Dünya 

Güclü qar uçqunu kəndlərə çatdı

Türkiyənin Hakkari vilayətində qar uçqunu qeydə alınıb.

Hadisə Çukurca rayonunun Akkaya kəndi yaxınlığında baş verib.

Kəndin yaxınlığındakı dərədə baş verən təbii hadisə zamanı böyük qar kütlələri yüksək səslə kəndin yaxınlığına doğru axmağa başlayıb. Uçqun kəndin yaşayış ərazisinə çox yaxın keçdiyindən sakinlər arasında qısa müddətlik panik yaranıb.

Şahidlər bildiriblər ki, son günlər ərazidə artan qar yağışı və hava istiliyinin kəskin dəyişməsi uçqun riskini artırıb. Kənd sakinləri hadisəni telefonlarına çəkiblər. Görüntülərdə qarın yüksək sürətlə hərəkət etdiyi və qısa müddətdə bütün dərəni bürüdüyü görünür. İlkin məlumatlara görə, xəsarət alan olmayıb, lakin hakimiyyət orqanları ərazidə təhlükəsizlik tədbirlərini artırıb və sakinləri ehtiyatlı olmağa çağırıb./NOCOMMENT.az

Daha çox xəbərlər