Kriminal 

Göygöl sakini sevgilisi ilə birlikdə kafedə bıçaqlandı

Göygöldə bıçaqlanma hadisəsi baş verib. ARANTV.AZ-ın məlumatına görə, hadisə rayon ərazisindəki “Vətən” kafesində qeydə alınıb. Rayon sakini, 1995-ci il təvəllüdlü Yusif Rəhimov və onunla qeyri-rəsmi münasibətdə olan 1992-ci il təvəllüdlü Günel Hüseynova naməlum şəxs tərəfindən bıçaqlanıb. Yaralılar xəstəxanaya yerləşdiriliblər. Hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 2002-ci il təvəllüdlü Aslan Verdiyev tutulub. Faktla bağlı Göygöl Polis Şöbəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb.Trend

Read More
Kriminal 

Mingəçevirdə 38 yaşlı qadın qısqanclıq zəminində qətlə yetirildi

Mayın 20-də 1982-ci il təvəllüdlü Mingəçevir şəhər sakini Fərqanə İsayevanın qohumunun evində bıçaqlanaraq, öldürülməsi barədə daxil olan məlumat əsasında dərhal prokurorluq və polis əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib. Mingəçevir Şəhər Prokurorluğundan verilən məlumata görə, faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işinə başlanılıb, müvafiq ekspertizalar təyin edilib. İstintaqla hadisənin zərərçəkmişin əri, 1974-cü il təvəllüdlü E.İsayev tərəfindən qısqanclıq zəminində aralarında yaranmış münaqişə zamanı törədilməsinə əsaslı şübhələr müəyyən edilib. Elnur İsayev Mingəçevir şəhər Polis Şöbəsinə könüllü gələrək təslim olub, cinayət aləti olan bıçağı…

Read More
Kriminal 

Xalası qızının keçmiş əri ilə 28 yaşlı qızı bıçaqladı

Göygöl rayonunun Zurqes kəndində 25 yaşlı Yusif Rəhimov və 28 yaşlı G.Hüseynova bıçaqlanıb. Hər iki şəxs əvvəlcə Göygöl Rayon Mərkəzi Xəstəxanasına aparılıb, daha sonra isə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdiriliblər. Hazırda cərrahiyyə əməliyyatı keçirən yaralılardan birinin vəziyyəti orta-ağır, digərininki isə kafi olaraq qiymətləndirilir. Hadisəni törətməkdə şübhəli bilinən, 2002-ci il təvəllüdlü Aslan Musa oğlu Verdiyev saxlanılaraq istintaqa cəlb olunub. Qeyd edək ki, Y.Rəhimov A.Verdiyevin xalası qızının keçmiş həyat yoldaşıdır. Hadisənin şəxsi münaqişə zəminində törədildiyi bildirilir. Faktla bağlı araşdırma aparılır.(Report)

Read More
Kriminal 

Bakıda 37 yaşlı kişi borc üstündə bıçaqlandı

Bakıda bıçaqlanma hadisəsi baş verib. ARANTV.AZ  oxu.az-a istinadən bildirir ki, hadisə Suraxanı rayonunda qeydə alınıb. Belə ki, 1983-cü il təvəllüdlü Məmmədov Ramin Tapdıq oğlu tanıdığı şəxs tərəfindən bıçaqlanıb. Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona sol bel və budun kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub və cərrahi əməliyyat edilib. Məlumata görə, hadisə borc üstündə olub.

Read More
Kriminal 

Mingəçevirdə əri tərəfindən bıçaqlanan qadın xəstəxanada ölüb

Mingəçevirdə 37 yaşlı qadın əri tərəfindən bıçaqlanıb. APA-nın məlumatına görə, hadisə Koroğlu küçəsi 26 ünvanında baş verib. 1983-cü il təvəllüdlü şəhər sakini İsayeva Fərqanə Tahir qızı əri tərəfindən bıçaqlanaraq ağır xəsarət alıb. İki uşaq anası olan qadın xəstəxanaya yerləşdirilib. Məlumata görə, qadına beş bıçaq zərbəsi vurulub. Lakin həkimlərin tibbi müdaxiləsinə baxmayaraq, qadın xəstəxanada keçinib. Faktla bağlı hazırda istintaq araşdırmaları aparılır.

Read More
Kriminal 

Baş Prokurorluqdan DSX zabitinin həbsi xəbəri ilə bağlı AÇIQLAMA

Bəzi kütləvi informasiya vasitələrində “Dövlət Sərhəd Xidmətinin polkovniki” Abdullayev Arif Cəfər oğlunun barəsində Bakı Hərbi Məhkəməsi tərəfindən həbs-qətimkan tədbiri seçilməsi barədə reallığı əks etdirməyən məlumatlar yayılıb. Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Eldar Sultanov məlumat verib. Onun sözlərinə görə, həmin şəxs Dövlət Sərhəd Xidmətinin zabiti deyil, lakin DSX-nin vəzifəli şəxslərinin qanunazidd əməlləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməklə istintaq orqanının təqdimatı əsasında qeyd edilən məhkəmə tərəfindən həbs edilib: “Kütləvi informasiya vasitələrinin nümayəndələrindən həqiqətə uyğun olmayan məlumatların gələcəkdə…

Read More
Kriminal 

Azərbaycanda idman meydançasında öldürülən tələbənin FOTOSU

1 həftə əvvəl Zaqatala rayonunda həmkəndlisi tərəfindən qətlə yetirilən 18 yaşlı İlyas İlyasovun fotosu yayılıb. ARANTV.AZ xəbər verir ki, Mosul kəndi ərazisindəki idman meydançasında kənd sakinləri olan 16 yaşlı Əli Arzuman oğlu Əliməmmədov tərəfindən bıçaqlanaraq öldürülən 18 yaşlı İlyas Teymur oğlu İlyasov Tiflisdə ali təhsil alırmış. O, dərs prosesinin dayandırılmasından sonra Zaqatalaya qayıdıbmış. Kənddəki idman meydançasında olarkən İlyasla orta məktəbin 10-cu sinif şagirdi olan Əli arasında mübahisə yaranıb. Bu zaman söyüşə görə dava daha da qızışıb. Dava zamanı Əli Əliməmmədov üzərində olan bıçaqla İlyas İlyasovu bıçaqlayıb. Ağır bıçaq xəsarətləri alan İlyas…

Read More
Kriminal 

Sabirabadda satıcı qadını öldürmək istəyən şəxs ələ keçdi

Sabirabad rayon prokurorluq və polis əməkdaşlarının həyata keçirdiyi istintaq-əməliyyat tədbirləri nəticəsində rayon ərazisində qəsdən adam öldürməyə cəhd cinayət əməlini törətməkdə şübhəli bilinən şəxs tutulub. Sabirabad rayon Prokurorluğundan verilən məlumata görə, mayın 19-da Sabirabad şəhərinin H.Əliyev prospektində yerləşən ərzaq mağazasında satıcı işləyən Saatlı rayon sakini Aygül Şərbətovaya çoxsaylı bıçaq xəsarətlərinin yetirilməsi barədə daxil olan məlumat əsasında prokurorluq və polis əməkdaşları tərəfindən dərhal hadisə yerinə baxış keçirilib. İlkin araşdırmalarla Saatlı rayonu, Novruzlu kənd sakini Fəxrəddin Əhmədovun tanışı A.Şərbətovanı qısqanclıq zəminində qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Sabirabad rayon Prokurorluğunda Cinayət…

Read More
Kriminal 

Azərbaycanda dəhşətli hadisə: Ər arvadının boğazını kəsdi

Abşeron rayounda keçmiş arvadının boğazını kəsməkdə ittiham olunan Nahid Bayramovun barəsində olan həbs qətimkan tədbirinin müddətinin uzadılması ilə bağlı təqdimata baxılıb. ARANTV.AZ Teleqraf.com-a istinadən xəbər verir ki, Abşeron rayon Məhkəməsində hakim Şövkət Nəcəfovanın sədrliyi ilə baş tutan iclasda istintaq orqanını təqdimatı təmin olunub. Nahid Bayramovun barəsində həbs qətimkan tədbirinin müddəti 3 aya qədər uzadılıb. İttihama görə, hadisə bu ilin yanvarın 20-də, rayonun Xırdalan şəhəri ərazisində qeydə alınıb. Belə ki, Nahid Bayramov aralarında yaranmış mübahisə zəminində keçmiş həyat yoldaşı, 1986-cı il təvəllüdlü Gülgəz Əliyevanın bıçaqla boğaz nahiyəsini kəsib. Xəstəxanaya çatdırılan qadının…

Read More
Kriminal 

Azərbaycanda ötən il 48 hakim intizam məsuliyyətinə cəlb edilib

Azərbaycanda ötən il 48 hakim intizam məsuliyyətinə cəlb edilib. ARANTV.AZ Trend-ə istinadən bildirir ki, bu barədə mayın 19-da dövlət başçısının tapşırıq və tövsiyələrinə uyğun olaraq ədalət mühakiməsinin səmərəliliyinin artırılması üzrə görülən tədbirlərin, məhkəmə fəaliyyətində mövcud problem və neqativ halların, bununla əlaqədar qarşıda duran vəzifələrin müzakirəsinə dair Məhkəmə-Hüquq Şurasının sədri, ədliyyə naziri Fikrət Məmmədov və Ali Məhkəmənin sədri Ramiz Rzayevin iştirakı ilə keçirilən videokonfrans formatında müşavirədə deyilib. Müşavirədə son bir ildə 50-dən çox məhkəmədə monitorinqlər aparılıb, aşkar edilən pozuntular 150-dən artıq hakim və məhkəmə sədrinin diqqətinə çatdırılıb. Yol verilmiş süründürməçilik, sui-istifadə, vətəndaşların haqlı…

Read More