Kriminal 

Rüşvətə görə işindən ömürlük uzaqlaşdırılmış azərbaycanlı hakimin apellyasiyası təmin olunmadı

Apellyasiya Arbitraj Tribunalının iclası keçirilib. AFFA-nın saytının xəbərinə görə, danışılmış oyunlarda adı hallandığı üçün üç il əvvəl futboldan ömürlük uzaqlaşdırılmış hakim Anar Niyazov haqda qərarı dəyişməyib. İclasda qəbul olunan qərara görə, UEFA-dan daxil olmuş “danışılmış oyunlarla” bağlı hesabatlara və AFFA-nın İcraiyyə Komitəsinin bununla bağlı tövsiyələrinə əsaslanaraq, “danışılmış oyunlarda” iştirak etdiyinə görə hakim Anar Niyazova futbola aid hər bir məşğuliyyətin ömürlük qadağan edilməsi barədə İntizam Komitəsinin 16.03.2017-ci il tarixli qərarı qüvvədə saxlanılıb.

Read More
Kriminal 

Bakıda kişi ondan ayrılmaq istəyən sevgilisini öldürüb sonra isə… — Qətlin ŞOK TƏFƏRRÜATI

Bakıda qeyri-rəsmi münasibətdə olduğu qadını qətlə yetirməkdə təqsirli bilinən Fərhad Abışovun cinayət işi. ARANTV.AZ  xəbər verir ki, hadisə Səbail rayonunda qeydə alınıb. 57 yaşlı, Ağsu rayonunda qeydiyyatda olan Abışov Fərhad Cəlal oğlu qısqanclıq zəmindən qeyri-rəsmi münasibətdə olduğu 38 yaşlı Mikayılova Kəmalə Hümmət qızını bıçaqlayıb. Qadın çoxlu qan itirdiyindən dünyasını dəyişib. Fərhad Abışov daha sonra Səbail rayonunda qaldırıcı kranın üzərinə çıxaraq intihara cəhd edib. Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Onunla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb. Bölməyə aparılan Fərhad Abışov…

Read More
Kriminal 

Şamaxıda evə basqın edib qadını çənəsindən bıçaqladılar

Şamaxıda quldurluq hadisəsi baş verib. ARANTV.AZ  xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Belə ki, Şamaxı Rayon Polis Şöbəsinə (RPŞ) avqustun 24-də saat 3 radələrində, şəhər sakini P.Niyazovun evinə girən bir nəfərin onu və arvadını bıçaqla hədələyib pul tələb etməsi, döyməsi və arvadının çənə nahiyəsinə bıçaqla xəsarət yetirərək 2 ədəd mobil telefon aparması barədə müraciət daxil olub. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Şamaxı şəhər sakinləri, əvvəllər məhkum olunmuş E.Heybətov, P.Həmidov və V. Pənahov saxlanılıblar. Araşdırma aparılır. Ölkə.Az

Read More
Kriminal 

Masallıda bacısını kəndirlə boğub öldürən həbs edildi

Bu il mayın 15-də Masallı rayonu Çaxırlı kənd sakini Könül Məmmədrzayevanın kəndirlə boğularaq qəsdən öldürülməsi faktı üzrə Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə Masallı rayon prokurorluğunda cinayət işi başlanaraq istintaq aparılıb. Masallı rayon prokurorluğundan verilən məlumata görə, istintaqla zərərçəkmişin qardaşı Rafiq Gözəlovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Könül Məmmədrzayevanı kəndirlə boğaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edildiyindən o, Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Cinayət işi üzrə müvafiq ekspertizalar təyin edilib, hadisə yerinə…

Read More
Kriminal 

Kamran Əliyevə vətəndaşların müraciətindən sonra dərhal cinayət işi başlandı

Baş prokuror tərəfindən “Avanqard” turizm şirkətinin direktorunun qanunsuz hərəkətləri barədə daxil olmuş müraciətlər əsasında cinayət işi başlanıb. ARANTV.AZ  xəbər verir ki, bu barədə Trend-ə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib. Məlumatda bildirilir ki, xəbər verildiyi kimi, vətəndaşların müraciətlərinin operativ həlli, aşkarlıq və müraciətlərə baxılması zamanı çevikliyin təmin olunması məqsədilə Baş Prokurorluğun instaqram sosial şəbəkəsindəki səhifəsində sual-cavab adlı sessiya (#prokurorluqlasualcavab) keçirilir. Sessiya zamanı daxil olmuş müraciətlər zəruri tədbirlərin görülməsi məqsədilə Baş Prokurorluğun Mətbuat xidməti tərəfindən dərhal Baş Prokurorluğun rəhbərliyinə, o cümlədən əlaqədar idarə və şöbələrə təqdim olunur. Avqustun 28-də keçirilmiş növbəti sessiya…

Read More
Kriminal 

Prokurorluq Bakıda qadının bıçaqlanması ilə bağlı məlumat yaydı

Avqustun 28-də saat 18 radələrində Sabunçu rayonu, Zabrat qəsəbəsi ərazisində Arzu Ağalarovun bıçaqlanaraq xəsarətlər alması barədə rayon prokurorluğuna məlumat daxil olub. Sabunçu rayon prokurorluğundan verilən məlumata görə, dərhal prokurorluq və polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib. Faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib. Aparılmış araşdırmalarla Tahir Əliyevin şəxsi münasibətlər zəmnində aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirməklə Arzu Ağalarovu qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib. Hazırda prokurorluq…

Read More
Kriminal 

Cəlilabadda kişi arvadını bıçaqladı

Cəlilabad rayonunda bıçaqlanma hadisəsi baş verib. Bu barədə Cəlilabad Rayon Prokurorluğu məlumat yayıb. Bildirilib ki, rayonun Uzuntəpə kənd sakini Elnur Əliyev yaşadıqları evdə arvadı Natavan Nəsirovaya bıçaqla xəsarət yetirib. Bununla bağlı Cəlilabad Rayon Polis Şöbəsinin İstintaq Bölməsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb. Qeyd olunub ki, rayon prokurorluğunun əməkdaşları tərəfindən Elnur Əliyev təqsirləndirilən şəxs qismində qeyd edilən maddə üzrə ittiham olunaraq barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. İş üzrə müvafiq ekspertizalar təyin olunub. Şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib. Hazırda cinayət işi üzrə…

Read More
Kriminal 

Gəncədə kollec müəlliminin qətlə yetirilməsi faktı ilə bağlı cinayət işi başlanıb

Gəncədə müəllimin mənzilində qətlə yetirilməsi faktı ilə bağlı cinayət işi başlanıb. ARANTV.AZ  APA-ya istinadən bildirir ki, E. Qurbanov küçəsində yaşayan Dəmirov Yusif Fərhad  oğlunun mənzilində öldürülməsi faktı ilə bağlı Gəncə şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci(qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, zəruri istintaq tədbirləri həyata keçirilir. Hadisəni törədən şəxs və şəxslərin müəyyən edilərək istintaqa cəlb olunması istiqamətində də əməliyyat-axtarış tədbirləri davam etdirilir. Qeyd edək ki, qətlə yetirilən şəxs Gəncə Tibb Kollecinin “Azərbaycan tarixi” müəllimi idi.

Read More
Kriminal 

Gəncədə müəllim qətlə yetirildi

Gəncədə qətl hadisəsi baş verib. ARANTV.AZ APA-ya istinadən xəbər verir ki, hadisə M.Gəncəvi küçəsində qeydə alınıb. Sözügedən küçədə yaşayan Dəmirov Yusif Fərhad  oğlu evdə bıçaqla qətlə yetirilib. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Hadisənin baş verməsi səbəbləri və qətlin kim tərəfindən törədildiyi araşdırılır. Qeyd edək ki, qətlə yetirilən şəxs Gəncə Tibb Kollecinin “Azərbaycan tarixi” müəllimidir.

Read More