Qusarda oğul anasını pula görə öldürdü
Qusar rayonunda anasını qətə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb.
ARANTV.AZ xəbər verir ki, hadisə martın 29-da rayonun Xurel kəndində qeydə alınıb. Kənd sakini, 1995-ci il təvəllüdlü Əhmədov Nail Hacıağa oğlu anası, 1971-ci il təvəllüdlü Əhmədova Raifə Aydəbəy qızını boğaz nahiyəsinə bıçaqla zərbə endirərək qətlə yetirib.
Rayon hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən keçirilən əməliyat tədbirləri nəticəsində Nail Əhmədov saxlanılıb.
İddialara görə, ana ilə oğlu arasında mübahisə pul üstündə düşüb.
Faktla bağlı cinayət işi açılıb.
Ölkə.Az

