Kriminal 

Bakıda kişi qardaşının arvadını vəhşicəsinə qətlə yetirdi

Bakının Qaradağ rayonunda gənc qadın martın 26-da qəsdən törədilən qətlin qurbanı olub. Bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat verilib. Qobustan qəsəbəsində saat 20:30 radələrində 1981-ci il təvəllüdlü Laləzar Kərimli aldığı çoxsaylı bıçaq zərbələrindən hadisə yerində ölüb. Patoloqanatomlar öldürülmüş qadının bədənində səkkizdən çox bıçaq yarası qeydə alıblar. Məlum olub ki, L.Kərimlinin qətlinin törədilməsində onun əvvəllər oğurluqda ittiham olunmuş 1981-ci il təvəllüdlü qaynı Səbuhi Kərimovun əli olub. Cinayət L.Kərimlinin bacısının evində törədilib. Hadisənin təfərrüatı məlum olub. Belə ki, L.Kərimli qohumları ilə mübahisə edərək, bacısıgilə gedib. Bundan sonra S.Kərimov qardaşının oğlunu götürərək, hadisəni…

Read More
Kriminal 

Azərbaycanda ərin arvadını xəstəxananın həyətində amansızlıqla öldürməsinin təfərrüatı – VİDEO

Bərdə rayonunda baş verən qətl hadisəsinin təfərrüatı məlum olub. Oxu.Az-ın əldə etdiyi məlumata görə, dünən günorta saatlarında rayonnun Cəyirli kənd sakini  32 yaşlı İsmət Zamanov həyat yoldaşı, 23 yaşlı Zülfiyyə Zamanovanı Bərdə Rayon Uşaq Xəstəxanasının qarşısında öldürüb. Belə ki, ailə müayinə üçün uşaqlarını xəstəxanaya gətirib. Onlarla bərabər, Z.Zamanovanın qardaşı da xəstəxanaya gəlib. İ.Zamanov qayınından uşaqların yanında qalmasını xahiş edərək, Z.Zamanova ilə xəstəxananın həyətinə çıxıb. Orada uzun mübahisədən sonra İ.Zamanov Z.Zamanovanın ürəyindən dörd bıçaq zərbəsi vuraraq, onu qətlə yetirib. Qeyd edək ki, İ.Zamanov hadisəni törətdikdən sonra Bərdə Rayon Polis Şöbəsinə gedib və…

Read More
Kriminal 

Gəncədə qardaş qardaşı bıçaqlayıb

Gəncədə bıçaqlanma hadisəsi olub. ARANTV.AZ  APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Adilxan Ziyadxan küçəsində qeydə alnıb. 1986-ci il təvəllüdlü Hüseynov Röyal Nürəddin oğlu kəsilmiş-deşilmiş bıçaq yarası ilə xəstəxanaya yerləşdirilib. Dərhal xəstə əməliyyat olunub, vəziyyətinin kafi olduğu bildirilir. İlkin məlumata görə, R.Hüseynovu qardaşı bıçaqlayıb. Faktla bağlı araşdırma aparılır.

Read More
Kriminal 

Tovuz sakini arvadını bıçaqladı

Tovuz rayonunda bıçaqlanma olub. ARANTV.AZ report-a istinadən xəbər verir ki, hadisə rayonun Qovlar şəhəri ərazisində qeydə alınıb. Tovuz rayon sakini, 25 yaşlı qadın mübahisə zəminində bıçaq yarası alaraq xəstəxanaya yerləşdirilib. Yaxınlarının bildirdiyinə görə, gənc qadın ailə münaqişəsi zəminində həyat yoldaşı tərəfindən bıçaqlanıb. Onun vəziyyətinin qənaətbəxş olduğu bildirilir. Faktı bağlı araşdırma aparılır.

Read More
Kriminal 

Goranboyda qətl törədən polis zabiti özünü qismən təqsirli bilib

Gəncə Ağır Cinayətlər Məhkəməsində Goranboyda insident zamanı silahdan istifadə edən və qətl törədən polis leytenantı Kərimov Vüsal Əlöysəd oğlunun cinayət işi üzrə məhkəmə prosesi davam edib. ARANTV.AZ  APA-ya istinadən bildirir ki, hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib. İttihama münasibət bildirən V. Kərimov özünü qismən təqsirli bilib. O məhkəmədə sərbəst ifadə verib. Məhkəmə baxışı aprelin 10-da davam edəcək. Qeyd edək ki, hadisə ötən il iyul ayında Goranboy rayonu Goran qəsəbəsi yaxınlığında baş verib. Ərazidə xidmət aparan əməliyyat müvəkkili Vüsal Kərimova vətəndaş müraciət edərək bir qrup…

Read More
Kriminal 

Bərdədə ər arvadını xəstəxananın həyətində öldürdü-FOTO

Bərdədə qətl hadisəsi baş verib. ARANTV.AZ-ın məlumatına görə, hadisə bu gün Bərdə uşaq xəstəxanasının həyətində baş verib. Zamanov İsmət adlı şəxs həyat yoldaşı Zamanova Zülfiyyəni qətlə yetirib. Hadisə ailə münaqişəsi zəminində baş verib. Onlar Bərdənin Cəyirli kənd sakinləridir. İ.Zamanov hadisəni törətdikdən sonra Bərdə Rayon Polis Şöbəsinə könüllü təslim olub.Oxu.Az

Read More
Kriminal 

Ucarda 60 yaşlı kişi qonşusunu “lapatka” ilə öldürdü

Ucarda qətl hadisəsi baş verib. ARANTV.AZ report-a istinadən xəbər verir ki, hadisə rayonun Yuxarı Şilyan kəndində baş verib. Kənd sakini, 1960-ci il təvəllüdlü Mövlan Muxtar oğlu Mustafayev qonşusu, 1958-ci il təvəllüdlü Qəzənfər Səftər oğlu Musayevi torpağı belləmək üçün nəzərdə tutulan “lapatka” ilə vurub. Q.Musayev hadisə yerində ölüb. Faktla bağlı araşdırma aparılır.

Read More
Kriminal 

Gəncədə atasını öldürən şəxsin məhkəməsi başlayıb

Gəncə Ağır Cinayətlər Məhkəməsində atasını qətlə yetirməkdə təqsirləndirilən Yusif Dadaşovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb. ARANTV.AZ APA-ya istinadən bildirir ki, hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmə baxışı aprelin 15-ə təyin edilib. Qeyd edək ki, hadisə ötən il Gəncə şəhərində 1994-cü il təvəllüdlü Dadaşov Yusif Mübariz oğlu atası, 1967-ci il təvəllüdlü Dadaşov Mübariz Yusif oğlunu bıçaqlayaraq öldürüb. Y. Dadaşov polis tərəfindən sərxoş vəziyyətdə saxlanılıb. Ona Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham verilib.

Read More
Kriminal 

Cəlilabadda 38 yaşlı kişi tanışı tərəfindən bıçaqlandı

Cəlilabadda bıçaqlanma hadisəsi baş verib. ARANTV.AZ xəbər verir ki, hadisə ötən gün Cəlilabad rayonu, Göytəpə şəhəri, Həsənabad küçəsində yerləşən “məişət tullantıları poliqonu” adlanan ərazidə qeydə alınıb. Belə ki, Göytəpə sakini 1977-ci il təvəllüdlü İbrahim Qafarov rayonun Bəcrəvan kənd sakini olan tanışı, 1982-ci il təvəllüdlü Polad Allahverdiyevlə sözügedən ərazidə görüşüb. Aralarında yaşanan mübahisə zəminində İ.Qafarov tanışı P.Allahverdiyevə bıçaq zərbəsi vurub. Yaralı P.Allahverdiyev qarının ön divarının kəsilmiş, nazik bağırsağın və köndələn çənbər bağırsağının zədələnməsi diaqnozu ilə Cəlilabad Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilib. İ.Qafarovun P.Allahverdiyevə bədən xəsarətləri yetirdiyinə dair əsaslı şübhələr olduğundan o, cinayət əməlini törətməkdə şübhəli şəxs…

Read More