İSLAM 

Ramazan ayının 24-cü gününün duası – İmsak və iftar vaxtı

Sabah Ramazan ayının 24-cü günüdür. ARANTV.AZ-ın məlumatına görə, Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, mayın 7-də imsak saat 03:50-də, iftar isə saat 19:57-dədir. Ramazan ayının 24-cü gününün duası: “Allahummə inni əs-əlukə fihi ma yurzik. Və əuzu bikə mimma yu-zik. Və əs-əlukət-tovfiqə fihi li-ən utiəkə və la ə-siyək. Ya cəvadəs-sailin”. Tərcüməsi: “İlahi, bu gün səni razı salan əməlləri səndən istəyirəm. Səni qəzəbləndirən əməllərdən sənə sığınıram. Sənə tabe olmaq və sənə qarşı üsyan etməmək üçün yardım istəyirəm. Ey xahiş edənlərə bəxşiş verən Allah!” Allah orucunuzu qəbul etsin!

Read More
İSLAM 

Ramazan ayının 23-cü gününün imsak, iftar və namaz vaxtları – FOTO

Sabah Ramazan ayının 23-cü günüdür. Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, mayın 6-da imsak vaxtı saat 03:52-də, iftar vaxtı isə 19:56-dadır. Mayın 6-ı üçün namaz vaxtları: Sübh azanı 04:02 Zöhr azanı 12:37 Əsr azanı 17:35 Məğrib azanı 19:56 İşa azanı 21:07 23-cü günün imsak vaxtı üçün duanı təqdim edirik: “Allahumməğsilni fihi minəz-zunub. Və təhhirni fihi minəl-uyub. Vəmtəhin qəlbi fihi bitəqval-qulub. Ya muqilə əsəratil-muznibin!” Tərcüməsi: “İlahi, bu gün mənim günahlarımı yuyub, məni eyblərdən təmizlə! Bu gün qəlbimi təqva ilə xalis et! Ey günahkarların xətasına göz yuman Allah!” İftar duası: “Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və əleykə…

Read More
İSLAM 

Ramazan ayının 22-ci gününün imsak, iftar və namaz vaxtları – FOTO

Sabah Ramazan ayının 22-ci günüdür. Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, mayın 5-də imsak vaxtı saat 03:53-də, iftar vaxtı isə 19:55-dədir. Mayın 5-i üçün namaz vaxtları: Sübh azanı 04:03 Zöhr azanı 12:37 Əsr azanı 17:35 Məğrib azanı 19:55 İşa azanı 21:06 22-ci günün imsak vaxtı üçün duanı təqdim edirik: “Allahumməftəh li fihi əbvabə fəzlik. Və ənzil əleyyə fihi bərəkatik. Və vəffiqni fihi limucibati mərzatik. Və əskinni fihi buhbuhati cənnatik. Ya mücibə də-vətil-muztərrin!” Tərcüməsi: “İlahi, bu gün fəzl qapılarını üzümə aç, bərəkətlərini mənə göndər. Bu gün sənin razılığına bais olan işlərdə məni müvəffəq et, məni behiştin ən yaxşı…

Read More
İSLAM 

Kütləvi iftar süfrələrinin açılması doğru deyil

“Yoluxmaların artma təhlükəsi olduğundan, xüsusi karantin rejimi dövründə adət-ənənələrimizə söykənən kütləvi dini mərasimlərin müvəqqəti olaraq keçirilməməsini tövsiyə edir, iftar süfrəsinin hər bir evdə yalnız ailə üzvlərinin iştirakı ilə açılmasına çağırırıq”. ARANTV.AZ  xəbər verir ki, bunu “Report”a açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurasının üzvü Hacı Surxay deyib. Onun sözlərinə görə, bütün bu tövsiyələr hazırda tüğyan edən xəstəlik səbəbindən müvəqqəti səciyyə daşıyır: “Bütün tələb olunanlar insanların sağlamlığı üçündür. Xəstəlik varsa orada ibadət ola bilməz. Eyni zamanda, harada xəstəlik var orada dini ayinlərin icrası çətin olacaq. İnsanlar ailə üzvlərinin iştirakı ilə iftar süfrələrində dualar…

Read More
İSLAM 

Bu il də Ramazan bayramında camaat namazı qılınmayacaq

“Koronavirus pandemiyasına görə Azərbaycanda məscidlər bağlıdır və buna görə bu il də Ramazan bayramında camaat namazı qılınmayacaq”. ARANTV.AZ  xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) İçərişəhər üzrə səlahiyyətli nümayəndəsi Hacı Surxay bildirib ki, keçən olduğu kimi bu il də bayram namazı onlayn şəkildə məscidlərdən canlı olaraq yayımlanacaq: “Din xadimləri insanlara xitab edəcək. Orucun mühüm əməllərindən biri olan fitrə zəkatının vaxtı Ramazan ayının son günüdür. Adambaşına 5-10 manat arası fitrə zəkatının verilməsi məsləhət görülür. Fitrə canın sədəqəsidir və imkanı olan müsəlmanın ailəsinin hər bir üzvü üçün fitrə zəkatı çıxarması, imkansızlara, ehtiyacı…

Read More
İSLAM 

Bu gecə ikinci Qədr gecəsidir

Bu gecə Azərbaycanda Ramazan ayının ikinci Qədr (əhya) gecəsidir. ARANTV.AZ xəbər verir ki, Ramazan ayının ikinci Qədr gecəsi mayın 3-dən 4-nə keçən gecəyə təsadüf edir. Ramazanın üçüncü Qədr gecəsi isə mayın 5-dən 6-na keçən gecə olacaq. Qeyd edək ki, Qədr gecəsi Allahın kitabı “Quran”ın nazil olduğu gecədir. “Qurani” İslam peyğəmbərinə 23 il ərzində hissə-hissə və Qədr gecəsində bütövlükdə nazil olub. Məlumat üçün bildirək ki, Şəvval ayının 1-i (13 may) Fitr (Ramazan) bayramıdır. Azərbaycanda Ramazan ayı aprelin 14-dən başlayıb.

Read More
İSLAM 

Ramazan ayının 21-ci gününün imsak, iftar və namaz vaxtları – FOTO

Sabah Ramazan ayının 21-ci günüdür. Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, mayın 4-də imsak vaxtı saat 03:55-də, iftar vaxtı isə 19:54-dədir. Mayın 4-ü üçün namaz vaxtları: Sübh azanı 04:05 Zöhr azanı 12:37 Əsr azanı 17:34 Məğrib azanı 19:54 İşa azanı 21:04 21-ci günün imsak vaxtı üçün duanı təqdim edirik: “Allahumməc-əl li fihi ila mərzatikə dəlila. Və la təc-əl liş-şeytani fihi əleyyə səbila. Vəc-əlil-cənnətə li mənzilən və məqila. Ya qaziyə həvaicit-talibin!” Tərcüməsi: “İlahi, bu gün sənin razılığına bais olan əməllərə doğru mənə yol göstər! Bu gün şeytanın mənə hökmranlıq yollarını bağla! Cənnəti mənim üçün mənzil və aramgah et!…

Read More
İSLAM 

“İmsaka oyanmaq, normal qidalanmaq mütləqdir” – Diyetoloq

“Ramazan ayında oruc tutan və imsak etməyən şəxslər gün boyu yorğun olur, bədəndə maddələr mübadiləsi zəifləyir”. ARANTV.AZ xəbər verir ki, bu barədə Modern.az-a diyetoloq-nutrisoloq Ofeliya Tahirova danışıb. O qeyd edib ki, imsakda çox yemək məsləhət deyil, heç yeməmək isə sağlamlığımız üçün problem yarada bilər: “Çünki imsak günün müəyyən hissəsinə kimi bədənimizin enerjili olmasını təmin edir. İmsakın əsas önəmi odur ki, seçdiyimiz qidalar bizi uzun müddətli tox və enerjili saxlasın. İmsak etməyən şəxslər gün boyu yorğun olur, bədəndə maddələr mübadiləsi zəifləyir”. Diyetoloq xüsusilə vurğulayıb ki, metabolizmin çalışması üçün imsaka oyanmaq, normal…

Read More
İSLAM 

Bu gün ikinci Qədr gecəsidir

Bu gün Azərbaycanda ikinci Qədr (Əhya) gecəsidir. ARANTV.AZ  xəbər verir ki, ikinci Qədr gecəsi Ramazanın 20-ci gününə, mayın 3-dən 4-nə keçən gecəyə təsadüf edir. Qeyd edək ki, ilk Qədr gecəsi Ramazanın 18-ci gününə, mayın 1-dən 2-nə keçən gecəyə təsadüf edib. Ramazanın 22-ci (5 may) və 26-cı günləri (9 may) də Qədr gecələri olacaq. Xatırladaq ki, bu il Azərbaycanda Ramazan ayı aprelin 14-də başlayıb. Şəvval ayının 1-i, yəni mayın 13-də isə Ramazan bayramı olacaq.

Read More
İSLAM 

Ramazan ayının həqiqət və batini

Ramazan ayının xarici fəzilətləri ilə yanaşı, batini fəzilətləri də vardır. Əgər bəndə bu batini həqiqətləri dərk etməyi bacarsa, İlahi ziyafətə daxil ola biləcəkdir. Bu, elə aydır ki, bu ayda səma Kitabı nazil olmuşdur və bu ay Allah bəndələrinin ayıdır. Ona görə də bəndə bu ayda Allahdan nə istəsə, həyata keçər. Çünki bu ay, Quranın nazil olduğu aydır və bəndələrin taleyi həmin gecədə təyin olunar və ruziləri bölünər. Ona görə də deyə bilərik ki, İlahi ziyafətin ilk ruzisi –  Qurandır. Hər kim bu ayda Qurandan bir ayə oxuyarsa, başqa aylarda Quran…

Read More