Kriminal 

Ucarda 60 yaşlı kişi qonşusunu “lapatka” ilə öldürdü

Ucarda qətl hadisəsi baş verib.

ARANTV.AZ report-a istinadən xəbər verir ki, hadisə rayonun Yuxarı Şilyan kəndində baş verib.

Kənd sakini, 1960-ci il təvəllüdlü Mövlan Muxtar oğlu Mustafayev qonşusu, 1958-ci il təvəllüdlü Qəzənfər Səftər oğlu Musayevi torpağı belləmək üçün nəzərdə tutulan “lapatka” ilə vurub.

Q.Musayev hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Daha çox xəbərlər