Kriminal 

Goranboy sakini Ukraynada öldürüldü

Ukraynada Goranboy sakini qətlə yetirilib. ARANTV.AZ-ın məlumatına görə, hadisə Ukraynanın Luqansk vilayətində qeydə alınıb. Staxanov şəhərində yaşayan, Goranboy rayon Faxralı kənd sakini, 26 yaşlı H.Mamed həmyerlisi olan yeznəsi, 33 yaşlı Ə.Hakimi bıçaqlayıb. Qarın nahiyəsindən 3 bıçaq zərbəsi alan Ə.Hakim xəstəxanaya çatdırılsa da onu xilas etmək mümkün olmayıb. Onun meyitinin yaxın günlərdə Azərbaycana gətiriləcəyi bildirilir. Hadisəni törədən H.Mamed polisə gedərək könülü təslim olub.Unikal.org

Read More
Kriminal 

Suraxanıda qətllə bağlı cinayət işi açılıb

İyunun 21-də saat 22 radələrində Suraxanı rayonu ərazisində 1968-ci il təvəllüdlü Teyyub Ramazanovun üzərində bıçaq xəsarətləri olan meyitinin yaşadığı evdə aşkar olunması barədə daxil olan məlumat əsasında dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilmişdir. Suraxanı rayon prokurorluğundan Trend-ə verilən məlumata görə, faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmış, müvafiq ekspertizalar təyin edilmişdir. İstintaqla hadisənin zərərçəkmişin qardaşı 1976-cı il təvəllüdlü Teymur Ramazanov tərəfindən şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı törədilməsinə əsaslı şübhələr müəyyən edilmişdir. T.Ramazanov şübhəli…

Read More
Kriminal 

“Rahat” marketin işçiləri arasında dava – Biri bıçaqlanıb

Bakıda yerləşən “Rahat” supermarket şəbəkəsinin filiallarından birinin işçiləri arasında dava düşüb. ARANTV.AZ qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə bu ilin martın 31-i gecə saat 23 radələrində baş verib. “Metropark” ticarət mərkəzinin birinci mərtəbəsində yerləşən “Rahat” supermarketin işçiləri həmin TM-in arxa hissəsində mübahisə ediblər. Onlardan biri, İsmayıl Kərimli iş yoldaşı Rəşad Ağakişiyevi bıçaqlayaraq xəsarət yetirib. Həmin zaman faktla bağlı Cinayət Məcəlləsinin 128.1-ci (Qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb. İyunun 24-də cinayəti törətməkdə şübhəli bilinən İsmayıl Kərimli tutulub. Cinayət işi Məcəllənin 126.1-ci (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsinə…

Read More
Kriminal 

Gəncə sakini naməlum şəraitdə bıçaqlandı

Gəncədə bıçaqlanma hadisəsi baş verib. ARANTV.AZ-ın məlumatına görə, hadisə şəhərin “Kərpic zavodu” adlanan ərazisində qeydə alnıb. 1980-ci il təvəllüdlü Ruslan Kərimov kəsilmiş-deşilmiş bıçaq yarası ilə xəstəxanaya yerləşdirilib. O, dərhal əməliyyat olunub, vəziyyətinin kafi olduğu bildirilir. 40 yaşlı kişinin hansı şəraitdə bıçaqlanması məlum deyil. Faktla bağlı araşdırma aparılır.APA

Read More
Kriminal 

Azərbaycanlı tələbənin qatilinin görüntüləri yayıldı – VİDEO

Bir neçə gün öncə Rusiyanın Volqoqrad şəhərində azərbaycanlı tələbə Teymur Qavrilovu qətlə yetirmiş Vitali Vasilyevin görüntüləri yayılıb. ARANTV.AZ  xəbər verir ki, video Moskvanın Azərbaycan İcmasının “Telegram” kanalında paylaşılıb. Görüntülərdə V.Vasilyevin tutulma və məhkəməyə gətirilmə anları əks olunub. Qeyd edək ki, Volqoqrad Tibb Universitetinin birinci kurs tələbəsi, Gəncə şəhərindən olan 17 yaşlı Teymur Qavrilov iyunun 12-də axşam saatlarında yataqxanaya qayıdarkən qətlə yetirilib. V.Vasilyev iyunun 21-də Smolensk şəhərində saxlanılıb. Onun barəsində iki aylıq həbs-qətimkan tədbiri seçilib. Oxu.Az

Read More
Kriminal 

Köməksiz qalan yaşlı qadını əvvəl zorladı, sonra su kanalına atdı — Sumqayıtdakı dəhşətli cinayətin TƏFƏRRÜATI-VİDEO

Sumqayıt şəhərində yaşlı qadına qarşı quldurluq edib daha sonra zorlayıb kanala atmaqda təqsirli bilinən Azər Əliyevin cinayət işi. ARANTV.AZ  xəbər verir ki, Sumqayıt ŞPİ-nin əməkdaşları quldurluq hadisəsi törətməkdə şübhəli bilinən şəhər sakini Azər Əliyevi yaxalayıblar. Araşdırmalar nəticəsində məlum olub ki, gecə saat 3 radələrində o, vətəndaş Elmiyla Rodinaya qarşı zor tədbiq edərək daş parçası ilə baş nahiyyəsinə xəsarətlər yetirib onu Samur-Abşeron kanalına tullayaraq 850 manat pulunu talayıb. Sumqayı ŞPİ-də hadisə ilə əlaqədar cinayət məcəlləsinin 181-ci(quldurluq) maddəsi ilə cinayət işi başlanılıb. Məlum olub ki, hadisə stansiya Sumqayıt ərazisindəki “Tubzavod” adlanan yerin…

Read More
Kriminal 

Bərdədə bərbəri qətlə yetirən yeniyetmə ələ keçdi

İyunun 22-də, saat 19 radələrində Bərdə rayonu ərazisində yerləşən bərbərxanalardan birində 1997-ci il təvəllüdlü Ceyhun Məmmədovun bıçaqlanması və daxilə nüfuz edən kəsilmiş-deşilmiş yara diaqnozu ilə xəstəxanaya çatdırılmasına baxmayaraq, ölməsi barədə məlumat daxil olub. Bərdə Rayon Prokurorluğundan verilən məlumata görə, dərhal prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib. Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib. İş üzrə hadisənin şahidləri müəyyənləşdirilərək dindirilib. İstintaqla cinayətin 2004-cü il təvəllüdlü Raul Namazov tərəfindən aralarında şəxsi münasibətlər zəminində…

Read More
Kriminal 

Bakıda 57 yaşlı kişi bıçaqlandı

Bakıda bıçaqlanma hadisəsi baş verib. ARANTV.AZ-ın məlumatına görə, hadisə Xətai rayonunda qeydə alınıb. Belə ki, 1963-cü il təvəllüdlü Məmmədov Ramiz Yunus oğlu naməlum şəxs tərəfindən bıçaqlanıb. Yaralı təcili tibbi yardım briqadasının köməyilə xəstəxanaya çatdırılıb. Ona qarın nahiyəsinin ön divarının kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.Report

Read More
Kriminal 

Bərdədə saç ustasını iş yerində qayçı ilə öldürdülər

Bərdədə saç ustası qətlə yetirilib. ARANTV.AZ-ın  xəbərinə görə, hadisə Bərdə şəhərində qeydə alınıb. Şəhər ərazisində fəaliyyət göstərən kişi salonunda işləyən Məmmədov Ceyhun Hüsü oğlu iş yerində öldürülüb. İlkin məlumata görə, onu yanında təcrübəçi kimi çalışan şəxs qayçı ilə qətlə yetirib. Faktla bağlı cinayət işi başlanıb. Hazırda cinayəti törədən şəxsin tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.APA

Read More
Kriminal 

Göygöldə qadınların bıçaqlaşmasının detalları üzə çıxdı

Göygöldə qonşu qadınlar arasında bıçaqlanma hadisəsi ilə bağlı bəzi detallar məlum olub. Bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat verilib. Bildirilir ki, 29 yaşlı Rəvanə Novruzova qonşu qadın tərəfindən deyil, qonşusu İlqam Əliyev tərəfindən bıçaqlanıb. Hadisə şəxsi münasibətlər zəminində baş verib. R.Novruzova qarın nahiyəsindən aldığı kəsilmiş-deşilmiş yara xəsarəti ilə xəstəxanada müalicə alır. Onun vəziyyəti kafi qiymətləndirilir. Göygöl Rayon Rolis Şöbəsininin əməkdaşları tərəfindən İ.Əliyevin tapılıb, istintaqa cəlb edilməsi istiqamətində işlər davam etdirilir. Qeyd edək ki, ötən gün Göygöldə qadınlar arasında bıçaqlanma hadisəsi olması barədə məlumat yayılmışdı.

Read More