Göygöl sakini sevgilisi ilə birlikdə kafedə bıçaqlandı
Göygöldə bıçaqlanma hadisəsi baş verib.
ARANTV.AZ-ın məlumatına görə, hadisə rayon ərazisindəki “Vətən” kafesində qeydə alınıb.
Rayon sakini, 1995-ci il təvəllüdlü Yusif Rəhimov və onunla qeyri-rəsmi münasibətdə olan 1992-ci il təvəllüdlü Günel Hüseynova naməlum şəxs tərəfindən bıçaqlanıb. Yaralılar xəstəxanaya yerləşdiriliblər.
Hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 2002-ci il təvəllüdlü Aslan Verdiyev tutulub.
Faktla bağlı Göygöl Polis Şöbəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb.Trend

