Kriminal 

Azərbaycanda ATA VƏHŞİLİYİ: 11 yaşlı oğlunu bıçaqladı – FOTO

Bakıda bıçaqlanma hadisəsi baş verib. ARANTV.AZ “Report”a istinadla xəbər verir ki, hadisə Suraxanı rayonunun Xanlar Ələkbərov küçəsində qeydə alınıb. Belə ki, bu küçədə yaşayan İsmayılov Fikrət Hüseynqulu oğlu, övladı 2009-cu il təvəllüdlü İsmayılov Canəlinin baş nahiyəsinə yumruq və bıçaqla xəsarətlər yetirib. Azyaşlı aldığı zərbələrdən huşunu itirib. Yaralı əraziyə çağırılan təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı onun baş ənsə nahiyəsində bir ədəd kəsilmiş-deşilmiş bıçaq yarası və çoxsaylı yumruq zədələri aşkarlanıb. Azyaşlının anası “Report”a bildirib ki, F. İsmayılov narkotik aludəçisidir və üç övladını dilənçiliklə məşğul olmağa vadar edir. Sonuncu hadisə…

Read More
Kriminal 

Gəncədə qonaqlıqdan sonra evində amansızlıqla qətlə yetirilən şəxs keçmiş polis imiş – TƏFƏRRÜAT

Gəncə şəhərində, Təbriz küçəsi, 48 saylı ünvanda kəsici-deşici alətlə öldürülən şəxs keçmiş polis olub. ARANTV.AZ-ın məlumatına görə, mayın 26-da, saat 8 radələrində evində meyiti tapılan Gəncə şəhər sakini, 1959-cu il təvəllüdlü Asim Yusifov uzun illər Gəncə Baş Polis İdarəsində müstəntiq işləyib. O, xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə çıxıb. Onun evində yeyib-içmək məclisindən sonra tanışı tərəfindən qətlə yetirildiyi bildirilir. Faktla bağlı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib, şahidlər dindirilib və digər təxirəsalınmaz istintaq hərəkətləri aparılıb.Oxu.Az

Read More
Kriminal 

Gəncədə DƏHŞƏTLİ QƏTL: prokurorluq məlumat yaydı

Gəncə şəhər Prokurorluğu şəhər ərazisində baş verən qətl hadisəsi ilə bağlı məlumat yayıb. ARANTV.AZ xəbər verir ki, məlumatda deyilir: “Mayın 26-da saat 08 radələrində Gəncə şəhər sakini, 1959-cu il təvəllüdlü Asim Yusifovun yaşadığı Gəncə şəhəri, Təbriz küçəsi, 48 saylı ünvanda üzərində kəsici-deşici alətlə yetirilməyə xarakterik xəsarətlərlə meyitinin aşkar olunması barədə daxil olan məlumat əsasında dərhal prokurorluq və polis əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib. Faktla bağlı şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib, şahidlər dindirilib…

Read More
Kriminal 

Prokurorluq evində qətlə yetirilən kişi ilə bağlı məlumat yaydı

Gəncə Şəhər Prokurorluğu bu gün səhər saatlarında Gəncə şəhər sakininin evində ölü tapılması barədə məlumat yayıb Prokurorluqdan bildirilib ki, mayın 26-da saat 08 radələrində Gəncə şəhər sakini, 1959-cu il təvəllüdlü Asim Yusifovun yaşadığı Gəncə şəhəri, Təbriz küçəsi, 48 saylı ünvanda üzərində kəsici-deşici alətlə yetirilməyə xarakterik xəsarətlərlə meyitinin aşkar olunması barədə daxil olan məlumat əsasında dərhal prokurorluq və polis əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib. Faktla bağlı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib, şahidlər dindirilib…

Read More
Kriminal 

Bakıda qardaşlar arasında dava qanla bitdi

Bakının Sabunçu rayonunda iki qardaş arasında dava zamanı onlardan biri bıçaqlanıb. ARANTV.AZ  xəbər verir ki, hadisə Maştağa qəsəbəsində qeydə alınıb. Xanlar küçəsində 1970-ci il təvəllüdlü Həmidov İbrahim Ağaəmi oğlu qardaşı ilə mübahisə zamanı bıçaqlanıb. O, yaralı halda 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb və cərrahi əməliyyat olunaraq, xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsində araşdırma aparılır.APA

Read More
Kriminal 

Bakıda gənc tanışını ehtiyatsızlıqdan bıçaqlayaraq öldürdü – VİDEO

18 yaşlı Çingiz Qədirli kəsilmiş-deşilmiş xəsarətlərlə Respublika Kliniki Xəstəxanasına gətirilib. Həkimlərin yardımına baxmayaraq, o, xəstəxanada ölüb. Qeyd edək ki, hadisə 2017-ci il dekabrın 20-də saat 22 radələrində baş verib. ARANTV.AZ  xəbər verir ki, həmin gecə 22 yaşlı Mirzağa Məmmədov 40-cı Polis Bölməsinin əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılıb. Məlum olub ki, hadisə Binəqədi rayonunun “28 May” qəsəbəsində fəaliyyət göstərən “Köhnə Bakı” kafesində baş verib. İstintaqla müəyyən edilib ki, M.Məmmədov sözügedən kafeni müvəqqəti idarə edib. Cinayət baş verən gün axşam o, obyektdə istirahət edən tanış müştərilərə üzərində gəzdirdiyi cib bıçağını nümayiş etdirib. M.Məmmədov…

Read More
Kriminal 

Bakıda DƏHŞƏT – Kişi liftdə arvadına 48 bıçaq zərbəsi vurub başını kəsdi

Bakıda dəhşətli cinayət hadisəsi baş verib. ARANTV.AZ “oxu.az”a istinadən xəbər verir ki, ötən gün saat 21 radələrində paytaxtın Binəqədi rayonunda yaşayış binalarının birində kişi arvadının başını kəsib. Belə ki, Cavadxan küçəsində yerləşən binanın liftində 1977-ci il təvəllüdlü Hafiz Əskərov həyat yoldaşı 1980-ci il təvəllüdlü Könül Əskərovanı dəhşətli şəkildə öldürüb. O, liftdə arvadına çoxsaylı bıçaq zərbəsi vurub və onun başını kəsib. Qadının bədənində 48 bıçaq zərbəsi aşkarlanıb. Polis arvadını dəhşətli şəkildə öldürən kişini saxlayıb. Faktla bağlı Cinayət Məcəlləsinin 120.2.4-ci maddəsilə cinayət işi başlanıb, araşdırma aparılır.

Read More
Kriminal 

DTX Elçin Quliyevin müavini və yüksək vəzifəlilərin həbsi ilə bağlı məlumat yaydı – RƏSMİ

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) və Baş Prokurorluğun Mətbuat xidmətləri birgə məlumat yayıb. Daxil olan məlumatda bildirilir: Azərbaycan Respublikasının Prezidenti lham Əliyevin rəhbərliyi ilə ölkəmizdə uğurla həyata keçirilən inkişaf siyasətinin mərkəzində aşkarlıq və şəffaflığın təmin olunması, vətəndaşa layiqli xidmət missiyası dayanmaqla dövlət idarəçiliyinin əsas prioritetini vətəndaş məmnuniyyətinin təmin edilməsi, onları narazı salan halların aradan qaldırılması təşkil edir. Təəssüf ki, ölkə başçısının müəyyən etdiyi siyasi kursun əksinə olaraq, son dövrlərdə bəzi məmurların timsalında vəzifə səlahiyyətlərindən öz şəxsi və maddi maraqları naminə sui-istifadə halları müşahidə olunur. Cəmiyyətimiz tərəfindən ikrahla qarşılanan bu kimi əməllər…

Read More
Kriminal 

DTX-nin Dövlət Sərhəd Xidmətində keçirdiyi əməliyyatın görüntüləri yayıldı – VİDEO

DTX Dövlət Sərhəd Xidmətində keçirdiyi əməliyyatın videogörüntülərini yayımlayıb. Keçirilmiş birgə əməliyyat-istintaq tədbirləri nəticəsində müəyyən edilib ki, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin (DSX) rəis müavini, 2013-cü ildən 2020-ci ilin fevral ayınadək DSX Sahil Mühafizəsinin rəisi vəzifəsində xidmət etmiş general-leytenant Nağıyev Əfqan Vəli oğlu və onun tabeliyində olan DSX Sahil Mühafizəsinin vəzifəli şəxsləri – polkovnik Pənahov Nemət Hacı oğlu, polkovnik-leytenant Vəliyev Elçin Vaqif oğlu, polkovnik Əzizov Samiq Yusif oğlu, polkovnik-leytenant Muradov Sakit Yusif oğlu, mayor Namazov Müzəffər Qafil oğlu və digərləri qabaqcadan əlbir olan bir qrup şəxs halında vəzifə səlahiyyətlərindən istifadə edərək…

Read More