Kriminal 

Nişanlı qızı çöllükdə oğlanla görüşdürdü, 13 yaşlı bacısını isə maşınında dəfələrlə… – Azərbaycanda ŞOK

Sabirabad rayonunda yetkinlik yaşına çatmayan qızı zorlamaqda təqsirli bilinən 1975-ci il təvəllüdlü Elşən Umudovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Publika.az-ın xəbərinə görə, rayonun Pokrovka kəndində anadan olan Elşən Umudov xuliqanlıq etdiyi üçün Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq) maddəsi ilə ittiham edilib. O, Sabirabad rayon Məhkəməsinin 30 sentyabr 2013-cü il tarixli hökmü ilə barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib və o, 2 il 11 ay 29 gün müddətə şərti cəza alıb. Həbsdən azad olunan Elşən Umudov Sabirabad rayonunun Əhmədabad kəndində yaşamağa başlayıb. O, məhkum olunmasına və…

Read More
Kriminal 

Azərbaycanda söyüşə görə iki qardaşın üzərinə benzin töküb yandırdılar

Ağcabədidə iki qardaşın üzərinə benzin tökərək yandırıblar. APA-nın məlumatına görə, hadisə rayonun Boyat kəndində qeydə alınıb. Kənd sakinləri Ehtiram Əliyev və Yaşar Əliyev yanıq xəsarətləri ilə Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Araşdırmalar zamanı məlum olub ki, kənd sakini Amil Əmrahov münaqişə zəminində E.Əliyev və Y. Əliyevin üzərinə benzin tökərək, onları yandırıb. İlkin məlumata görə, E.Əliyev və Y.Əliyev A.Əmrahov və onun qardaşı Aftandil Əmrahova telefonda nalayiq ifadələr işlədiblər. Daha sonra onlar kəndin kənarında görüşüblər. Bu zaman Amil Əmrahov idarə etdiyi avtomobildən benzin götürərək, E.Əliyev və Y.Əliyevin üstünə töküb, daha sonra alışqanla…

Read More
Kriminal 

Zaqatalada 24 yaşlı gənc bıçaqlandı

Zaqatala rayonunda 24 yaşlı gənc bıçaqlanıb. APA-nın məlumatına görə, bu gün axşam saatlarında rayonun Car kənd sakini, 1996-cı il təvəllüdlü İsmayıl Məhəmməd oğlu Musayev bıçaq yarası xəsarəti ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına daxil olub.   Tibb müəssisəsində İ.Musayevin yaşadığı kəndin ərazisində bıçaqlandığı məlum olub. Yaralı dərhal cərrahiyyə əməliyyatına götürülüb. İ.Musayevi bıçaqlayan şəxsin hadisə yerindən qaçdığı bildirilir. Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində araşdırma aparılır.

Read More
Kriminal 

Astara sakini narkotik satarkən tutuldu

Astara Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdiyi daha bir uğurlu əməliyyat tədbiri nəticəsində 2 kiloqramdan artıq narkotik vasitə və psixotrop maddə aşkarlanaraq, qanunsuz dövriyyədən çıxarılıb. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Astara RPŞ-nin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində rayonun Şahağacı kənd sakini Elşad Nəsirov 20 qram narkotik vasitə olan tiryəki satarkən cinayət başında saxlanılıb. Əməliyyat tədbirlərinin davamı olaraq, E.Nəsirovun Şahağacı kəndindəki yaşadığı evə keçirilən baxış zamanı oradan 1 kiloqram 225 qram tiryək, 930 qramdan artıq psixotrop maddə metamfetamin və 2…

Read More
Kriminal 

Saatlıda 38 yaşlı kişi bıçaqlandı

Saatlı sakini bıçaqlanıb. ARANTV.AZ-ın məlumatına görə, Saatlının Mustafabəyli kənd sakini, 1982-ci il təvəllüdlü Zeynalov Asim Gülmalı oğlu bıçaq xəsarəti ilə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına daxil olub. Çoxlu qan itirən yaralı əməliyyata götürülüb. Onun kim tərəfindən bıçaqlandığı araşdırılır.APA

Read More
Kriminal 

Qardaşının arvadını yandırdı, 17 il cəza aldı – Hökmdən narazıdır

Qardaşının arvadının üstünə benzin töküb yandıran şəxs cəzasının azaldılması üçün Ali Məhkəməyə müraciət edib. ARANTV.AZ-ın məlumatına görə, Cinayət Məcəlləsinin qəsdən adam öldürmə və əmlakı qəsdən məhv etməyə cəhd maddələri ilə məhkum olunan Əsgərov İlkin Nizami oğlunun məhkəmə prosesinin baxış iclası hakim İnqilab Nəsirovun sədrliyi ilə keçiriləcək. Cinayət işində zərərçəkmiş qismində Əsgərova Xatirə Nayib qızı və Əsgərov Nizami Şəmşid oğlu tanınıb. Xatırladaq ki, 2018-ci ilin dekabr ayında Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə qətl törətməkdə təqsirləndirilən 1984-cü il təvəllüdlü İlkin Əsgərov 17 il müddətinə azadlıqdan məhrum edilib. Qeyd edək ki, hadisə 2018-ci ildə…

Read More
Kriminal 

Bakıda qonşusu ilə mübahisə edən şəxs bıçaqlandı

Bakının Binəqədi rayonunda bıçaqlanma olub. ARANTV.AZ  xəbər verir ki, hadisə keçmiş Xutor yaşayış massivində qeydə alınıb. 1960-cı il təvəllüdlü Salmanov Şair Mehman oğlu sərxoş vəziyyətdə qonşusu ilə mübahisə edib. Nəticədə, həmin şəxs bıçaqla ona xəsarətlər yetirib. Ş.Salmanov alnının kəsilmiş-deşilmiş yaraları diaqnozu ilə 1 saylı Şəhər Kliniki Xəstəxanasına yerləşdirilib. Faktla bağlı Binəqədi RPİ-nin 7-ci Polis Bölməsi tərəfindən araşdırma aparılır.APA

Read More
Kriminal 

Azərbaycanda “WhatsApp” mübahisəsi qanlı bitdi: “Söhbətə çağırılan” gənc ürəyindən bıçaqlandı

Gəncədə adam bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb. Bununla bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupu məlumat yayıb. Bildirilib ki, martın 31-də saat 17 radələrində Gəncə şəhər sakini 18 yaşlı Anar Əliyev qarnının və ürəyinin daxilinə keçən kəsilmiş-deşilmiş yarası ilə xəstəxanaya gətirilib. Bununla bağlı Gəncə şəhər Kəpəz Rayon Polis idarəsinə daxil olan məlumatla əlaqədar dərhal hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb. Faktla əlaqədar Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb. Həyata keçirilən istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Gəncə şəhər sakini 17…

Read More
Kriminal 

Ağcabədidə 40 yaşlı kişini toyda öldürdülər — MƏHKƏMƏ

Ağcabədi rayonunda həmyerlisini bıçaqlayaraq qətlə yetirməkdə təqsirli bilinib məhkum olunan Qurbanzadə Qurban Azər oğlu Ali Məhkəməyə müraciət edib. ARANTV.AZ  xəbər verir ki, onun müraciətinə hakim Hafiz Nəsibovun sədrliyi ilə baxılacaq. İş üzrə məhkəmə baxış iclası aprelin 22-nə təyin olunub. Qeyd edək ki, hadisə 2018-ci ilin sentyabr ayında rayonun H.Aslanov küçəsindəki “Qızıl Saray” şadlıq evində keçirilən toy məclisində baş verib. Ağcabədi şəhər sakini, 1990-cı il təvəllüdlü Qurbanzadə Qurban Azər oğlu toyda şəxsi münasibətlər zəminində həmyerlisi, 1978-ci il təvəllüdlü Sadıqov Zaur Məzahir oğlu ilə mübahisə edib. Mübahisə zamanı Q.Qurbanzadə üzərində gəzdirdiyi bıçaqla…

Read More
Kriminal 

Qusarda oğul anasını pula görə öldürdü

Qusar rayonunda anasını qətə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb. ARANTV.AZ xəbər verir ki, hadisə martın 29-da rayonun Xurel kəndində qeydə alınıb.  Kənd sakini, 1995-ci il təvəllüdlü Əhmədov Nail Hacıağa oğlu anası, 1971-ci il təvəllüdlü Əhmədova Raifə Aydəbəy qızını boğaz nahiyəsinə bıçaqla zərbə endirərək qətlə yetirib. Rayon hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən keçirilən əməliyat tədbirləri nəticəsində Nail Əhmədov saxlanılıb. İddialara görə, ana ilə oğlu arasında mübahisə pul üstündə düşüb. Faktla bağlı cinayət işi açılıb. Ölkə.Az

Read More