Kriminal 

Qəbələdə qısqanc ər arvadının boğazını kəsib — MƏHKƏMƏ

Qəbələ rayonunda arvadını qətlə yetirməkdə təqsirli bilinərək həbs olunan Cəsarət İbrahimov məhkəməyə apelyasiya şikayəti verib.

ARANTV.AZ  xəbər verir ki, onun şikayətinə Şəki Apellyasiya Məhkəməsində hakim Rafail Əliyevin sədrliyi ilə baxılacaq.

Məhkəmə baxış iclası mayın 22-nə təyin olunub.

Qeyd edək ki, hadisə Qəbələ rayonunun Mirzəbəyli kəndində baş verib. Kənd sakini, 33 yaşlı Cəsarət Ağalar oğlu İbrahimov qısqanclıq zəminində həyat yoldaşı, 33 yaşlı Ülviyyə Rasim qızı İbrahimovanın bıçaqla boğazını kəsib. Nəticədə, çoxlu qan itirən qadın hadisə yerində ölüb.

Polis əməkdaşları tərəfindən saxlanılan Cəsarət İbrahimov Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham olunub.

Ölkə.Az

Daha çox xəbərlər