Kriminal 

Bakıda işçi mağazada qətlə yetirildi, 40 min manat oğurlandı

İyunun 1-də səhər saat 06 radələrində 1955-ci il təvəllüdlü Hüseyn Əhmədovun paytaxtın Sabunçu rayonu Kürdəxanı qəsəbəsi ərazisində yerləşən işlədiyi mağazanın anbarında üzərində zorakılıq əlamətləri olan meyitinin aşkar edilməsi barədə məlumat daxil olub. ARANTV.AZ xəbər verir ki, Sabunçu Rayon Prokurorluğundan Trend-ə verilən məlumata görə, prokurorluq və polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilən zaman mağazanın seyfindən 40 min manat məbləğində pul vəsaitinin oğurlandığı müəyyən edilib. Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.11 (quldurluq, hədə-qorxu ilə tələb etməklə əlaqədar adam öldürmə) və 181.3.3-cü (zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla quldurluq) maddələri ilə…

Read More
Kriminal 

Şəkidə övladlarını ölümlə hədələyən ata tutuldu

Şəkidə övladlarını silahla hədələyən şəxs tutulub. Bununla bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, mayın 29-da Şəki şəhərində yaşayan bacı və qardaş Şəki Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək, ataları – əvvəllər məhkum olunmuş R.Süleymanovun onları bıçaqla öldürəcəyi ilə hədələməsi barədə məlumat veriblər. Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən R.Süleymanovun yaşadığı evə baxış zamanı bir ədəd avtoqələm formasında yivsiz silah, iki ədəd bıçaq, 41 ədəd patron və 15 ədəd giliz aşkar edilərək götürülüb. Faktla bağlı araşdırma aparılır.

Read More
Kriminal 

Anası ilə bacısını öldürən Toğrulun FOTOSU

Bərdə Rayon Prokurorluğu dəhşətli qətllə bağlı məlumat yayıb. ARANTV.AZ qafqazinfo-ya istinadən xəbər verir ki, iyunun 1-də gecə saat 04 radələrində Bərdə rayonunun Alaçadırlı kəndi ərazisində iki şəxsin odlu silahla qətlə yetirilmiş meyitlərinin aşkar edilməsi barədə daxil olmuş məlumat əsasında prokurorluq və polis əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitlərə baxış keçirilib. Faktla bağlı Bərdə Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürmə) maddəsi ilə cinayət işi başlanıb. İş üzrə müvafiq ekspertizalar təyin edilmiş və digər zəruri istintaq-əməliyyat tədbirləri aparılıb. İlkin araşdırmalarla həmin…

Read More
Kriminal 

Azərbaycanda ana və qızın öldürüldüyü dəhşətli cinayətin TƏFƏRRÜATI

Bərdə rayonunda baş verən dəhşətli qətl hadisəsi ilə bağlı bəzi detallar məlum olub. Hüquq-mühafizə orqanlarından Oxu.Az-a verilən məlumata görə, hadisə gecə 03:00 radələrində baş verib. Toğrul Zeynallı anası Zeynalova Nəzirəni yaşadığı evdə qətlə yetirib. Dəhşətli cinayətə qısqanclığın səbəb olduğu bildirilir. Bu zaman onun bacısı Zeynalova Əminə hadisəyə şahidlik edib. O, qardaşından qaçmaq istəyən zaman T.Zeynallı onu da öldürüb. Daxili işlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan Oxu.Az-a bildirilib ki, hazırda rayon prokurorluğunun və Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən cinayəti törətməkdə şübhəli bilinən şəxsin saxlanılması istiqamətində istintaq əməliyyat tədbirləri davam…

Read More
Kriminal 

Bərdədə ana və qızı amansızlıqla qətlə yetirildi – YENİLƏNİB + FOTO

Bərdə rayonunda dəhşətli qətl hadisəsini törədən şəxslə bağlı iddia irəli sürülüb. ARANTV.AZ-ın məlumatına görə, qadının və qızının oğul – Zeynallı Toğrul tərəfindən öldürülməsi ehtimal edilir. 08:41 Bərdə rayonunda dəhşətli qətl hadisəsi baş verib. Report-un məlumatına görə, hadisə rayonun Alaçadırlı kəndində qeydə alınıb Şəxsiyyətləri məlum olmayan ana və qızı ov tüfəngi ilə qətlə yetirilib. Faktla bağlı Bərdə Rayon Prokurorluğunda araşdırma aparılır.

Read More
Kriminal 

Azərbaycanda bıçaqlanan vəzifəli şəxs səhhətindən danışdı – YENİLƏNİB

“Azərtoxum” MMC-nin bıçaqlanan direktoru Məzahir Qasımovun vəziyyəti normaldır, hazırda Bərdə Rayon Xəstəxanasında tibbi yardım alır. Bu barədə Trend-ə “Azərtoxum” MMC-nin direktoru Məzahir Qasımov özü məlumat verib. Onun sözlərinə görə, hadisə kiçik münaqişə zəminində baş verib, dava edən şəxsləri ayırmaq istəyən zaman bıçaqlanıb: “Hazırda xəstəxandayam, vəziyyətim normaldır, kiçik bir məsələdir, narahatlığa əsas yoxdur”. 13:29 Bərdədə bıçaqlanma hadisəsi olub. ARANTV.AZ-ın məlumatına görə, hadisə rayonun Şərifli kəndində qeydə alınıb. Rayon sakini Məzahir Qasımov oğlu Şamil Qasımov ilə Orxan Fərəcbəyli arasında baş verən dava-dalaş zamanı onları ayırmaq istəyərkən bıçaqlanıb. O.Fərəcbəyli M.Qasımova üç bıçaq zərbəsi endirib.…

Read More
Kriminal 

Azərbaycanda vəzifəli şəxs bıçaqlandı

Bərdədə bıçaqlanma hadisəsi olub. ARANTV.AZ-ın məlumatına görə, hadisə rayonun Şərifli kəndində qeydə alınıb. Rayon sakini Məzahir Qasımov oğlu Şamil Qasımov ilə Orxan Fərəcbəyli arasında baş verən dava-dalaş zamanı onları ayırmaq istəyərkən bıçaqlanıb. O.Fərəcbəyli M.Qasımova üç bıçaq zərbəsi endirib. Xəstəxanaya yerləşdirilən M.Qasımovun vəziyyəti ağırdır. Faktla bağlı Bərdə Rayon Polis Şöbəsində cinayət işi başlanıb. Hadisəni törədən O.Fərəcbəylini saxlamaq hələlik mümkün olmayıb. Qeyd edək ki, hadisə zamanı bıçaqlanan M.Qasımov “Azərtoxum” MMC-nin direktorudur.APA

Read More
Kriminal 

Dostunu kürəyindən bıçaqladı

Bu gecə Bakıda növbəti bıçaqlanma hadisəsi baş verib. ARANTV.AZ xəbər verir ki, hadisə Xocahəsən yolunda qeydə alınıb. 1973-cü il təvəllüdlü Şahverdiyev Eldəniz Əli oğlunun dostu ilə mübahisəsi onun bıçaq zərbəsi alması ilə nəticələnib. Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona kürək nahiyəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub. Faktla bağlı araşdırma aparılır. / “Report”

Read More