Kriminal 

“İnterpol”un qırmızı bülletenlə axtardığı cinayətkarlar İstanbulda ələ keçirildilər – FOTO/VİDEO

“İnterpol” tərəfindən qırmızı bülletenlə axtarışa verilən daha iki cinayət təşkilatının liderləri Türkiyənin İstanbul şəhərində ələ keçiriliblər. Bu barədə Türkiyə daxili işlər naziri Ali Yerlikaya özünün “X” hesabında paylaşım edib. Ali Yerlikaya İstanbulda keçirilən “Kafes” əməliyyatları çərçivəsində daha iki cinayət təşkilatının liderlərinin saxlanıldığını açıqlayıb. “Belçikada ölkə üzrə narkotiklərin yayılmasını təşkil edən təşkilatın rəhbəri, “İnterpol”un qırmızı bülleteni ilə axtarışda olan İngiltərə vətəndaşı Mohammed Zakir Miah İstanbulun Büyükçekmece rayonunda, “İnterpol”un qırmızı bülleteni ilə Vyetnamda ağır yaralama cinayətinə görə axtarılan Çin vətəndaşı Çen Xuefen İstanbulun Bağcılar səmtində “Kafes-20” əməliyyatı zamanı ələ keçiriliblər. Çen Xuefenin Vyetnama…

Read More
Kriminal 

İtaliyada ən çox axtarılan 100 cinayətkardan biri həbs edilib

İtaliyada ən çox axtarılan 100 cinayətkardan biri – Neapol mafiyası olan “Kamorra”nın klanlarından birinin tanınmış nümayəndəsi, 31 yaşlı Qaetano Anqrizano həbs edilib. “Report” TASS-a istinadən xəbər verir ki, bu barədə ANSA agentliyi məlumat yayıb. Cinayətkar 1 il yarım müddət ərzində gizlənib. Anqrizano mafiya fəaliyyəti, narkotik ticarəti və digər qanunsuz fəaliyyətlərə görə 10 il müddətinə azadlıqdan məhrum edilib. Cinayətkarın 2 yaşlı oğlunun doğum günü şənliyi zamanı keçirilən xüsusi əməliyyatda 250 karabiner iştirak edib.

Read More
Kriminal 

Kafedə qanlı dava: Bıçağı qarnına sancdı

Bakıda kafelərin birində bıçaqlanma hadisəsi baş verib. Lent.az-ın məlumatına görə, hadisə paytaxtın Binəqədi rayonu, Xocasən qəsəbəsi, R.Allahverdiyev küçəsində yerləşən kafedə qeydə alınıb. Hadisə zamanı İlyas Zəkulla oğlu Məmmədov qarın boşluğundan bıçaq xəsarət alıb. İlyas Məmmədov Bakı şəhəri Mirqasımov adına Respublika Kliniki Xəstəxanasına yerləşdirilib. Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Read More
Kriminal 

Yasamal rayonunda “Kalaşnikov” avtomatı və 30 ədəd patron satmaq istəyən şəxs saxlanılıb

Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinə daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən növbəti tədbir nəticəsində əvvəllər məhkum olunmuş 1967-ci il təvəllüdlü Yevlax rayon sakini Şakir Şadmanov Yasamal rayonu ərazisində saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, onun üzərinə baxış zamanı bir ədəd “Kalaşnikov” markalı avtomat, 30 ədəd patron və daraq aşkar edilərək götürülüb. Araşdırma zamanı izahatı alınan Ş.Şadmanov avtomatı bir müddət əvvəl əldə etdiyini və satmaq məqsədilə özündə saxladığını bildirib. Faktla bağlı 29-cu PŞ-də toplanan materiallar araşdırmaların davam etdirilməsi üçün Yasamal RPİ-nin İstintaq Şöbəsinə göndərilib.

Read More
Kriminal 

Zaqatalada qadını küçədə qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanıldı – YENİLƏNİB + FOTO

Noyabrın 24-də saat 9 radələrində Zaqatala şəhərində 1989-cu il təvəllüdlü Aygün Mikayıl qızı Həşimovanın kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən 1991-ci il təvəllüdlü Əli Fərhad oğlu Səfərov saxlanılıb. Faktla bağlı araşdırma aparılır.   09:28 Zaqatalada qadın qətlə yetirilib. APA-nın məlumatına görə, hadisə təxminən 09:00 radələrində şəhərin Həzi Alsanov küçəsində, Zaqatala Rayon Mərkəzi Xəstəxanasının yaxınlığında qeydə alınıb. Hələ ki, şəxsiyyəti dəqiqləşdirilməyən orta yaşlı qadın küçədə bıçaqlanaraq qətlə yetirilib. Zaqatala rayon hüquq-mühafizə orqanları hadisə yerinə…

Read More
Kriminal 

Rəşad Dağlının qətl törətdiyi yerdə DİNDİRİLİB – İSTİNTAQ GÖRÜNTÜLƏRİ

Tanınmış meyxanaçı Rəşad Dağlının istintaq dövründə qətl törətdiyi yerə aparılıb ifadə verdiyi görüntüləri yayılıb. “Qafqazinfo”nun olaraq əldə etdiyi videoda o, Lökbatan dairəsi yaxınlığındakı ərazidə qonşusu İsgəndər Mehdiyevi necə öldürdüyünü əyani şəkildə göstərib. Məlum olduğu kimi, həmin görüntülər bir il əvvələ aiddir. Meyxanaçı, eyni zamanda təqsirləndirilən şəxs statusunda prokurorluqda müstəntiqə ifadə verib. Qeyd edək ki, hadisə 2022-ci il noyabrın 9-da baş verib. Rəşad Dağlıya qarşı Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 228.4-cü maddələri (qanunsuz soyuq silah gəzdirmə) ittiham irəli sürülüb, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Leyla Əsgərova-Məmmədovanın hökmü ilə 9 il…

Read More
Kriminal 

Aşağı miqdarda narkotikə görə cəza yumşaldılır – hansı nəticəni gözləyək…

Mahmud Hacıyev: “Əks-effekt verməyəcək, amma neqativ hallar arta bilər, ona görə…” Narkotiklərin xeyli miqdarından aşağı olan miqdarı şəxsin inzibati məsuliyyətə cəlb edilməsinə əsas verəcək. Bu, Milli Məclisin ötən gün keçirilən iclasında müzakirəyə çıxarılan “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanuna təklif edilən dəyişiklikdə əksini tapıb. Layihəyə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının miqdarı təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyənləşdiriləcək. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin, o cümlədən tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) və psixotrop maddələrin, habelə onların prekursorlarının xeyli, külli…

Read More
Kriminal 

Bakıda həbsdə olan Araikin adamı da tutuldu: nə planlaşdırıbmış?

Bakıda həbsdə olan separatçıların keçmiş “rəhbəri” Araik Arutyunyanın adamı olan Vahan Badasyan Ermənistanda İstintaq Komitəsinə dəvət olunub. Araikin adamı zorakılığa çağırış maddəsi ilə ittiham olunub. “Joxovurd” qəzeti yazır ki, Badasyan sosial platformalarda Paşinyan hakimiyyətinin güc yolu ilə devrilməsi çağırışı edib. Badasyan 44 günlük müharibədə separatçıların “Hadrut batalyonu”nun komandiri olub. Araik Arutyunyanın ən yaxın adamlarından biri kimi tanınır. Məlumatlara görə, Ermənistan hakimiyyəti ölkədə çevriliş planlaşdırıldığını düşünür və Badasyanın da bu planda yer almasından şübhələnir. (Publika.az)

Read More
Kriminal 

Mahnı üstündə DSX əməkdaşını qətlə yetirməkdə təqsirləndirilənlərin məhkəmə baxışı təyin olunub

Restoranda Vətən müharibəsi iştirakçısı Cəsarət Vəliyevi öldürməkdə təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası davam etdirilib. APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə anket məlumatları dəqiqləşdirilib. Baxış iclası noyabrın 29-na təyin edilib. Qeyd edək ki, bu il matın 16-da qətlə yetirilən Cəsarət Vəliyev Dövlət Sərhəd Xidmətinin giziri, Vətən müharibəsinin iştirakçısı olub. Hadisə xidmətdən kənar vaxtda, metronun 20 Yanvar stansiyası yaxınlığındakı restoranda mahnı sifarişinə görə baş verib. Qətlə yetirilən baş gizir Cəsarət Vəliyev 44 günlük Vətən müharibəsində və 12-14 sentyabr Ermənistanın…

Read More
Kriminal 

“Tiktok”çunun güllələnməsinin ANBAAN VİDEOSU

Yevlaxda 32 yaşlı “tiktoker”in güllələndiyi anın görüntüləri yayılıb. Oxu.Az-ın məlumatına görə, görüntülərdə 1991-ci il təvəllüdlü Əhməd Nəsibovun 1989-cu il təvəllüdlü Saleh Əliyevdən qaçdığı və daha sonra güllələndiyi an əks olunub. Qeyd edək ki, fakta görə Yevlax Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 228.1-ci (qanunsuz olaraq odlu silah əldə etmə və gəzdirmə) maddələri ilə cinayət işi başlanıb. Saleh Əliyev iş üzrə şübhəli şəxs qismində tutulub. Həmin görüntüləri təqdim edirik: Bizim In

Read More