Kriminal 

Oğurladıqları pulla özlərinə maşın alıblar – Həbs edilənlərdən ikisi qardaşdı

Mənzildən oğurladığı pulla özünə avtomobil alan və polis tərəfindən saxlanılan şəxs hakim qarşısına çıxarılır. Onunla birlikdə cinayətdə əli olan daha 2 nəfər də həbs edilib.

ARANTV.AZ musavat.com-a istinadən bildirir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda oğurluqda suçlanan Musa Bayramov, Rüstəm Ağayev və Rövşən Ağayevin cinayət işi üzrə məhkəmə iclası hakim Fikrət Qəribovun sədrliyi ilə baş tutacaq.

Hər üç şəxsə qarşı Cinayət Məcəlləsinin 177.3.2-ci (oğurluq; külli miqdarda törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Oğurluq hadisəsi Sumqayıt şəhəri Xudafərin küçəsində yerləşən evlərdən birində baş verib.

2019-dekabrın 31-dən yanvarın 1-nə keçən gecə evdə olmadığı müddətdə mənzildən 31450 avro, 4300 ABŞ dolları, 1 ədəd “Samsung” markalı televizor və 1 ədəd “TP-link” markalı aparatın oğurlandığını bildirib.

Zərərçəkən ona ümumilikdə 66611 manat maddi ziyan dəydiyini qeyd edib.

Hadisəni törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Sumqayıt şəhər sakinləri Musa Bayramov, Rövşən Ağayev və onun qardaşı Rüstəm Ağayev saxlanılıblar.

Araşdırma zamanı müəyyən edilib ki, hadisə günü evin hasarından əvvəlcə Rövşən Ağayev və Musa Bayramov həyətə düşüblər. Rüstəm Ağayev isə pusquda dayanıb.

Daha sonra dəstə üzvləri məzilin qapısının üzərində barmaqlıqlar olmayan pəncərənin şüşəsini qıraraq mənzilə daxil olublar. Mənzilin qapısı açılandan sonra dəstənin digər üzvü Rüstəm Ağayev də evə girib. Saxlanılan şəxslər evin yataq otağında olan külli miqdarda pulu və bir ədəd televizoru götürəndən sonra hadisə yerindən uzaqlaşıblar.

Qeyd edək ki, saxlanılan şəxslər biri Rüstəm Ağayev hadisədən sonra ona çatan pulun bir hissəsi ilə özünə “Volkswagen” markalı avtomobil alıb. Həmin nəqliyyat vasitəsi də polislər tərəfindən müəyyən edilərək saxlanılıb. Dəstə üzvləri hadisədən sonra qapını qırmaq üçün istifadə etdikləri dəmir parçasını, həmçinin sındırdıqları şüşə qırıntılarını özləri ilə götürərək evdən bir qədər kənara atıblar.

Dəstə üzvü Rüstəm Ağayev evdən oğurladığı televizoru isə mənzilin yaxınlığında olan orta məktəbin həyətində gizlədib. Həmin televizor da aşkar edilərək polislər tərəfindən götürülüb.

Daha çox xəbərlər