Kriminal 

Bakıda qohumunu boynundan güllə ilə vurub öldürdü – VİDEO

2018-ci ilin noyabr ayının 17-də Şüvəlan qəsəbəsində, “Pansionat” adlanan ərazidə Laçın sakini, 34 yaşlı Qorxmaz Əliyev qisas almaq məqsədilə kustar üsulla hazırlanmış tapançadan iki dəfə atəş açaraq, 41 yaşlı tanışı Sərvər Quliyevi yaralayıb. BAKU.TV xəbər verir ki, zərərçəkmiş xəstəxanaya yerləşdirilib, şübhəli şəxs isə həmin gecə Xəzər RPİ-yə təslim olub. Yaralanan S.Quliyev bir müddətdən sonra vəfat edib. İstintaqla müəyyən edilib ki, Q.Əliyev 2018-ci ilin noyabr ayının 17-də Şamaxıda keçirilən toy məclisindən qayıdarkən mikroavtobusda qohumu Anar Hüseynovun sərxoş vəziyyətdə nalayiq ifadələr işlətməsinə görə iradını bildirib və yumruqla onun üz nahiyəsinə zərbə vurub.…

Read More
Kriminal 

Şirkət rəhbərinin qaranlıq keçmişi – narkotiklə həbs, inidi isə dələduzluq – FOTO

“Hilal Agro” şirkətinin rəhbəri növbəti dəfə hakim qarşısına çıxarılır. Əvvəl külli miqdarda narkotik satmaqda ittiham edilən iş adamı bu dəfə dələduzluqda suçlanır. ARANTV.AZ xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində Bakıda külli miqdarda dələduzluqda təqsirləndirilən “Hilal Agro” şirkətinin rəhbəri Viləş Əhədov cinayət işi üzrə məhkəmə iclası başlayır. Məhkəmə prosesi hakim Azad Məcidovun sədrliyi ilə baş tutacaq. İş üzrə 9 nəfər zərərçəkmiş var. İttihama görə, V.Əhədov biznes sahəsində şərik olduğu şəxslərə qarşı dələduzluq edərək onların külli miqdarda pulunu ələ keçirib. Xatırladaq ki, V.Əhədov bir neçə ay öncə külli miqdarda narkotik vasitə əldə…

Read More
Kriminal 

Bakıda qadın polisi bıçaqladı

Bakıda qadın polis əməkdaşını bıçaqlayıb. Oxu.Az-a hüquq-mühafizə orqanlarından daxil olan xəbərə görə, hadisə Yasamal rayonunda baş verib. Mayın 10-da axşam saatlarında Mirəli Seyidov küçəsində üç gənc 1994-cü il təvəllüdlü paytaxt sakini Orxan Həsənova hücum edib. Təqsirləndirilən şəxslərdən biri onu çiynindən bıçaqlayıb. Sonra hücum edənlər zərərçəkənin 20 manat pulunu götürüb qaçıblar. 28-ci Polis Bölməsinin cinayət axtarış şöbəsinin müstəntiqləri şübhəli şəxsləri müəyyən ediblər. Bu şəxslərin 2002-ci il təvəllüdlü Zaur Abbasov, onun 2005-ci il təvəllüdlü qardaşı Yusif Abbasov və 2003-cü il təvəllüdlü Təbriz Yusubov olduqları dəqiqləşdirilib. Z.Abbasov tutulanda anası M.Abbasova polis əməkdaşı Tərlan Yusifzadənin oğlunu polis…

Read More
Kriminal 

Bakıda QANLI OLAY: Oğul anasını və evdə işləyən ustanı bıçaqladı

Bakıda kişi anasını və evdə işləyən ustanı bıçaqlayıb. ARANTV.AZ   APA-ya istinadən xəbər verir ki, hadisə paytaxtın Yasamal rayonu, Ş. Əzizbəyov küçəsi, ev 34-də qeydə alınıb. Şəhər sakini Elnur Quliyev yaşadığı mənzildə usta işləyən Kamil Sədrəddinbəyovu bıçaqlayıb. Hadisədən bir neçə saat sonra o, özünü öldürməyə cəhd edərkən anası Minəxanım Quliyeva ona mane olmağa çalışıb. Bu zaman E. Quliyev anasını da bıçaqlayıb. Hər iki yaralı xəstəxanaya çatdırılıb. Hadisəni törətməkdə şübhəli bilinən E. Quliyev saxlanılıb. Faktla bağlı cinayət işi başlanıb.

Read More
Kriminal 

Azərbaycanda hamilə qadını güllələyən şəxsin kimliyi bilindi

Kürdəmir rayonunda qadın güllələnib. ARANTV.AZ-ın məlumatına görə, hadisə rayonun Sığırlı kəndində baş verib. Kənd sakini Ramo Mövlayev qısqanclıq zəminində qardaşının hamilə olan həyat yoldaşı Könül Mövlayeva ilə mübahisə edib. Mübahisə nəticəsində R.Mövlayev ov tüfəngi ilə atəş açaraq qadını güllələyib. Yaralı Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilərək, əməliyyat olunub. R.Mövlayev polis tərəfindən saxlanılıb. Faktla bağlı Kürdəmir Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29.120.1-ci (qəsdən adam öldürmə cəhd) maddəsi ilə cinayət işi başlanıb.Trend

Read More
Kriminal 

Azərbaycanda dəhşət: Ruhi xəstə atasını baltaladı – YENİLƏNİB

Şirvanda qətl hadisəsi baş verib. ARANTV.AZ-ın xəbərinə görə, hadisə mayın 12-də, gecə saatlarında Şirvan şəhəri, A.Mustafayev küçəsi, ev 25 ünvanında qeydə alınıb. Belə ki, 1933-cü il təvəllüdlü Nadir Əkbərov başın kəsilmiş-deşilmiş yarası ilə ölü vəziyyətdə Şirvan Şəhər Mərkəzi Xəstəxasına gətirilib. Araşdırma zamanı məlum olub ki, o, Şirvan Şəhər Mərkəzi Xəstəxasında ruhi əsəb xəstəsi kimi qeydiyyatda olan, şizofreniya paranoid forma xəstəliyindən əziyyət çəkən, I qrup əlil Mirsəkinə Əkbərova tərəfindən öldürülüb. Faktla bağlı Şirvan Şəhər Prokuyrorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır. 09:03 Şirvan şəhəri,…

Read More
Kriminal 

Qəbələdə qısqanc ər arvadının boğazını kəsib — MƏHKƏMƏ

Qəbələ rayonunda arvadını qətlə yetirməkdə təqsirli bilinərək həbs olunan Cəsarət İbrahimov məhkəməyə apelyasiya şikayəti verib. ARANTV.AZ  xəbər verir ki, onun şikayətinə Şəki Apellyasiya Məhkəməsində hakim Rafail Əliyevin sədrliyi ilə baxılacaq. Məhkəmə baxış iclası mayın 22-nə təyin olunub. Qeyd edək ki, hadisə Qəbələ rayonunun Mirzəbəyli kəndində baş verib. Kənd sakini, 33 yaşlı Cəsarət Ağalar oğlu İbrahimov qısqanclıq zəminində həyat yoldaşı, 33 yaşlı Ülviyyə Rasim qızı İbrahimovanın bıçaqla boğazını kəsib. Nəticədə, çoxlu qan itirən qadın hadisə yerində ölüb. Polis əməkdaşları tərəfindən saxlanılan Cəsarət İbrahimov Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə…

Read More
Kriminal 

Azərbaycanda dəhşət: Ruhi xəstə yaşlı kişini baltaladı

Şirvan şəhəri, M.Araz küçəsi, 22 ünvanında yerləşən fərdi yaşayış evində gecə saat 3 radələrində ölüm hadisəsi baş verib. ARANTV.AZ-ın məlumatına görə, ruhi xəstə 1933-cü il təvəllüdlü Əkbərov Nadir İbadulla oğlunu baş nahiyəsindən balta ilə vuraraq qətlə yetirib. Meyit Şirvan Pataloji Anatomiya və Məhkəmə Tibbi Ekspertiza mərkəzinə aparılıb. Qeyd edilir ki, adıçəkilən ünvanda ruhi xəstə olan bacı və qardaş dözülməz şəraitdə yaşayırlar. Qətl hadisəsini də onlardan biri törədib. Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları və kriminalistlər tərəfindən qətlin törədildiyi yer müayinə edilir, istintaq hərəkətləri həyata keçirilir. Faktla bağlı Şirvan Rayon Prokurorluğu tərəfindən cinayət işinə…

Read More
Kriminal 

Bakıda 48 yaşlı kişi bıçaqlandı

Bakıda bıçaqlanma faktı qeydə alınıb. ARANTV.AZ xəbər verir ki, Yasamal rayonu, Şamil Əzizbəyov küçəsində 1972-ci il təvəllüdlü Sədrəddinbəyov Kamil Arif oğlu mübahisə zəminində həmyerlisi tərəfindən bıçaqlanıb. Xəsarət almış şəxs xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır.APA

Read More
Kriminal 

Azərbaycanda ov zamanı silahlı insident – 2 nəfər güllələndi

İmişli rayonunda silahlı insident olub. ARANTV.AZ xəbər verir ki, İmişli rayonunun Qulubəyli kəndi ərazisindən keçən Mil-Muğan kanalında Gövhərli kənd sakini K.Kərimovun və Qaradonlu kənd sakini E.Cəfərovun qayıqla balıq tutarkən bir nəfərin ov tüfəngindən açdığı atəşdən yüngül qırma xəsarətləri almaları barədə İmişli rayon polis şöbəsinə məlumat daxil olub. Faktla əlaqədar Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanıb. İmişli rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində xuliqanlığı törətməkdə şübhəli bilinən Hacıqabul rayon sakini R.Həmidov saxlanılıb. Ondan cinayəti törədərkən istifadə etdiyi “MC-2112” markalı ov tüfəngi götürülüb.Publika.az

Read More