı aclıq və susuzluq gərək Qiyamət günündəki…

Read More
İSLAM 

Oruc tutmağın alıcısı Uca Allahın Özüdür

Həzrət Peyğəmbər (s) buyurur: “Allah Təala buyurur: Adəm övladının gördüyü hər bir iş onun özündəndir, məgər oruc ki, Məndəndir. Onun savabını da Mən verərəm”. Yəni, oruc tutmağın alıcısı Uca Allahın Özüdür. Hər kim bu hədisi dərk edər, orucun şirinliyini də başa düşmüş olar. Xüsusilə də isti günlərdə tutulan orucun savabları daha çoxdur. İmam Sadiqdən (ə) gələn hədisdə oxuyuruq: “Ramazan ayının orucunu Allah bizdən əvvəl heç bir keçmiş ümmətlərə vacib etməmişdir. Sual verirlər ki, bəs “Bəqərə” 183-cü ayəsi nə olacaqdır? Həzrət (ə) buyurur: “Allah Ramazan ayının orucunu ancaq peyğəmbərlərə vacib etmişdir,…

Read More
İSLAM 

Ramazan ayında ibadətlərin qəbul olunmasının nişanələri var

Ustad Qiraəti Ramazan ayı ilə bağlı buyurur: “Necə ki, namazdan əvvəl azan deyilməlidir, Ramazan ayı gəlməzdən əvvəl də bu qonaqlığa hazırlaşmaq lazımdır. Ramazan ayının əzəməti orucuna görə deyildir, Quranın bu ayda nazil olmasına görədir. Bu ayda həm oruc vacib olmuşdur və həm də Quran nazil olmuşdur. Allah Təala Quranın əzəməti haqqında danışmaq istəyəndə buyurur: “Ramazan ayı insanların bələdçisi, aşkar hidayət dəlillərinə malik və (haqq ilə batili bir-birindən) ayıran Qur’anın nazil olduğu bir aydır”. (“Bəqərə” 185). O insan ki, həsədə, yalana, töhmətə və qeybətə düçar olmuşdur, bu cür xəstəliklər üçün dərman…

Read More
İSLAM 

İftar zamanı namazın savabını 400 qat artıran əməl

Məfatuhil-Cinan əsərində iftar zamanı bir sıra mənəvi əməllərin həyata keçirilməsi tövsiyə olunur. İftar zamanı ilk öncə namazı qılmaq və daha sonra yeməyə başlamaq tövsiyə edilib. Əlbəttə aclıq və susuzluq insanı taqətsiz edibsə iftarı önə salmaq məsləhətdir. İftar zamanı üçün xüsusi duanı oxumaq da tövsiyə edilmiş əməllərdəndir. Hədislərdə buyurulur ki insan orucunu halal şəkildə qazandığı qidadan açarsa onun qıldığı axşam namazının savabı 400 dəfə artıq verilər. Bu hədisdən bəlli olur ki, Allaha ibadətlə yanaşı halal mal qazanmaq və yalnız halaldan yemək olduqca əhəmiyyətli və hətta Allahın haqqından belə üstündür. Çünki insanların…

Read More
İSLAM 

Аllаh-Taаlа cәhәnnәmi yаrаtmаsаydı nә оlаrdı?

Cәhәnnәmin yаrаnış fәlsәfәsi – Аllаh-Taаlа cәhәnnәmi yаrаtmаsаydı nә оlаrdı? Cәhәnnәmin yаrаdılmаsı zәruri idimi? Cәhәnnәmin yаrаnış fәlsәfәsi – Аllаh-Taаlа cәhәnnәmi yаrаtmаsаydı nә оlаrdı? Cәhәnnәmin yаrаdılmаsı zәruri idimi? İnsаn iki yоl аyrıcındаdır; bir yоl kаmаl vә sоnsuz sәаdәtә, digәri isә аlçаqlıq vә bәdbәхtliyә аpаrır Әslindә, bеhişt vә cәhәnnәm bir ipin iki ucu kimidir: biri vаrsа, о biri dә оlmаlıdır. İnsаn аzаddır vә bu iki sоnluğu zәruri еdәn dә insаnın аzаdlığıdır. Bеhişt dоğru yоlu sеçmiş аzаd insаnın mükаfаtı, cәhәnnәm isә şәr yоlu sеçmiş аzаd insаnın cәzаsıdır. İnsаnın аzаd şәkildә sеçim аpаrmаsı üçün оnun…

Read More
İSLAM 

Bədnəzər duası

Ərəbcə وَإِن يَكَادُ الَّذِينَ كَفَرُوا لَيُزْلِقُونَكَ بِأَبْصَارِهِمْ لَمَّا سَمِعُوا الذِّكْرَ وَيَقُولُونَ اِنَّهُ لَمَجْنُونٌ وَمَا هُوَ إِلَّا ذِكْرٌ لِّلْعَالَمِينَ مَا شـآءَاللهُ لا قُوَّةَ اِلاََّ بِاللهِ الْعَلِيِ الْعَظيمِ Oxunuşu Və in yəkadulləzinə kəfəru ləyuzliqunəkə biəbsarihim ləm-ma səmiuz zikr, və yəqulunə innəhu ləməcnun, və ma huvə illa zikrul lil aləmin. Ma şaəllahu la quvvətə illa billahil əliyyil əzim. Tərcüməsi Bu məqsədlə Həqiqətən, kafirlər Quranı eşitdikləri zaman (sənə olan həsədlərindən və qəzəblərindən dolayı) az qala səni gözləri ilə yeyələr. Onlar (sənin barəndə): “O divanədir!” – deyirlər. Halbuki bu (Quran) aləmlərə (insanlar və cinlərə) ancaq…

Read More
İSLAM 

Azan verilə-verilə namaza başlamaq olarmı?

Azan namazların vaxtını bildirmək üçün verilən bir işarə və müsəlmanları namaza dəvət etmək üçün çağırışdır. Müstəhəbdir ki, hər kəs namazını yalnız camaatla deyil, hətta təklikdə qılanda da əvvəlcə azan və iqamə söyləsin. Azan verilən zaman sakitcə dinləmək, danışmamaq və azanın sözlərini astadan təkrar etmək də savabdır. Çünki azanın sözləri insanın dini inanclara sədaqətini göstərir və bu cümlələri təkrar etdikcə insan öz imanına Allah qarşısında bir daha şahidlik edir. Amma azan verilə-verilə namaza başlamaq da icazəlidir. Burada şərt ondan ibarətdir ki, insan namaz vaxtının daxil olduğunu dəqiq bilsin. Əgər azanın dəqiq…

Read More
İSLAM 

Evə daxil olan və evdən çıxan zaman bəyənilən zikrlər

İslam dini elə bir kamil dindir ki, insanın hər bir halına uyğun söz demiş və tövsiyələr etmişdir. Bu tövsiyələrdən bəzisi də evə daxil olmaq və ya evdən xaric olmaqla bağlıdır. Əmirəl-möminin (ə) buyurur: “Nə zaman sizlərdən biriniz evinizə daxil oldunuz, ev əhlinə salam verin. Əgər evdə olmasalar, deyin: “Salam olsun bizə Allah tərəfindən”. “İxlas” surəsini oxuyun ki, yoxsulluğu aradan aparandır”. Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim evindən bayıra çıxar, “Bismillah” desin. İki mələk deyər ki, hidayət oldun. Əgər desə ki, لا حول و لا قوة الا باللَّه” (“Lə həvlə və…

Read More
İSLAM 

Orucluq zamanı bədənə ağrıkəsici iynə vurdurmaq, qadınlara aid və yaxud bağırsaq şamları qoymaq olarmı?

Bədənə ağrıkəsici iynə vurdurmaq orucu batil etməz, bu barədə bütün müctəhidlər fikir birliyinə sahibdir. Lakin qidalandırıcı ampul və sistem vurdurmaq barədə müctəhidlərin fətvaları eyni deyildir. Bəziləri (məsələn, Ayətullah Sistani) buna icazə verir, bəziləri (məsələn, Ayətullah Xameneyi, Məkarim Şirazi, Vəhid Xorasani) isə bunu ehtiyata görə qadağan edir. Bu mövzuda hər kəs təqlid etdiyi müctəhidin fətvasını öyrənməli və əməl etməlidir. Axıcı maye ilə imalə etdirmək orucu batil edər. Lakin bağırsağa yeridilən və ya qadınlar tərəfindən istifadə edilən müalicə şamlarının istifadəsi icazəlidir. Çünki bunlar maye yox, bərk haldadır.

Read More
İSLAM 

Аllаhı хаtırlаmаğın şәхsiyyәtә tәsiri

Qurаn аyәlәrinә әsаsәn, еlәcә dә, әqli vә tәcrübi аrаşdırmаlаrа görә insаnın mәnәvi cәhәtdәn tәnәzzülә uğrаmаsı qәflәtdәn irәli gәlir. Bu qәflәt insаnın özündәn vә yаrаnış mәqsәdindәn хәbәrdаr оlmаmаsındаn ibаrәtdir. Tәbii ki, bu qәflәtin müаlicәsindәn ötrü diqqәti hәmin mәsәlәlәrә yönәltmәk lаzımdır. Qurаni-Kәrimin “Mаidә” surәsinin 105-ci аyәsi bu mövzunu işıqlаndırır. Аyәdә buyurulur: “Еy imаn gәtirәnlәr! Nәfslәrinizi qоrumаq sizin öz bоrcunuzdur. Siz dоğru yоldа оlsаnız, yоlunu аzаnlаr sizә hеç bir zәrәr yеtirә bilmәzlәr.” Mәrhum Әllаmә Tәbаtәbаi yuхаrıdаkı аyәnin tәfsirindә nәfs bаrәsindә mәrifәt әldә еtmәk, bu mәrifәtin mәrtәbәlәri, bu mәrifәtin ilаhi mәrifәtlә sоnuclаnmаsı bаrәdә dәyәrli…

Read More