Kriminal 

“Lotu Quli”nin öldürüldüyü oteldə nələr tapılıb… – YENİ TƏFƏRRÜATLAR

Türkiyə hüquq-mühafizə orqanlarının əməkdaşları Antalyanın Serik rayonunda məşhur azərbaycanlı “qanuni oğru”, “Lotu Quli” kimi tanınan Nadir Səlifovun öldürüldüyü oteldə axtarış apararkən xeyli silah-sursat aşkar edib. ARANTV.AZ xəbər verir ki, silah-sursatlar otelin restoranında və dəhlizində, “Lotu Quli”nin öldürülməsinin ardınca aparılan axtarışda tapılıb. Xatırladaq ki, “Lotu Quli” Antalyada qərargah kimi istifadə etdiyi və dincəldiyi “Alva Donna Exclusive Hotel Spa” beşulduzlu otelinin restoranında kart oynayarkən yaxın ətrafına daxil olan “Xan Bakinski” ləqəbli Xaqan Zeynalov tərəfindən güllələnib. Antalya polisindəki mənbələrin dediyinə görə, “Xan Bakinski” Nadir Səlifova arxadan, boynunun arxasından dörd dəfə atəş açdıqdan sonra…

Read More
Kriminal 

Göygöldə 40 yaşlı kişi bıçaqlandı

Göygöl şəhərində yerli sakin qarın nahiyəsindən bıçaq xəsarəti alıb. “Report”un Qərb Mərkəzinin məlumatına görə, Göygöl şəhər ərazisində 40 yaşlı Natiq Niftəliyev qarnından bıçaqlanıb. O, öncə Göygöl Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Daha sonra Gəncə şəhərində yerləşən xəstəxanaların birinə göndərilib. Hadisənin baş verdiyi şərait hələ ki məlum deyil. Faktla bağlı araşdırmalara başlanılıb.

Read More
Kriminal 

Azərbaycanda dəhşətli əməl: Kişi benzin tökərək arvadını yandırdı

İyunun 9-da,  saat 06 radələrində Əmirova Şura İslam qızının Kürdəmir rayonu, Muğanlı kəndi ərazisində traktorda əri Hüseynov Nurlan Üzeyir oğlu ilə aralarında yaranmış mübahisə nəticəsində əri tərəfindən üzərinə benzin tökülərək yandırılması faktı ilə bağlı Kürdəmir Rayon Polis Şöbəsinin İstintaq Bölməsində Cinayət Məcəlləsinin 126.2.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb. Kürdəmir Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, prokurorluq və polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində cinayətin törədilməsində təqsirləndirilən Nurlan Hüseynov istintaqa cəlb olunaraq barəsində rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Avqustun 22-də Şura Əmirova müalicə olunduğu…

Read More
Kriminal 

Salyanda kişi arvadını amansızlıqla öldürdü – YENİLƏNİB

Salyan sakini, 1982-ci il təvəllüdlü Əliyev Namiq Həmdulla oğlu həyat yoldaşı, 1983-cü il təvəllüdlü Səfərova Bəsti Yunis qızını ailə münaqişəsi zəminində iş yerində bıçaqla qətlə yetirib. ARANTV.AZ-ın məlumatına görə, N.Əliyev polis tərəfindən saxlanılıb. Faktla bağlı Salyan Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır. 15:45 Salyanda ər arvadını qətlə yetirib. ARANTV.AZ-ın məlumatına görə, Salyan sakini Əliyev Namiq Həmdulla oğlu həyat yoldaşı Səfərova Bəsti Yunis qızını ailə münaqişəsi zəminində öldürüb. Faktla bağlı araşdırma aparılır.APA

Read More
Kriminal 

Rövşən-Quli savaşının təfərrüatı: Krallar öldü, yeni kral kimdir?

Lotu Qulinin Türkiyənin Antalya şəhərində qətlə yetirilməsi Rusiya mediasında da əks-səda verib. ARANTV.AZ  Axar.az-a istinadən Lenta.ru-da dərc edilən “Sonuncu don. Azərbaycan mafiyasının rəhbəri öldürüldü. Rusiya oğru dünyasını “yenidən bölüşdürülmə” gözləyir” başlıqlı araşdırmasını təqdim edir: Avqustun 20-də “Lotu Quli” adı ilə tanınan 47 yaşlı qanuni oğru Nadir Səlifovun öldürülməsi barədə məlumat kriminal aləmi sarsıtdı. O, Azərbaycan oğru dünyasının əsas simalarından olmaqla yanaşı, postsovet məkanında ən nüfuzlu şəxslərdən biri idi. Qulinin adı İstanbulda güllələnən Rövşən Canıyevin (Lənkəranski) qətlində də hallanırdı. Onun Lənkəranskinin ölümündən düz dörd il sonra öldürülməsi də təsadüfi deyil. Qətl…

Read More
Kriminal 

Bakıda kişi qonşusu tərəfindən bıçaqlandı

Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib. ARANTV.AZ xəbər verir ki, hadisə Zabrat qəsəbəsində qeydə alınıb. Belə ki, 1988-ci il təvəllüdlü Tağıyev Kamran Natiq oğlu qonşusu ilə əlbəyaxa dava zamanı bıçaqlanıb. Yaralı döş qəfəsinin kəsilmiş-deşilmiş xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. O, əməliyyat olunub. Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsində araşdırma aparılır.APA

Read More
Kriminal 

“Lotu Quli”nin ölümündən sonra cinayətkar aləmin yeni liderinin adı açıqlandı – FOTO

Cinayətkar aləmdə liderliyə iddia edə biləcək yeganə kriminal avtoritet Suxumi klanının lideri Merab Djanqveladzedir (“Suxumski”). Bu barədə Lenta.ru-ya kriminal aləmdə həyatın işıqlandırılması ilə məşğul olan, Rusiyanın  “Praym Kraym” informasiya agentliyinin redaktoru Viktoriya Gefter məlumat verib. Onun fikrincə, Merab Suxumskini yeraltı dünyanın yeni lideri adlandırmaq olar, çünki o, avqustun 19-da qətlə yetirilən azərbaycanlı qanuni oğru Nadir Səlifov (“Lotu Guli”) ilə bərabər nüfuza malik biridir. “Praym Kraym” redaktoru “Quli”nin ölümünün mafiya müharibələrinin nəticəsi olduğunu deyib: “Düşünürəm ki, bu (qətl) ən çox elə “Quli”nin özü üçün gözlənilməz oldu. Bir çoxu onun belə sonu …

Read More
Kriminal 

“Lotu Quli”nin qətlində ittiham edilən şəxs: “Sevmədiyim üçün öldürdüm” – VİDEO

Azərbaycanlı “qanuni oğru”, kriminal aləmdə “Lotu Quli” kimi tanınan Nadir Səlifovu öldürməkdə ittiham edilən mühafizəçisi 25 yaşlı Xan Zeynalov və sürücüsü, 26 yaşlı Əmir Həmidli hakim qarşısına çıxarılıb. “Hürriyet” xəbər verir ki, X.Zeynalov ilk ifadəsini verib. O, Nadir Səlifovla birgə böyüdüyünü deyib: “Onu heç sevmirdim. Birgə yaşadıq, birgə böyüdük. Onun mühafizəçisi oldum, illərlə buna dözdüm. Amma sevmirdim. Sevməyə-sevməyə bu işi gördüm. Sevmədiyim üçün də öldürdüm”.

Read More