Kriminal 

Türkiyədən qayıdan Sabirabad sakini həyat yoldaşını balta ilə qətlə yetirdi

Sabirabad rayonunun Hacıbəbir kəndində sentyabrın 2-də səhər saatlarında qısqanclıq zəminində qətl hadisəsi baş verib. Bu barədə Oxu.Az-a hadisənin baş verdiyi rayonun hüquq-mühafizə orqanlarından məlumat verilib. Eyvaz Məmmədov (1974-cü il təvəllüdlü) həyat yoldaşı Təranə Məmmədovanı (1979-cu il təvəllüdlü) öldürüb. E.Məmmədov balta ilə həyat yoldaşının başına üç zərbə vurub. Hadisəni törədən kişi saxlanılıb, onun barəsində Azərbaycan Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. Qətlin digər təfərrüatları da məlumdur. Belə ki, E.Məmmədov pul qazanmaq məqsədi ilə getdiyi Türkiyədən bir ay əvvəl qayıdıb. O, Sabirabad rayonunda yaşayan qardaşları ilə telefon…

Read More
Kriminal 

Zaqatalada tanışını öldürən şəxs məhkəmə qarşısına çıxarılır

Zaqatalada tanışını bıçaqla qətlə yetirən şəxs məhkəməyə çıxarılıb. Bu barədə Zaqatala Rayon Prokurorluğundan məlumat verilib. Bildirilib ki, Zaqatala rayonu ərazisində Əliməmməd Əliməmmədovun şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək İlyas İlyasovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. O, Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Cinayət işi üzrə müvafiq ekspertizalar təyin edilib, hadisə yerinə baxış keçirilib və maddi sübutlar götürülüb. Hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün aidiyyəti üzrə Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Read More
Kriminal 

Azərbaycanda dəhşət: Qardaş bacısını boğaraq öldürdü

Avqustun 31-də gecə saatlarında Şabran rayon sakini 1987-ci il təvəllüdlü Leyla Müseyibovanın Samur-Abşeron kanalının Şabran rayonunun Ağbaş kəndi ərazisindən keçən hissəsində suda boğularaq ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Bu barədə Şabran rayon prokurorluğu məlumat yayıb. Dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib. Araşdırmalarla zərərçəkmişin qardaşı, 1990-cı il təvəllüdlü Elşən Abdulov tərəfindən şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Leyla Müseyibovanın qəsdən suya atılması nəticəsində boğularaq ölməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Şabran rayon prokurorluğunda Cinayət Məcəlləsinin…

Read More
Kriminal 

Alimentə görə keçmiş qayınatasını amansızlıqla öldürdü – VİDEO

Bakıda alimentə görə qayınatasını öldürən şəxs 18 il azadlıqdan məhrum edilib. 2018-сi il aprelin 21-də daxil olan məlumat əsasında Sabunçu Rayon Polis İdarəsi 14-cü polis bölməsinin əməkdaşları Maştağa qəsəbəsində üzərində zorakılıq əlamətləri olan qəsəbə sakini Hətəm Şabanovun meyitini aşkar ediblər. Aparılan araşdırma nəticəsində cinayəti mərhumun keçmiş kürəkəni Samir Şabanovun törətdiyi məlum olub. İstintaqla müəyyən edilib ki, S.Şabanov keçmiş qayınatası H.Şabanovu qisas almaq niyyəti ilə öldürüb. O, ailəsinin dağılmasında və aliment verməyə məcbur edilməsində H.Şabanovu günahkar bilib. S.Şabanov cinayəti xüsusi amansızlıqla törədib. O, evindən götürdüyü dəyənəyi gödəkcəsinin altında, bıçağı isə cibində gizlədərək H.Şabanovun yaşadığı…

Read More
Kriminal 

Bakıda qısqanc ər arvadı ilə qonşusunu… – DƏHŞƏTLİ OLAYDAN YENİ XƏBƏR

Qeyri-aşkar şəraitdə törədilən qətllərlə bağlı Baş Prokurorluğun İstintaq İdarəsində cinayət işi üzrə istintaq yekunlaşdırılaraq baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib. ARANTV.AZ xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb. Belə ki, martın 6-da Abşeron rayon sakini Zərnişan Hacıyevanın üzərində zorakılıq əlamətləri olan meyitinin Xəzər rayonu Şüvəlan qəsəbəsi ərazisində Natiq Talıbovun üzərində zorakılıq əlamətləri olan meyitinin isə Sabunçu rayonu, Zabrat qəsəbəsi ərazisində aşkar edilməsi faktları üzrə Xəzər və Sabunçu rayon prokurorluqlarında başlanan cinayət işləri vahid icraatda birləşdirilməklə Cinayət Məcəlləsinin 120.2.1 (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs,…

Read More
Kriminal 

Bakıda kürəkəni tərəfindən qətlə yetirilən şəxs bir müddət əvvəl DİN-dən kömək istəyib

Bakı sakini, 1967-ci il təvəllüdlü Xalıq Bağırovun qətlə yetirilməsinin təfərrüatı məlum olub. X.Bağırovun ailə üzvlərinin Report-a verdiyi məlumata görə, hadisədən üç ay əvvəl 1998-ci il təvəllüdlü Ayxan Hüseynəliyev öz həyat yoldaşını Sumqayıt şəhərində yandıraraq öldürmək istəyib. Bildirilib ki, həmin vaxt qadın hadisə yerindən qaçıb və itkin düşüb: “Sonra qız tapılıb ata evinə gətirildi. Biz də Ayxan Hüseynəliyevin əməlindən polisə məlumat verdik. Ayxanın atası Asif isə polisə müraciət etdiyimiz üçün bizi təhdid etməyə başladı. Həmçinin də Ayxan özü bizi təhdid edirdi. Onların təhdidlərindən sonra Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə müraciət…

Read More
Kriminal 

Bakıda qız onu danlayan 83 yaşlı anasına 49 bıçaq VURDU — DƏHŞƏTLİ QƏTLİN TƏFƏRRÜATI

Bakıda anasını xüsusi amansızlıqla qətlə yetirməkdə təqsirli bilinən Lumina Məmmədovanın cinayət işi. ARANTV.AZ  xəbər verir ki, hadisə Suraxanı rayonunda baş verib. Rayonun Qaraçuxur qəsəbəsi, Komunal küçəsi, ev 3-də yaşayan 1970-ci il təvəllüdlü Məmmədova Lumina İmran qızı onunla bir yerdə yaşayan anası, 1931-ci il təvəllüdlü Çervon Məmmədovanı 49 bıçaq zərbələri ilə qətlə yetirib. İş üzrə dinridilən Lumina Məmmədova ilkin ifadəsində bildirib ki, hadisədən bir gün əvvəl rəfiqəsi ilə görüşüb ticarət mərkəzinə sonra isə kafeyə gediblər. Orda olan zaman oğlan tanışıda onların yanına gəlib. Yemek yedikdən sonra Bakıxanov qəsəbəsində yerləşən digər kafeyə…

Read More
Kriminal 

Ağstafada 31 yaşlı kişi ürəyindən bıçaqlandı

Ağstafada bıçaqlanma hadisəsi baş verib. ARANTV.AZ-ın məlumatına görə, hadisə rayonun Vurğun qəsəbəsindəki “Yaşıl məkan” kafesinin qarşısında rayon sakini, 1989-cu il təvəllüdlü Elnur Nəsibov tanımadığı şəxsin hücumuna məruz qalıb. Naməlum şəxs onun ürək nayihəsinə iki bıçaq zərbəsi vuraraq hadisə yerindən qaçıb. Zərərçəkmiş xəstəxanaya yerləşdirilib. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən rayonun Köçəsgər kənd sakini, 1979-cu il təvəllüdlü Qalib Fərəcov saxlanılıb. Faktla bağlı Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlayıb.APA

Read More
Kriminal 

Bakıda 22 yaşlı oğlan qayınatasını qətlə yetirib

Avqustun 31-də saat 10 radələrində paytaxtın Binəqədi rayonu, Biləcəri qəsəbəsi ərazisində 1967-ci il təvəllüdlü Xalıq Bağırov bıçaqlanıb. Bu barədə Binəqədi Rayon Prokurorluğundan məlumat verilib. Bildirilib ki, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib. Faktla bağlı Binəqədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. İstintaqla hadisənin zərərçəkmişin kürəkəni 1998-ci il təvəllüdlü Ayxan Hüseynəliyev tərəfindən şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı çoxsaylı bıçaq xəsarətləri yetirilməklə törədilməsinə əsaslı şübhələr müəyyən edilib. Ayxan Hüseynəliyev şübhəli şəxs…

Read More
Kriminal 

Masallıda qardaş bacısını kəndirlə boğaraq öldürüb — MƏHKƏMƏ

15 may 2020-ci il tarixdə Masallı rayonu Çaxırlı kənd sakini Könül Məmmədrzayevanın kəndirlə boğularaq qəsdən öldürülməsi faktı üzrə Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə Masallı rayon prokurorluğunda cinayət işi başlanaraq istintaq aparılıb. Masallı Rayon Prokurorluğundan “Ölkə.Az”a verilən məlumata görə, istintaqla zərərçəkmişin qardaşı Rafiq Gözəlovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Könül Məmmədrzayevanı kəndirlə boğaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edildiyindən o, Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə təqsirləndilirən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Cinayət işi üzrə müvafiq ekspertizalar təyin edilmiş, hadisə…

Read More