Kriminal 

Sumqayıtda 77 yaşlı atasını qətlə yetirmiş şəxs tutuldu

İyulun 19-da, saat 22:00 radələrində Sumqayıt şəhərinin ərazisində 1943-cü il təvəllüdlü Azad Rzayevin yaşadığı evdə öldürülməsi barədə məlumat daxil olub. Bu barədə Sumqayıt Şəhər Prokurorluğu məlumat yayıb. Bildirilib ki, insidentlə bağlı daxil olan məlumat əsasında prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib. İstintaqla psixi xəstəlikdən əziyyət çəkən 1984-cü il təvəllüdlü Aydın Rzayevin şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı atası Azad Rzayevə çoxsaylı bıçaq zərbələri vurub, onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Aydın Rzayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb…

Read More
Kriminal 

Ərindən küsüb atası evinə getdi, əri tərəfindən öldürüldü – Ağdaşda QƏTL

Ağdaşda ər arvadını qətlə yetirib. Hadisə rayonun Nehrəxəlil kəndində baş verib. Kənd sakini, 1995-ci il təvəllüdlü Nuranə Elbrus qızı Səttarova​ əri, 1988-ci il təvəllüdlü Tural Tahir oğlu Səttarov tərəfindən 8 bıçaq zərbəsi ilə öldürülüb. Məlumata görə, onlar 2012-­ci ildə ailə həyatı qurublar.​ Kənd sakinlərinin sözlərinə görə, bir həftə əvvəl ailə münaqişəsi zəminində tərəflər arasında söz-söhbət yaranıb. Bundan sonra N.Səttarova atası evinə gedib. Bu gün günorta saatlarında T.Səttarov qayınatasının evinə gedərək yenidən həyat yoldaşı ilə mübahisə edib. Mübahisə zamanı T.Səttarov N.Səttarovaya bıçaq zərbələri endirib. Qeyd edək ki, cütlüyün üç azyaşlı övladı…

Read More
Kriminal 

Tovuzda kişi qohumunu qətlə yetirdi

İyulun 17-də saat 20:30 radələrində Tovuz rayonu, Yuxarı Öysüzlü kənd sakini Mahmud Əsgərovun qətlə yetirilməsi barədə məlumat daxil olub. Bu barədə Tovuz Rayon Prokurorluğu məlumat yayıb. Bildirilib ki, daxil olan məlumat əsasında prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib. İstintaqla hadisənin zərərçəkmişin qohumu Vüqar Səfərov tərəfindən şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı törədilməsinə əsaslı şübhələr müəyyən edildiyindən, o, şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Faktla bağlı Tovuz Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin…

Read More
Kriminal 

Sumqayıtda 27 yaşlı gənc tanışını amansızlıqla qətlə yetirdi

İyulun 17-də, saat 14 radələrində Sumqayıt şəhəri ərazisində 1992-ci il təvəllüdlü Kamal Əliyevin bıçaqlanaraq öldürülməsi barədə məlumat daxil olub. Sumqayıt Şəhər Prokurorluğundan verilən məlumata görə, dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib. Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib. İstintaqla hadisənin zərərçəkmişin tanışı 1993-cü il təvəllüdlü Elnur Əsədullayev tərəfindən şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı törədilməsinə əsaslı şübhələr müəyyən edildiyindən o, şübhəli şəxs qismində tutularaq…

Read More
Kriminal 

28 yaşlı kişi keçmiş həyat yoldaşının boğazını şüşə ilə kəsdi

Zaqatalada 28 yaşlı kişi keçmiş həyat yoldaşının boğazına xəsarət yetirib. ARANTV.AZ-ın məlumatına görə, hadisə ötən gün axşam saatlarında Zaqatala şəhərinin ərazisində qeydə alınıb. Rayonun Aşağı Tala kənd sakini, 1992-ci il təvəllüdlü H.Həmzəyev şəxsi münasibətlər zəminində keçmiş həyat yoldaşı Q.B.-nın boğaz nahiyəsinə şüşə parçası ilə iki yerdən xəsarət yetirib. Q.B. Zaqatala Rayon Mərkəzi Xəstəxanasının cərrahiyyə şöbəsinə yerləşdirilib. Onun vəziyyətinin orta-stabil olduğu bildirilir. Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır.APA

Read More
Kriminal 

Ucar sakininin oğlu tərəfindən öldürüldüyü məlum olub

Ucar sakininin qətlinin üstü açılıb. APA-nın xəbərinə görə, balta ilə baş nahiyəsindən ağır xəsarət aldıqdan sonra Göyçay Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilən və orada vəfat edən rayonun Bərgüşad kənd sakini, 1969-cu il təvəllüdlü Bayram Ata oğlu Abbasovun, oğlu – 1994-cü il təvəllüdlü Əhliman Abbasov tərəfindən öldürüldüyü məlum olub. Xatırladaq ki, B.Abbasovun yaxın qohumları tərəfindən öldürüldüyü ehtimal edildiyi üçün mərhumun qardaşı uşaqları şübhəli şəxs qismində saxlanılmışdı. Aparılan araşdırmalar nəticəsində B.Abbasovun oğlu tərəfindən qətlə yetirildiyi təsdiqlənib. Qeyd edək ki, iyulun 10-da gecə saat 3 radələrində Ucar rayonu, Bərgüşad kənd sakini Bayram Abbasovun bir və ya…

Read More
Kriminal 

Prokurorluq Gədəbəydəki qətllə bağlı məlumat yaydı

İyulun 12-də saat 17 radələrində Gədəbəy rayonu, Qurudərə kənd sakini İsgəndərov Oruc Abbas oğlunun yaşadığı ünvanda qəsdən öldürülməsi, sonuncunun arvadı Sənubər İsgəndərovanın isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilməsi barədə məlumat daxil olub. Gədəbəy rayon prokurorluğundan Musavat.com-a bildirilib ki, dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilmiş, digər prosessual hərəkətlər yerinə yetirilmişdir. Faktla bağlı Gədəbəy rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 29, 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd) maddələri ilə cinayət işi başlanmışdır. İş üzrə müvafiq ekspertizalar təyin…

Read More
Kriminal 

Bakıda iki azyaşlı qızı avtomobil vurub

Bakının Sabunçu rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. APA xəbər verir ki, hadisə Məmmədəliyev küçəsində qeydə alınıb. Belə ki, “Toyota” markalı avtomobil yüksək sürətlə yol kənarında dayanan doqquz yaşlı Yusifova Aysun Əmirhüseyn qızı və səkkiz yaşlı Yusifova Ruqiyyə Bayandur qızını vurub. Hər iki yaralı 3 saylı şəhər xəstəxanasına yerləşdirilib. Həkimlərin verdiyi məlumata görə, yaralılar ağır qapalı kəllə-beyin travması ilə reanimasiyadadırlar.

Read More
Kriminal 

Kürdəmirdə ata oğlunu öldürdü

Kürdəmirdə qətl hadisəsi törədilib. “Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə Xırdapay kəndində qeydə alınıb. Kənd sakini, 61 yaşlı Şəmiyev Məzahir Heybət oğlu aralarında yaranan ailə münaqişəsi zəminində oğlu, 35 yaşlı Şəmiyev Elkəni ov tüfəngi ilə vuraraq öldürüb. Hadisə yerinə Kürdəmir rayonunun hüquq mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır. Qeyd edək ki, qətlə yetirilən Elkən Şəmiyev əvvəllər məhkumluq həyatı yaşayıb.

Read More