Oğurladıqları pulla özlərinə maşın alıblar – Həbs edilənlərdən ikisi qardaşdı
Mənzildən oğurladığı pulla özünə avtomobil alan və polis tərəfindən saxlanılan şəxs hakim qarşısına çıxarılır. Onunla birlikdə cinayətdə əli olan daha 2 nəfər də həbs edilib. ARANTV.AZ musavat.com-a istinadən bildirir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda oğurluqda suçlanan Musa Bayramov, Rüstəm Ağayev və Rövşən Ağayevin cinayət işi üzrə məhkəmə iclası hakim Fikrət Qəribovun sədrliyi ilə baş tutacaq. Hər üç şəxsə qarşı Cinayət Məcəlləsinin 177.3.2-ci (oğurluq; külli miqdarda törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. Oğurluq hadisəsi Sumqayıt şəhəri Xudafərin küçəsində yerləşən evlərdən birində baş verib. 2019-dekabrın 31-dən yanvarın 1-nə keçən gecə…
Read More