Kriminal 

“Dedi ki, kişisənsə elə”-Qadın keçmiş əriylə yaşamaq istədi və … — Bakıdakı dəhşətli cinayətin İLGİNC TƏFƏRRÜATI-VİDEO

Bakıda keçmiş arvadını boğaraq qətlə yetirməkdə təqsirli bilinən Rahib Babayevin cinayət işi. ARANTV.AZ  xəbər verir ki, hadisə Suraxanı rayonu, Hasil Bayramov küçəsi ev 67-də baş verib. Qeyd edilən ünvanda kirayədə yaşayan, 1991-ci il təvəllüdlü Orucəliyeva Ülviyyə Sulduz qızı keçmiş həyat yoldaşı, 1985-ci il təvəllüdlü Babayev Rahid Telman oğlu tərəfindən öldürülüb. Hadisədən sonra R.Babayev könüllü olaraq 31-ci polis bölməsinə gələrək təslim olub. Təqsirləndirilən qismində dindirilərkən Rahib Babayev bildirib ki, Ülviyyə Orucəliyeva ilə 2010-cu ildə ailə əyatı qurub və həmin nigahdan iki övladları olub. 2016-cı ildə rəsmi qaydada boşanıblar. <ins’></ins’> Müəyyən edilib ki,…

Read More
Kriminal 

Bakıda qadın qızının sevgilisini bıçaqlayıb – Qızı ilə evlənmək istəmədiyi üçün

Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilən Aynurə Qafarovanın cinayət işi üzrə məhkəmə prosesi başlayıb. ARANTV.AZ  Trend-ə istinadən xəbər verir ki, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. İş üzrə məhkəmənin baxış iclası iyunun 9-na təyin olunub. İttihama görə, Xətai rayonunda bıçaqlanma hadisəsi baş verib. Nəsrəddin Tusi küçəsində 1993-cü il təvəllüdlü Kənan Binnətov orta yaşlı Aynurə Qafarova tərəfindən bıçaqlanıb. Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılaraq cərrahi əməliyyat edilib. Ona qarın boşluğunun kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub. Xətai Rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinin əməkdaşları hadisəni…

Read More
Kriminal 

Ana və bacısını namus üstə güllələdi… – Bərdədəki qətlin TƏFƏRRÜATI

Bərdədə güllələnərəq qətlə yetirilmiş ana və qızının ölümü ilə bağlı bəzi təfərrüat üzə çıxıb. Hadisənin baş verdiyi Bərdənin Alaçadırlı kəndində olan mənbənin Axar.az-a verdiyi məlumata görə, qətl namus üstündə olub. Belə ki, hadisəni törədən Toğrul Zeynallının anası ilə atası boşanıb və ata sonradan ailə qurub. Bu ayrılıqdan sonra T.Zeynallı atası ilə birgə yaşayıb. Onun atası ilə kənddəki maşın təmiri sexində işlədiyi də məlumdur. Məlumata görə, Toğrulun öldürdüyü bacısı ailəli olub. Lakin o, boşanaraq anasının yanına gəlib. Onun azyaşlı körpəsinin olduğu da deyilir. Kənddə anası və bacısı ilə bağlı müəyyən söz-söhbətlər yayıldığı…

Read More
Kriminal 

Xose Bernardo və qardaşını bıçaqlayan şəxsin məhkəməsinin vaxtı təyin olundu

Bakı Ağır Cinayətlər Məhkəməsində tanınmış teleaparıcı Xose Bernardo və qardaşını bıçaqlamaqda təqsirləndirilən Abutalıb Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb. ARANTV.AZ xəbər verir ki, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmə baxışı iyunun 16-na təyin edilib. Qeyd edək ki, hadisə ötən il Pirallahı rayonunda qeydə alınıb. A.Hüseynov münaqişə zəminində 1989-cu il təvəllüdlü Bernardo Xose Pabloviçi və onun qardaşı 1982-ci il təvəllüdlü Rafael Hüseynovu bıçaqlayıb. Yaralılar hadisədən sonra 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Xatırladaq ki, atası Kubadan olan, lakin Azərbaycanda doğulmuş Xose Bernardo televiziya…

Read More
Kriminal 

34 yaşlı kişi ondan ayrılmaq istəyən arvadını yataqda öldürdü — Gəncədə dəhşətli qətl

Gəncə şəhərində həyat yoldaşını çoxsaylı bıçaq zərbələri ilə qətlə yetirməkdə ittiham olunan 1986-cı il təvəllüdlü Zaur Orucovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb. ARANTV.AZ demokrat.az-a istinadən xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Dadaş İmanovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmə baxışı iyunun 10-na təyin olunub. İttihama görə, Zaur Orucov Gəncə şəhəri, Zülfü Hacıyev küçəsində həyat yoldaşı, 1995-ci il təvəllüdlü Nuranə Quliyevanı bıçaqlayaraq qətlə yetirib. Zaur Orucov polis əməkdaşları tərəfindən yaxalanıb. İstintaq araşdırması zamanı məlum olub ki, hadisədən əvvəl Nuranə Quliyeva ərindən boşanmaq istəyib.…

Read More
Kriminal 

Arvadını 5-ci mərtəbədən atan Ramiz Taxveli barədə YENİ XƏBƏR

Bakı Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşını xüsusi amansızlıqla öldürməkdə təqsirli bilinən 1988-ci il təvəllüdlü Ramiz Taxvelinin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. ARANTV.AZ-ın məlumatına görə, hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə qərarı elan olunub. Qərara görə, R.Taxvelinin barəsində olan cinayət işi üzrə icraat dayandırılıb. Ekspertizanın rəyinə görə, Ramiz Taxveli hadisəni törədən zaman anlaqsız olub. İttihama görə, 2018-ci il dekabrın 9-da Nəsimi rayonu, R.Behbudov küçəsində yaşayan Ramiz Taxveli həyat yoldaşı Adelya Taxvelini 14 mərtəbəli binanın 5-ci mərtəbəsinin balkonundan atıb. Hüquq-mühafizə orqanları tərəfindən aparılan araşdırmalar zamanı kişinin cinayəti narkotik qəbulu…

Read More
Kriminal 

Azərbaycanda kafedə dəhşətli hadisə – Amansızlıqla öldürüldü

Biləsuvar rayonunda qətl hadisəsi törədilib. Hadisə gecə saatlarında şəhər ərazisində yerləşən kafelərdən birində qeydə alınıb. İlkin məlumata görə, şəhər sakini, 1984-cü il təvəllüdlü Rzayev Rəşad Cəlil oğlu bıçaq zərbəsi ilə qətlə yetirilib. Məlumata görə, bıçaq qarın boşluğuna nüfuz edib və R.Rzayev qanitirmədən yerindəcə keçinib. Faktla bağlı araşdırmalar davam etdirilir.(Report)

Read More
Kriminal 

Azərbaycanda kişi kafedə qətlə yetirildi

Biləsuvar rayonunda qətl hadisəsi törədilib. ARANTV.AZ-ın məlumatına görə, hadisə gecə saatlarında şəhər ərazisində yerləşən kafelərdən birində qeydə alınıb. İlkin məlumata görə, şəhər sakini, 1984-cü il təvəllüdlü Rzayev Rəşad Cəlil oğlu bıçaq zərbəsi ilə qətlə yetirilib. Məlumata görə, bıçaq qarın boşluğuna nüfuz edib və R.Rzayev qanitirmədən yerindəcə keçinib. Faktla bağlı araşdırmalar davam etdirilir.Report

Read More
Kriminal 

Bərdədə anasını və bacısını amansızlıqla qətlə yetirən oğul təslim oldu

Bərdə rayonunda dəhşətli qətl hadisəsi törədən şəxs saxlanılıb. ARANTV.AZ xəbər verir ki, ötən gün Bərdə rayonunun Alaçadırlı kəndində anasını və bacısını odlu silahla öldürən Toğrul Zeynallı könüllü olaraq polisə təslim olub. Qeyd edək ki, Toğrul Zeynallı anası Zeynalova Nəzirəni yaşadığı evdə qətlə yetirib. Dəhşətli cinayətə qısqanclığın səbəb olduğu bildirilir. Bu zaman onun bacısı Zeynalova Əminə hadisəyə şahidlik edib. O, qardaşından qaçmaq istəyən zaman T.Zeynallı onu da öldürüb. Faktla bağlı Bərdə Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürmə) maddəsi ilə cinayət işi başlanıb.Oxu.Az

Read More
Kriminal 

Bakıda gənc oğlan küçədə bıçaqlandı

Bakıda bıçaqlanma hadisəsi baş verib. ARANTV.AZ  xəbər verir ki, hadisə paytaxtın Sabunçu rayonu Bakıxanov qəsəbəsində baş verib. Qəsəbə sakini 2001-ci il təvəllüdlü Elnur Şəfiyev küçədə naməlum şəxs tərəfindən bıçaqlanıb. Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində E.Şəfiyevə xəsarət yetirməkdə şübhəli bilinən Xəyal Bağırov saxlanılıb. Faktla bağlı Sabunçu rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb.Unikal.org

Read More