Kriminal 

Azərbaycanda dəhşətli qətl: Kişi arvadını güllələyib öldürdü – YENİLƏNİB + TƏFƏRRÜAT

Qazax rayonunda baş verən qətlin bəzi detalları üzə çıxıb. Oxu.Az-ın əldə etdiyi məlumata görə, qətl 16 kalibrli təklülə tüfənglə törədilib. Belə ki, 1971-ci il təvəllüdlü Osmanlı Ayaz 1973-cü il təvəllüdlü arvadı Osmanlı Maral Baba qızını güllələyib. Cütlüyün üç azyaşlı övladı var. Cinayəti törədən ər saxlanılıb. İlkin məlumata görə, kişi cinayəti ehtiyatsızlıqdan törətdiyini deyib. Faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirilir. İlhamə Əbülfət 08:18 Qazax rayonunda qətl hadisəsi baş verib. APA-nın məlumatına görə, hadisə rayonun Qaymaqlı kəndində qeydə alınıb. Osmanlı Ayaz həyat yoldaşı, 43 yaşlı Osmanlı Maral Baba qızını güləlləyib.…

Read More
Kriminal 

Sumqayıtda sərxoş kişi qardaşını və onun oğlunu xəstəxanalıq etdi

Sumqayıtda sərxoş şəxs qardaşını bıçaqlayıb, qardaşı oğluna isə xəsarət yetirib. ARANTV.AZ-ın məlumatına görə, hadisə şəhərin Corat qəsəbəsində qeydə alınıb. Eyni həyətdə yaşayan qardaşlar arasında yaranan mübahisə qanla nəticələnib. Belə ki, sərxoş vəziyyətdə olan 50 yaşlı Nəcəf Şirinov qardaşı, 1957-ci il təvəllüdlü Zakir Şirinova bıçaqla hücum edərək əvvəlcə sağ qoluna, sonra isə sinə nahiyəsinə xəsarət yetirib. Daha sonra o, bıçağın tiyəsi ilə qardaşı oğlunun göz nahiyəsinə zərbə endirib. Xəsarət alan ata və oğlu xəstəxanaya yerləşdirilib. Vəziyyətlərinin qənaətbəxş olduğu bildirilir. N. Şirinov polis tərəfindən saxlanılıb. Faktla bağlı araşdırma aparılır.APA

Read More
Kriminal 

Bakıda 35 yaşlı kişi bıçaqlandı

Bakının Xəzər rayonunda bıçaqlanma hadisəsi baş verib. ARANTV.AZ xəbər verir ki, rayonun Binə qəsəbəsi, Südçülük sovxozu ərazisində 1985-ci il təvəllüdlü Xalid Qurbanov naməlum şəxslə mübahisə edib. Mübahisə zamanı həmin şəxs bıçaqla Xalid Qurbanovun boğaz nahiyəsinə xəsarət yetirib və daha sonra hadisə yerini tərk edib. Yaralı 3 nömrəli Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Ona tibbi yardım göstərilib, vəziyyətinin ağır olduğu bildirilir. Hadisəni törədən şəxsin tutulması üçün əməliyyat keçirilir. Faktla bağlı cinayət işi başlanıb.Publika.az

Read More
Kriminal 

Şabranda kişi xalası oğlunu amansızlıqla qətlə yetirdi

Avqustun 1-də saat 5:00 radələrində Şabran rayonunun Günəşli kənd sakini Əmirov Ələkbər Məzahir oğlunun bıçaqlanaraq öldürülməsi barədə hüquq-mühafizə orqanlarına məlumat daxil olub. Şabran Rayon Prokurorluğundan verilən məlumata görə, dərhal prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib. Faktla bağlı Şabran Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi üzrə cinayət işinə başlanılıb. İlkin istintaqla hadisənin zərəçəkmiş şəxsin xalası oğlu, 1995-ci il təvəllüdlü Taleh Atamoğlanov tərəfindən şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı törədilməsinə əsaslı şübhələr müəyyən edilib. Taleh…

Read More
Kriminal 

Bakıda DƏHŞƏT: Gənc arvadını ölümcül edib yol kənarına atdı

Bakıda arvadını öldürməkdə təqsirli bilinən Yavər Əliyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb. ARANTV.AZ-ın xəbərinə görə, cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş araşdırılması üçün hakim Mahmud Ağalarovun icraatına verilib. Yaxın günlərdə məhkəmə başlanacaq. İttihama görə, hadisə paytaxtın Sabunçu rayonu, Zabrat-Pirşağı avtomobil yolunun kənarında baş verib. Binəqədi rayonu, Baksol şosesi, nömrəsiz evdə yaşayan 1990-cı il təvəllüdlü Yavər Əliyev 1995-ci il doğumlu həyat yoldaşı Nuranə Əliyevanı qısqanclıq zəminində Zabrat-Pirşağı yoluna apararaq orada xüsusi amansızlıqla döyüb, daha sonra yolun kənarına atıb. Yaralı yoldan keçən şəxslərin köməyi ilə 3 saylı şəhər Klinik…

Read More
Kriminal 

Azərbaycanda qadını amansızlıqla qətlə yetirib yol kənarına atdılar

Dünən saat 10:00 radələrində Hacıqabul rayonu ərazisindən keçən Bakı-Qazax-Gürcüstan sərhədi avtomobil magistral yolunun kənarında üzərində bir ədəd kəsilmiş-deşilmiş xəsarəti olan naməlum qadın meyitinin aşkar olunması barədə məlumat daxil olub. Hacıqabul Rayon Prokurorluğundan bildirilib ki, dərhal prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib, digər zəruri prosessual hərəkətlər yerinə yetirilib. Faktla bağlı Hacıqabul Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib. İstintaqla mərhumun 1968-ci il təvəllüdlü Gülxara Qubadlıya olması müəyyənləşib. Hazırda prokurorluq və polis əməkdaşları tərəfindən cinayəti törətmiş şəxs və ya…

Read More
Kriminal 

Göygöl sakininin evindən narkotik və sursat tapılıb – FOTO

Göygöl Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin kultivasiyası ilə məşğul olan şəxs saxlanılıb. Bununla bağlı Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupu məlumat yayıb. Bildirilib ki, daxil olmuş məlumat əsasında Göygöl rayon sakini, Cinayət Məcəlləsinin müvafiq maddələri ilə əvvəllər dəfələrlə məhkum olunmuş 40 yaşlı Vüqar Cəfərov saxlanılıb. Onun rayonun Üçtəpə kəndində yerləşən evinin həyətyanı sahəsinə baxış keçirilən zaman oradan əkilmiş və xüsusi qaydada qulluq edilmiş ümumilikdə 55 ədəd çətənə kolu, yaşayış evinin yataq otağından 6.02 qram qurudulmuş marixuana, 3.15 qram çətənə kollarına məxsus toxum, eyni zamanda 52 ədəd müxtəlif çaplı ov…

Read More
Kriminal 

Azərbaycanda dəhşətli ailə münaqişəsi: Kişi arvadını bıçaqladı, özünü yandıraraq öldürdü – VİDEO

Salyanda kişi əvvəlcə həyat yoldaşını bıçaqlayıb, daha sonra özünü yandırıb. Baku TV xəbər verir ki, hadisə Salyanın Kürsəngi kəndində baş verib. Kənd sakinlərinin dediyinə görə, 32 yaşlı Məcid Kərimov bir neçə il bundan öncə 26 yaşlı dayısı qızı Aysel Kərimova ilə ailə həyatı qurub. Bu nikahdan bir qızı, bir oğlu olmaqla, iki övladı dünyaya gəlib. Qonşular bildirib ki, onlar ailə qurduqları vaxtdan indiyədək aralarında heç vaxt söz-söhbət olmayıb. Lakin ötən gün Məcid Kərimov əvvəlcə həyat yoldaşını bıçaqlayıb. Daha sonra həyətyanı sahəyə gedərək, üzərinə benzin tökməklə yandırıb. Bundan xəbər tutan yaxınları…

Read More
Kriminal 

Dostunu öldürüb xarici ölkəyə qaçdı – VİDEO

Baku TV daha bir dəhşətli cinayətin təfərrüatını təqdim edir. 2017-ci il iyulun 15-də Kliniki Tibbi Mərkəzdən Səbail RPİ 8-ci PB-nə Bayıl qəsəbəsindən deşilmiş-kəsilmiş xəsarətlərlə daxil olan Bakı şəhər sakini Nail Abdulrəhmanovun vəfat etməsi ilə bağlı məlumat verilib. Araşdırma zamanı hadisənin F.Qurbanov küçəsi, 158/159 ünvanında baş verməsi, N.Abdulrəhmanova bıçaqla xəsarətlər yetirən şəxsin qəsəbə sakini Əli Nağıyev olması məlum olub. Barəsində axtarış elan olunmuş Ə.Nağıyev Azərbaycan sərhədini qanunsuz yolla keçərək Gürcüstanda gizlənib və həmin ölkənin mobil operatorlarından istifadə edərək, ailə üzvləri ilə əlaqə saxlayıb. 2017-ci il oktyabrın 2-də o, Gürcüstan ərazisində tutulub və…

Read More
Kriminal 

Abşeronda ər arvadını “lom”la öldürüb — Dəhşətli qətlin TƏFƏRRÜATI-VİDEO

Abşeron rayonunda keçmiş arvadını xüsusi amansızlıqla qətlə yetirməkdə təqsirli bilinən Sadiq Muxtarovun cinayət işi. ARANTV.AZ  xəbər verir ki, Abşeron rayonunun Masazır qəsəbə sakini, 1990-cı il təvəllüdlü Sadiq Muxtarov həmin qəsəbədə yaşayan, keçmiş həyat yoldaşı, 1993-cü il təvəllüdlü Lalə Muxtarovaya ailə üzvlərinin gözü qarşısında ağır dəmir parçası (ling) çoxsaylı xəsarətlər yetirərək xüsusi amansızlıqla qətlə yetirib. Hadisədən sonra S.Muxtarov mətbəx bıçağı ilə özünə də xəsarətlər yetirib. Yaralı xəsarətlə Respublika Klinik Xəstəxanasına yerləşdirilib. İstintaqla müəyyən olunub ki, Sadiq Muxtarov rəsmi nigahda olduğu, lakin faktiki ayrı yaşadığı Lalə Muxtarovanın azyaşlı oğlu ilə görüşməyə imkan…

Read More