İSLAM 

Şükrün dildə deyilən kamil forması

Şükür – Allahın verdiyi nemətlərə görə təşəkkürün bir növüdür. Belə bu təşəkkür dil, ürək və əməldə büruzə verir. Ürəkdə təvazökarlıq, dildə təsbih və əməldə itaət kimi özünü göstərir. Bəzi alimlər buyurur ki, əgər neməti təsəvvür etsən və bilsən ki, Allah tərəfindəndir, bunun özü də bir növ şükürdür. Belə ki, Həzrət Davud (ə) buyurur: “Allahım, Sənə necə şükür edim?”. Allah buyurur: “Ey Davud! Nə zaman sənin diqqətini cəlb edən nemətin Mənim tərəfimdən olduğunu bildin, Mənə şükür edərsən”. Bəzi alimlər buyurur ki, şükür etmək üçün üç şey lazımdır: 1. Nemətverənə mərifətin olmalıdır.…

Read More
İSLAM 

Batil əhlindən nəyi öyrənmək olar?

Əmirəl-möminin (ə) buyurur: “Havapərəstlərlə yoldaş olmaq – imanın unudulması və şeytanın (insanın) həyatında olması amilidir”. Bəs hansı halda insan lal şeytan (lən) hesab edilər? Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim haqqa qarşı tərəfsiz qalar və sükut edər – o, lal şeytandır”. Bəlli olur ki, insanın haqqa nisbətdə sərgilədiyi münasibət, onun tərəqqi və tənəzzülünün əsas şərtidir. Belə ki, haqqa dəstək verməmək, haqqa qarşı laqeyd və süst olmaq – insanı lal şeytan olmağa qədər alçaldar. O, haqqa qarşı fəal hücumda olan şeytanpərəst ünsürlərin hərəkəti üçün münbit şərait yaradanlardan olar. Mübarək dinimiz haqla…

Read More
İSLAM 

Ramazan ayında toy etmək olar?

Ramazan ayı şadlıq evləri və restoranların da fəaliyyətinə təsir göstərir. Bakıdakı bir sıra restoran və şadlıq evlərində Ramazan başa çatanadək toy mərasimləri keçirilmir. Müqəddəs Ramazan ayında çoxlarını maraqlandıran və müzakirə mövzusu olan bir sual olur. Bu günlərdə toy etmək olarmı? ARANTV.AZ  xəbər verir ki, məsələ ilə bağlı ilahiyyatçı Ağa Hacıbəyli bildirib ki, Ramazan ayında toy etmək olar. “Bir şərtlə ki, gündüz süfrə açmamaq lazımdır. Yemək iftarda verilməlidir. Ramazan ayında şərti ilə toy etmək olar. İftardan əvvəl isə insanları toya dəvət etmək məqbul sayılmır. Belə məclislərin yalnız axşam saatlarında, yəni iftardan sonra təşkil…

Read More
İSLAM 

Rəğaib gecəsinin əməlləri

Həzrət Peyğəmbərdən (s) nəql olunur: “Rəcəb ayının ilk cümə axşamı gününü unutmayın. Mələklər bu gecəni “Leylətül-rəğaib” deyə yad edir. Bu günün gecə yarısında göy və yerdə bir mələk belə qalmır, bütün mələklər Kəbə ətrafına toplanır”. Rəcəb ayının fəzilətli başqa bir sıra aylardan çoxdur. Rəcəbin ilk cümə gecəsi, yəni 4-cü gündən 5-ci günə keçən gecə (bu il fevralın 3-dən 4-nə keçən gecə), Leylətül Rəğaib adlanır və bu gün (yəni 4-cü gün) oruc tutmaq, həmin gecə ibadətlə məşğul olmaq çox əhəmiyyətlidir. İslamda Rəcəb ayı haram ayların ikincisidir. Allahın bu ayında ibadət, dua,…

Read More
İSLAM 

Oruc tutmaqla bağlı ən çox verilən SUALLARA CAVAB

Bütün dünyada olduğu kimi, Azərbaycanda da müqəddəs Ramazan ayı böyük coşqu ilə qarşılanır.  ARANTV.AZ xəbər verir ki, əhali bu günlərdə oruc tutmaq, savab iş görmək və xeyirxah işlərə təşəbbüs göstərməklə Ramazan ayının vacib əməllərindən geri qalmır. Qeyd edək ki, sağlam, səhhəti normal olan və heç bir şikayəti olmayan şəxslərin Ramazan ayında oruc tutmasında heç bir dini qadağa mövcud deyil. Müqəddəs Ramazan ayında oruc tutmaqla bağlı ən çox yaranan sualları və onlara cavabları təqdim edirik: Ramazan ayında kimlərə oruc tutmaq vacib deyildir? Dörd təbəqədən olan adamlar oruc tutmaya bilərlər; onlar həm…

Read More
İSLAM 

Zəif şəxsin orucu

Sual: Mənim gözüm zəifdir və qorxuram ki, oruc gözümə zərərli olsun. Mənim vəzifəm nədir?Cavab: Bütün müctəhidlərin rə`yi: Əgər orucun zərər qorxusu dərin ağıla əsaslanarsa, bu oruc vacib deyil. Əgər növbəti ramazan ilinə qədər xəstəlik davam edərsə, qəza da vacib deyil. Yalnız hər gün üçün yoxsula 750 qr buğda, arpa və ya un kəffarə versin. Sual: İmtahanlar və dərslər səbəbindən məndə zəiflik yaranıb. Buna görə oruclarımı yeyə bilərəmmi?Cavab: Bütün müctəhidlərin rə`yi: Bə`zi oruc şəxslərdə qarşıya çıxan belə zəiflik adi haldır və bu zəifliyə görə orucu yemək olmaz. Lakin zəiflik çox çətin,…

Read More
İSLAM 

Erkən nikah: İslam buna “hə” deyirmi?

İslamda həddi-buluiğ və erkən nikahlar məsələsi zaman-zaman müzakirə mövzusuna çevrilir. Bu barədə İslam alimləri arasında da müxtəlif rəylər mövcuddur. Hətta son dövrlər bu müzakirələrin daha da artması və qadının yetkinlik yaşı barədə rəylərin dəyişəcəyi haqda da məlumatlar eşidirik. İslam.az oxucuların diqqətinə fəlsəfə doktoru Rauf Məmmədovun problemə baxışını təqdim edir. Qeyd edək ki, bu yazını yalnız müəllifin, bizim üçün də məntiqli görünən, rəyi kimi təqdim edirik. Fərqli fikir və yanaşmaları da saytımızda dərc etməyə hazırıq. Qurani-Kərimdə nikah yaşı ilə bağlı ayələr İslam dininin əsas mənbəyi olan Qurani-Kərimdə nikah yaşı ilə bağlı…

Read More
İSLAM 

Mükafatların verildiyi gün – RAMAZAN BAYRAMI

Ramazan (fitr) bayramı İslamda ən böyük iki bayramdan biri. Ramazan ayının sona çatması münasibətilə şəvval ayının 1-də qeyd edilir. Dini mətnlərdə “eyd əl-fitr” (fitr bayramı) kimi də xatırlanır. Ramazan bayramına keçən gecə ayrılmış fitrə pulunu bayram günü səhər öz təyinatı üzrə çatdırmaq məsləhətdir. Ramazan bayramı günü oruc tutmaq haramdır. Həmin gün səhər vaxtı qüsl almaq, ətir səpmək, təmiz və səliqəli libas geyinmək, qohum-qonşuları təbrik etmək, əzizlərin görüşünə getmək savabdır. Bütün bayramlarda olduğu kimi, ramazan bayramı günündə də küsülülərin barışması təkid edilir. Bayram günündə ölülərin məzarını ziyarət edib, ruhlarına rəhməğ diləmək…

Read More
İSLAM 

Orucu batil edənlər

Sual: Yeməyi dadmaq orucu batil edərmi?Cavab: ütün müctəhidlərin rə`yi: Əgər onu udmazsa eybi yoxdur. Sual: Damaq xəstə olduğuna görə ondan bir az qan gəlir. Bə`zən özündən ixtiyarsız onu udur. Orucu batildirmi?Cavab: Bütün müctəhidlərin rə`yi: Əgər bilmədən və özündən ixtiyarsız udarsa, orucu düzdür. Sual: Bə`zən damaqdan qan gəlir və ağız suyu ilə qarışır. Onu udduqda oruc batil olurmu?Cavab: Bütün müctəhidlərin rə`yi (Təbrizi, Safi və Nuridən başqa): Əgər damaq qanı ağız suyunda həll olarsa, onu udmaq orucu batil etmir. Təbrizi və Safi: Əgər damaq qanı ağız suyunda həll olarsa, vacib ehtiyata əsasən…

Read More
İSLAM 

Müstəhəb oruc tutan adam orucunu poza bilərmi?

Sual: Müstəhəb oruc tutan adam orucunu poza bilərmi? Bu halda öhdəsinə qəza və ya kəffarə gəlir ya yox?Cavab: Müstəhəb oruc insanın boynunda heç bir öhdəlik olmadan, savab qazanmaq məqsədi ilə tutulur. Ona görə də də bu orucu pozmağın cəzası və cəriməsi yoxdur. (Qeyd edək ki, nəzir orucu, yəni Ramazandan başqa bir gün nəzir niyyətilə oruc tutmaq bura aid deyil). Əgər müstəhəb oruc tutan adam gün ərzində özünü halsız hiss etsə, acısa, səfərə çıxsa, orucunu poza bilər. Hətta əgər bir müsəlman dostu onu yeməyə dəvət etsə, yaxşı olar ki, onun könlünü…

Read More