Kriminal 

Gəncədə məktəblinin bıçaqlanması ilə bağlı: Əsəbi halda şagirdlərlə mübahisə edib – YENİLƏNİB + FOTO

Bu gün Gəncə şəhəri M.P.Vaqif adına 8 nömrəli tam orta məktəbin XI sinif şagirdi Raul Rəhimovun məktəbin qarşısında qətlə yetirilməsi ilə bağlı bəzi detallar məlum olub. Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin İnzibati təşkilat sektorunun müdiri Azər İbrahimov “Qafqazinfo”ya bildirib ki, qətl törətməkdə şübhəli bilinərək saxlanılan 2007-ci il təvəllüdlü F,Şabanov hadisədən əvvəl məktəbə daxil olmağa çalışıb: “Lakin məktəbin məsul şəxsləri onun məktəb binasına daxil olmasına icazə verməyiblər. O, məktəbdən çıxarılarkən əsəbi halda şagirdlərlə mübahisə edib. Həmin vaxt dərsə gələn şagird Rəhimov Raul Bəxtiyar oğlu ilə…

Read More
Kriminal 

Məktəbin qarşısında öldürülən şagirdin FOTOları

Xəbər verdiyimiz kimi, XI sinif şagirdi Gəncədə bıçaqlanaraq öldürülüb. ARANTV.AZ  Trend-ə istinadən xəbər verir ki, yanvarın 23-də səhər saatlarında Gəncə şəhəri M.P.Vaqif adına 8 nömrəli tam orta məktəbin XI sinif şagirdi Raul Rəhimov məktəbin önündə kənar şəxs tərəfindən bıçaqlanaraq öldürülüb. Fakta görə Gəncə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb. Öldürülən XI sinif şagirdi Raul Rəhimovun görüntülərini təqdim edirik:  

Read More
Kriminal 

Xaçmazda kafedə dava: Xəsarət alan var

Xaçmazda kafedə kişi döyülərək ağır xəsarət alıb. APA xəbər verir ki, Xudat səhərində yerləşən kafedə Ağayev Renat Çingizoviç və başqaları aralarında yaranmış mübahisə zamanı Azər Bəxtiyar oğlu Əliyevi döyərək ona baş beyin əzilməsi və açıq kəllə beyin travması xəsarəti yetirilib. Fakt üzrə Xaçmaz RPŞ-də araşdırma aparılır.

Read More
Kriminal 

Bakıda kişi güllələnib, qardaşı saxlanılıb

Yanvarın 10-da saat 20 radələrində Bakı şəhəri Pirallahı rayonu ərazisində bir nəfərin odlu silahdan açılmış atəşdən aldığı xəsarətlə xəstəxanaya yerləşdirilməsi barədə polisə məlumat daxil olub. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib. Araşdırmalarla əvvəllər məhkum olunmuş 1976-cı il təvəllüdlü İlham Həşimovun yaşadığı evdə sərxoş vəziyyətdə münaqişə zəminində tüfəngdən açdığı atəşlə 1969-cu il təvəllüdlü qardaşının ayaq nahiyəsinə xəsarət yetirməsinə əsaslı şübhələr müəyyən edilib. Pirallahı Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə İ.Həşimov saxlanılıb. Hadisə yerindən qanunsuz saxladığı “Bum” markalı tüfəng götürülüb. Faktla bağlı araşdırma aparılır.

Read More
Kriminal 

Zaqatalada kişi arvadını güllələdi

Ötən ilin martında Zaqatalada arvadı Firəngiz Yusifovanı tüfənglə açdığı atəş nəticəsində qətlə yetirən Məhəmməd Didiyevin məhkəmə prosesi başa çatıb. Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, 1985-ci il təvəllüdlü M.Didiyev 17 il azadlıqdan məhrum edilib. Məhkəmədə ifadə verən təqsirləndirilən şəxs arvadı ilə boşanmaq istəməməsinə görə cinayət əməlini törətdiyini bildirib. Tərəflərin münasibətinin bu səviyyəyə gəlməsinə isə M.Didiyevin başqa qadınla münasibətinin olması göstərilib. Qeyd edək ki, F.Yusifovanın qətlində istifadə edilən tüfəng 7-8 il əvvəl onun atası tərəfindən Məhəmmədə hədiyyə verilibmiş.//“Qafqazinfo”

Read More
Kriminal 

Baş Prokurorluqdan qətlə görə 11 il həbs cəzası verilmiş şəxsin bəraət almasına REAKSİYA

Baş Prokurorluq qəsdən adam öldürməyə görə məhkum olunan şəxsə bəraət verilməsi məsələsinə münasibət bildirib. Prokurorluqdan verilən məlumata görə, bəzi kütləvi informasiya vasitələrində Şəki Apellyasiya Məhkəməsi tərəfindən Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilən Polad Şəmsəddin oğlu İsmayılova bəraət verilməsinə dair məlumatlar yayılıb. Qeyd olunub ki, Zaqatala rayon sakini Seyran Şakir qızı Əyyubovanın yaşadığı evdə üzərində zorakılıq əlamətləri olan meyitinin aşkarlanması faktı ilə əlaqədar 24.02.2011-ci il tarixdə Zaqatala Rayon Prokurorluğunda cinayət işi başlanıb və cinayət işi üzrə istintaq zamanı əldə edilmiş sübutlar əsasında 27.02.2020-ci il tarixdə Polad İsmayılova Cinayət Məcəlləsinin 120.1-ci…

Read More
Kriminal 

Qubada qadın odun parçası ilə qətlə yetirilib: Oğlu şübhəli bilinir – TƏFƏRRÜAT + YENİLƏNİB/VİDEO

Qubada dəhşətli qətl hadisəsi olub. 85 yaşlı qadın qətlə yetirilib. Xezerxeber.az xəbər verir ki, hadisə rayonun Bağbanlı kəndində qeydə alınıb. İddia edilir ki, qadını oğlu 49 yaşlı oğlu Zülfüqar İsmixanov sərxoş vəziyyətdə öldürüb. Məlumata görə, o, anasının başına odun parçası ilə xəsarətlər yetirib. Faktla bağlı Quba rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb. Qeyd edək ki, Zülfüqar İsmixanov 2-ci qrup əlil olub. Daha ətraflı videomaterialı təqdim edirik: 07:26 Qubada yaşlı qadın öldürülüb. Quba Rayon Prokurorluğundan Oxu.Az-a bildirilib ki, Bağbanlı kənd sakini, 1937-ci il təvəllüdlü Zöhrə İsmixanovanın öldürülməsi barədə məlumat…

Read More
Kriminal 

Qubada qadın odun parçası ilə qətlə yetirilib: Ən yaxın adamı şübhəli bilinir

Qubada yaşlı qadın öldürülüb. Quba Rayon Prokurorluğundan Oxu.Az-a bildirilib ki, Bağbanlı kənd sakini, 1937-ci il təvəllüdlü Zöhrə İsmixanovanın öldürülməsi barədə məlumat dekabrın 27-si saat 22 radələrində daxil olub. Araşdırmalarla 1974-cü il təvəllüdlü Zülfüqar İsmixanovun yaşadıqları evdə sərxoş vəziyyətdə aralarında yaranmış mübahisə zamanı anası Zöhrə İsmixanovaya odun parçası ilə xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsilə cinayət işi başlanıb, Zülfüqar İsmixanov iş üzrə şübhəli şəxs qismində tutulub. Hazırda ibtidai istintaq davam edir.

Read More
Kriminal 

Azərbaycanda qızın ögey atasını bıçaqlaması ilə bağlı YENİ DETALLAR – YENİLƏNİB

Bakının Sabunçu rayonunda qızın atasını evdə bıçaqlaması barədə bəzi detallar bilinib. Oxu.Az-ın əldə etdiyi məlumata görə, qız hadisəni ona kobud davranıldığı üçün edib. Belə ki, ögey atası onunla kobud davranıb. Nəticədə o, 1987-ci il təvəllüdlü Elman Xəlilovu bıçaqlayıb. 09:08 Bakının Sabunçu rayonunda evdə ailə-məişət zəminində dava zamanı kişi bıçaqlanıb. APA xəbər verir ki, hadisə Maştağa qəsəbəsində qeydə alınıb. Albalılıq yaşayış massivi ərazisində 1987-ci il təvəllüdlü Elman Oqtay oğlu Xəlilov qarnın ön divarının kəsilmiş-deşilmiş diaqnozu ilə Sabunçu Tibb Mərkəzinə yerləşdirilib. Bıçaqlanan şəxsin yaxınları bildiriblər ki, E.Xəlilov qızı tərəfindən bıçaqlanıb. Sabunçu Rayon…

Read More
Kriminal 

13 il əvvəl taksi sürücüsünü qətlə yetirmiş şəxs ƏLƏ KEÇDİ

13 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıb. Bu barədə Baş Prokurorluq və Daxili işlər Nazirliyi birgə məlumat yayıb. Məlumata görə, ötən illərdən bağlı qalmış cinayətlərin açılması, cinayəti törətmiş şəxslərin ifşa olunaraq məsuliyyətə cəlb olunması məqsədilə mütəmadi olaraq aidiyyəti dövlət qurumları tərəfindən birgə tədbirlər həyata keçirilir. Baş Prokurorluq və Daxili İşlər Nazirliyi əməkdaşlarının birgə fəaliyyəti nəticəsində uzun illər bağlı qalmış daha bir qəsdən adam öldürmə cinayətinin üstü açılıb. Belə ki, 16 fevral 2010-cu il tarixdə Şəmkir rayonunun Mahmudlu kəndindən Yeniabad kəndi istiqamətinə gedən torpaq yolda “Daewoo Nexia“ markalı…

Read More