Kriminal 

22 yaşlı Könülün qətlində şübhəli bilinən Elvinin GÖRÜNTÜLƏRİ

Xəbər verdiyimiz kimi, 2 ay əvvəl itkin düşən Cəlilabad rayon Muğan kənd sakini 22 yaşlı Könül Ağayevanın qəsdən öldürüldüyü məlum olub. Cinayətdə Lənkəran rayon sakini Elvin İsmayılzadə şübhəli bilinir və o, artıq saxlanılıb. Həyata keçirilmiş çoxsaylı istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində 2003-cü il təvəllüdlü Lənkəran şəhər sakini E. İsmayılzadənin martın 1-də Lənkəran şəhəri ərazisində yerləşən evlərdən birində K.Ağayevanı boğaraq qəsdən öldürməsi, növbəti gün cinayət hadisəsini gizlətmək üçün tanışı Xəyal Səmədovun köməkliyi ilə Könül Ağayevanın meyitini həmin fərdi yaşayış evinin birinci mərtəbəsində basdırmasına əsaslı şübhələr müəyyən edilib. ARANTV.AZ  Baku TV-yə istinadən qətlə şübhəli bilinən…

Read More
Kriminal 

Qarabağda separatçıların “rəhbəri” olmuş Arkadi Qukasyanın həbs müddəti uzadılıb

Qarabağda separatçıların “rəhbəri” olmuş Arkadi Qukasyan barəsində həbs qətimkan tədbirinin uzadılması ilə bağlı məhkəməyə müraciət olunub. APA xəbər verir ki, Binəqədi Rayon Məhkəməsində vəsatətə və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatına baxılıb. Təqdimatda Arkadi Qukasyanın irihəcmli cinayət işi üzrə ibtidai istintaq hərəkətlərinin davam etməsi əsas gətirilərək barəsində seçilmiş qətimkan tədbirinin daha bir neçə ay uzadılması istənilib. Məhkəmə vəsatət və təqdimatı təmin edib. Qərara əsasən, A.Qukasyan barəsində həbs-qətimkan tədbirinin müddəti 5 ay uzadılıb. Bundan başqa, Bakıda həbsdə olan daha bir separatçının həbs müddətinin uzadılması barədə məhkəməyə təqdimat daxil olub. Xatırladaq…

Read More
Kriminal 

Ailəsinin beş üzvünü öldürməkdə ittiham olunan Əhməd Əhmədovla bağlı yekun ekspertiza rəyi açıqlandı

İkisi azyaşlı olmaqla beş nəfər ailə üzvünü amansızlıqla öldürməkdə ittiham olunan Əhməd Əhmədovun psixoloji vəziyyəti ilə bağlı yekun ekspertiza rəyi açıqlanıb. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, prokurorluğun etirazı əsasında keçirilən budəfəki ekspertiza rəyi də Əhməd Əhmədovun anlaqsız olduğu qənaətinə gəlib. Rəydə qeyd olunur ki, təqsirləndirilən şəxs hadisəni törədərkən anlaqsız vəziyyətdə olub. Məlumat üçün deyək ki, bundan əvvəlki ekspertiza rəyi də hazırkı ilə eyni olmuşdu. Bundan sonrakı mərhələdə Ə.Əhmədova yekun ittiham elan ediləcək, cinayət işi baxılması üçün məhkəməyə göndəriləcək. Məhkəmə də təqsirləndirlən şəxsin hadisəni anlaqsız vəziyyətdə törətdiyi qənaətinə gəlsə, Əhməd Əhmədov…

Read More
Kriminal 

Tərtərdə məktəblilər arasında əlbəyaxa davanın TƏFƏRRÜATI – VİDEO

Məktəblilər arasındakı dava ölümlə nəticələnib. ARANTV.AZ  xəbər verir ki, hadisə Tərtərdə baş verib. Mübahisə edən şagirdlərdən biri digərinə xəsarət yetirib. Nəticədə də xəsarət alan yeniyetmə dünyasını dəyişib. Əlbəyaxa dava başqa məktəbin şagirdi ilə olub. Hadisəni törətməkdə şübhəli bilinən şəxsin 5 nömrəli orta məktəbin şagirdi olduğu deyilir. Faktla bağlı cinayət işi başlanıb, istintaq aparılır. Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.  

Read More
Kriminal 

Azərbaycanda həkim güllələnərək öldürüldü – TƏFƏRRÜAT + YENİLƏNİB

Şəkidə baş verən silahlı insidentin yeni təfərrüatı məlum olub. Oxu.Az-ın əldə etdiyi məlumata görə, hadisə otlaq sahəsi ilə bağlı mübahisə zamanı baş verib. Belə ki, qətlə yetirilən şəxslərlə hadisəni törədən Namik Məmmədovun otlaq sahələri yaxın olub. Onlar Namiq Məmmədovun torpaq sahəsində heyvanlarını otarırmışlar. Bu səbəbdən də aralarında mübahisə yaranıb. Daha sonra Namik Məmmədov Azər Sədiyevi və kəndin həkimi İsrafil Məmmədsoyu ov silahından atəş açaraq qətlə yetirib. Namik Məmmədov hadisədən sonra özünə ağır xəsarət yetirib və vəziyyəti ağırdır. 18:32 Şəkidə iki nəfər odlu silahla qətlə yetirilib. Mayın 4-də saat 16 radələrində…

Read More
Kriminal 

Azərbaycanda iki nəfər güllələnərək öldürüldü

Şəkidə iki nəfər odlu silahla qətlə yetirilib. Mayın 4-də saat 16 radələrində Şəki rayonu Baş Şabalıd kəndində 1966-cı il təvəllüdlü Azər Sədi oğlu Sədiyev və 1957-ci il təvəllüdlü İsrafil Əhmədiyyə oğlu Məmmədsoyun ov silahı ilə qətlə yetirilmələri barədə polisə məlumat daxil olub. DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan Oxu.Az-a bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən 1965-ci il təvəllüdlü Namik Məmmədov hadisədən sonra özünə xəsarət yetirib. O, xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

Read More
Kriminal 

Ailəsinin beş üzvünü qətlə yetirən Əhməd Əhmədov hazırda harada saxlanılır?

Ailəsinin beş üzvünün qətlinə görə saxlanılan Əhməd Əhmədovun cinayət işi üzrə istintaq davam edir. APA xəbər verir ki, bunu Xətai rayon prokuroru Sərdar İmanov jurnalistlərə açıqlamasında deyib: “Hazırda həmin iş üzrə istintaq davam edir. İlkin ekspertiza rəyi alınıb. Əlavə komission psixiatriya ekspertizası təyin edilib. Ekspertizanın rəyindən asılı olaraq obyektiv ədalətli qərarın qəbul edilməsi təmin ediləcək”. Prokuror Əhməd Əhmədovun hazırda istintaq təcridxanasında saxlandığını deyib. Qeyd edək ki, fevral ayının 13-də 5 nəfər ailə üzvünün qəsdən öldürülməsinə dair Xətai rayon prokurorluğunda istintaq edilən cinayət işi üzrə təqsirləndirilən şəxs Əhməd Əhmədovun barəsində təyin olunmuş…

Read More
Kriminal 

İcra başçısının qardaşı oğlu: “Anamı qan içində görəndən sonra atamı öldürməyə qərar verdim”

Ötən ilin yayında Kürdəmirin Pirəköcə kəndində atasını ov tüfəngi ilə öldürən 24 yaşlı Azay Qaraşova 1 ay əvvəl 10 il həbs cəzası verildi. Lakin hadisənin dəqiq necə və hansı səbəbdən baş verməsi barədə nə ilkin istintaq, nə də məhkəmə dövründə məlumat yayılmasına imkan verildi. İşə baxan hakimlər belə qənaətə gəlmişdilər ki, məhkəmə baxışı media üçün qapalı keçirilməlidir. Yayılan məlumat isə sadəcə bu oldu: “Azay Qaraşov atasını öldürməkdə təqsirli bilinərək 10 il azadlıqdan məhrum edildi”. “Qafqazinfo” ailə faciəsinin necə baş verdiyi ilə bağlı bəzi detalları əldə edib. Münaqişəli ailə, narkotik, qisas… İstintaq…

Read More
Kriminal 

Tanışının ölümündə şübhəli bilinən şəxs barəsində həbs qətimkan tədbiri seçilib

Aprelin 28-də Tovuz rayon sakini 1990-cı il təvəllüdlü Türkanə Məmmədovanın almış olduğu yanıq xəsarətlərindən müalicə aldığı xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Bu barədə Oxu.Az-a Tovuz Rayon Prokurorluğundan məlumat verilib. Bildirilib ki, araşdırmalarla 2002-ci li təvəllüdlü Röyal Tağıyevin aprelin 18-də aralarında yaranmış mübahisə zamanı tanışı Türkanə Məmmədovanın üzərinə benzin töküb yandırmaqla ona yanıq xəsarətləri yetirməsinə və sonuncunun həmin xəsarətlərdən müalicə aldığı xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Tovuz Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət…

Read More
Kriminal 

Ramiz Taxvelinin ölüm səbəbi açıqlandı: İstintaq yeniləndi – FOTO

Bir müddət əvvəl müalicə olunduğu psixiatriya xəstəxanasında vəfat edən “Buta Palace”ın keçmiş art direktoru Ramiz Taxvelinin cinayət işi üzrə dayandırılmış məhkəmə prosesi yenidən başlayıb. “Qafqazinfo”nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda mərhum müttəhimin anası Gülarə Məmmədovanın hüquqi varis qismində tanındığı elan edilib. Xatırladaq ki, Ramiz Taxveli həyat yoldaşı Adelya Taxvelini yaşadıqları evin balkonundan ataraq öldürməkdə ittiham olunur. Bu hadisə 2018-ci ildə baş verib. Taxveliyə Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla adam öldürmə) maddəsi ilə ittiham verilib. Lakin təqsirləndirilən şəxs hadisədən sonra anlaqsız vəziyyətdə olduğu təsdiq olduğu üçün məhkəmə istintaqı…

Read More