Kriminal 

Masallıda ata və oğulu güllələyən şəxs tutuldu

İyulun 29-u, saat 13 radələrində Masallı rayonu, Əhmədli kənd sakinləri Vüqar İsmayılov və atası Valeh İsmayılovun odlu silahdan atəş açılması nəticəsində xəsarətlər almalarına dair məlumat daxil olub. Bu barədə Masallı Rayon Prokurorluğundan məlumat verilib. Bildirilib ki, dərhal prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib. Araşdırmalarla Əhmədli kənd sakini, 1966-cı il təvəllüdlü Hafiz Cəfərovun  özünə məxsus tək lüləli tüfənglə qonşuları Vüqar İsmayılov və Valeh İsmayılova şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı atəş açaraq xəsarətlər yetirməsi və bununla da, onları qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr…

Read More
Kriminal 

Salyanda ər arvadını bıçaqlayandan sonra özünü yandırdı

Salyanda qadın əri tərəfindən bıçaqlanıb. ARANTV.AZ-ın məlumatına görə, rayonun Kürsəngi kənd sakini, 1994-cü il təvəllüdlü Kərimova Aysel Vahid qızı qarın nahiyəsinin çoxsaylı bıçaq xəsarətləri ilə Şirvan Şəhər Mərkəzi Xəstəxanasının cərrahiyə şöbəsinə yerləşdirilib və əməliyyata götürülüb. Onun həyat yoldaşı,1988-ci təvəllüdlü Məcid Kərimov tərəfindən bıçaqlandığı bildirilir. Qeyd edilir ki, ər həyat yoldaşını bıçaqlayandan sonra özünü yandırıb. M.Kərimov ağır yanıq xəsarətləri ilə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.APA

Read More
Kriminal 

Sabunçuda ev sahibini qətlə yetirən kirayənişin tutuldu

Bakıda kirayənişin ev sahibini qətlə yetirib. ARANTV.AZ Trend-ə istinadən xəbər verir ki, hadisə paytaxtın Sabunçu rayonu ərazisində baş verib. Rayon sakini, 1965-ci il təvəllüdlü Hüsnü Əliyev evində kirayə yaşayan 1994-cü il təvvəllüdlü Əliyev Kamran Barat oğlu tərəfindən şəxsi münasibətlər zəminində bıçaqla öldürülüb. Faktla bağlı Sabunçu rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Bakı şəhər Baş Polis İdarəsi Cinayət Axtarış İdarəsi, Sabunçu rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsi və 12-ci Polis Bölməsinin əməkdaşlarının keçirdiyi təxirəsalmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Əliyev Kamran Barat oğlu tutularaq istintaqa cəlb edilib.

Read More
Kriminal 

Hacı Beyləqanski 19 il müddətinə həbs edildi

Rusiyanın paytaxtı Moskva şəhərində Hacıbaba Talıbxanlıya (Hacı Beyləqanski) hökm oxunub. ARANTV.AZ qafqazinfo-ya istinadən xəbər verir ki, o, 19 il müddətinə azadlıqdan məhrum edilib. H.Talıbxanlı iki və ya daha çox insanın öldürülməsinə cəhd, qətl, qanunsuz silah dövriyyəsi, giriş hüququ üçün etibarlı sənədlər olmadan Rusiya Federasiyasının Dövlət Sərhədini keçməkdə təqsirli bilinib. Məlumata görə, istintaq və məhkəmə müəyyən edib ki, 2012-ci ilin aprelində təqsirləndirilən şəxs etnik cinayətkar qrupun üzvü olaraq Moskvada rəqib qrupun 1960-cı il təvəllüdlü iştirakçısı və onun 1986-cı il təvəllüdlü tanışının olduğu “Toyota Land Cruiser” avtomobilinə bir neçə atəş açıb. Kişi aldığı…

Read More
Kriminal 

Bakının mərkəzində 29 yaşlı şəxs başından bıçaqlandı

Ötən gecə paytaxtda növbəti bıçaqlanma hadisəsi baş verib. ARANTV.AZ-ın məlumatına görə, hadisə Neftçilər prospektində qeydə alınıb. Naməlum şəxs 1991-ci il təvvəlüdlü İbrahimov Nicat Adil oğluna baş və qarın nahiyələrindən bıçaq zərbələri endirib. Yaralı təcili yardımın köməyi ilə xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır.Report

Read More
Kriminal 

Bakıda dəhşətli olay – Özündən 29 yaş böyük kişini öldürdü – YENİLƏNDİ

Ötən gün Bakıda törədilmiş qətl hadisəsi ilə bağlı rəsmi məlumat yayılıb. Sabunçu rayon Prokurorluğundan Publika.az –a daxil olan məlumatda bildirilir ki, iyulun 27-də paytaxtın Sabunçu rayon sakini 1965-ci il təvəllüdlü Hüsnü Əliyevin meyitinin yaşadığı evin həyətində aşkar edilməsi barədə Sabunçu rayon prokurorluğuna məlumat daxil olub. Dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib. Həmin məlumat əsasında aparılan araşdırma zamanı prokurorluq və polis əməkdaşlarının həyata keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində Hüsnü Əliyevin bıçaqla xəsarət yetirilərək qəsdən öldürülməsi müəyyən edilib. Faktla bağlı…

Read More
Kriminal 

Bakıda dəhşət: Kirayənişin ev sahibini öldürdü

İyulun 27-də paytaxtın Sabunçu rayon sakini, 1965-ci il təvəllüdlü Hüsnü Əliyevin meyitinin yaşadığı evin həyətində aşkar edilməsi barədə Sabunçu rayon prokurorluğuna məlumat daxil olub. Bu barədə Sabunçu Rayon Prokurorluğu məlumat yayıb. Bildirilib ki, dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib. Həmin məlumat əsasında aparılan araşdırma zamanı prokurorluq və polis əməkdaşlarının həyata keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində Hüsnü Əliyevin bıçaqla xəsarət yetirilərək qəsdən öldürülməsi müəyyən edilib. Faktla bağlı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə…

Read More
Kriminal 

Bakıda dəhşətli qətl – Meyiti həyətdə tapıldı

Bakıda qətl törədilib. ARANTV.AZ xəbər verir ki, ötən gecə Sabunçu qəsəbəsi ərazisində yerləşən fərdi yaşayış evlərindən birinin həyətindən 1965-ci il təvəllüdlü Əliyev Hüsnü Südeyif oğlunun üzərində xəsartlər olan meyiti tapılıb. Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində H.Əliyevin Kamran Əliyev adlı şəxs tərəfindən qətlə yetirilməsi məlum olub.Faktla bağlı araşdırmalar davam etdirilir.Publika.az

Read More
Kriminal 

Bakıda taksiyə minib sürücünü başından bıçaqladılar

Bakıda taksi sürücüsünə bıçaqla xəsarət yetirilib. ARANTV.AZ xəbər verir ki, iyulun 22-də Biləcəri qəsəbəsi ərazisində 3 qəsəbə sakini H.Məmmədovun idarə etdiyi “Chevrolet” markalı avtomobilə sərnişin qismində oturub Xırdalan şəhərinə gedəcəklərini bildirmələri, sonradan bıçaqla hədələyərək baş nahiyəsinə xəsarət yetirib avtomobildən düşürərək həmin nəqliyyat vasitəsi ilə getmələri barədə müraciət daxil olub. Əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Xırdalan şəhər sakinləri Ə.Əliyev, S.Quliyev, Bakı şəhər sakini F.Başaəli müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb, 2 nəfərin isə şəxsiyyətləri müəyyən edilib. Polis əməkdaşları tərəfindən avtomobil Masazır qəsəbəsi ərazisindəki dayanacaqdan tapılıb. Əməliyyat-axtarış tədbirləri davam etdirilir.BiG.AZ

Read More
Kriminal 

Abşeronda iki nəfəri öldürən şəxslər tutuldu

İyulun 25-də saat 19 radələrində Xırdalan şəhəri ərazisində 1991-ci il təvəllüdlü Hüseynağa Yaqubovun və 1975-ci il təvəllüdlü Məmməd Məmmədovun aldıqları bıçaq xəsarətlərindən ölmələri, bir neçə şəxsin isə ağır dərəcəli müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilmələri barədə məlumat daxil olub. Abşeron Rayon Prokurorluğundan verilən məlumata görə, dərhal prokurorluq və polis əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitlərə baxış keçirilib. Faktla bağlı Abşeron Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürmə), 29, 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürməyə…

Read More