Kriminal 

Qubada 26 yaşlı gəncin qətli ilə bağlı cinayət işinin ibtidai istintaqı yekunlaşıb

Qubada 26 yaşlı gənci qətlə yetirməkdə təqsirləndirilən Murad Abbasovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb. “Report” xəbər verir ki, iş baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib və hakim Aynur Rzayevanın icraatına verilib. Məhkəmənin hazırlıq iclasının vaxtı hələ məlum deyil. Qeyd edək ki, hadisə bu ilin iyununda Quba rayonu ərazisində qeydə alınıb. Belə ki, 1996-cı il təvəllüdlü Murad Abbasovun aralarında yaranmış mübahisə zamanı Quba şəhəri ərazisində 1997-ci il təvəllüdlü Rəhman Rəhmanova kəsici-deşici alətlə xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. M.Abbasova qarşı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsi ilə…

Read More
Kriminal 

Maştağada ər həyat yoldaşını bıçaqlayıb

Maştağada qadın əri tərəfindən bıçaqlanıb.   APA xəbər verir ki, Sabunçu rayon, Maştağa qəsəbəsində yaşayan 1992-ci il təvəllüdlü Elşən Bağırov münaqişə zəminində həyat yoldaşı, 1994-cü il təvəllüdlü Əfsanə Bağırovanı bıçaqlayıb. Qadın xəstəxanaya yerləşdirilib, əri isə saxlanılıb.   Faktla bağlı cinayət işi başlanılıb.

Read More
Kriminal 

Xaçmazda ər-arvad arasında mübahisə ölümlə nəticələndi – YENİLƏNİB + TƏFƏRRÜAT

Xaçmazda qadının qətlə yetirilməsinin bəzi təfərrüatı məlum olub. Hadisə zamanı xəsarət alan və Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılan rayonun Yeni Həyat qəsəbə sakini, 1982-ci il təvəllüdlü Şamil Mirzəbəy oğlu Turabov “Report”a bildirib ki, eyni ünvanda yaşadığı həyat yoldaşı, 1980-ci il təvəllüdlü Turabova Aynurə Abdulla qızı ilə aralarında ailə münaqişəsi zəminində mübahisə düşüb. Mübahisə nəticəsində T.Mirzəyev həyat yoldaşı A.Turabovanın bel və boğaz nayihəsinə zərbələr endirib və küt alətlə vuraraq öldürüb, sonra isə özünün boğaz nahiyəsinə xəsarət yetirib. Faktla bağlı araşdırma aparılır. 19:40 Xaçmazda münaqişə zamanı qadın qətlə yetirilib. Bu barədə Daxili İşlər Nazirliyi (DİN)…

Read More
Kriminal 

İkinci ərini öldürən qadın birincini köməyə çağırdı – VİDEO

2021-ci il mayın 9-da Bakının Səbail rayonu, Fikrət Əmirov küçəsi, 1, mənzil 54 ünvanında bir nəfərin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Hadisə yerinə baxış zamanı ölən şəxsin 1952-ci il təvəllüdlü Rəşid Axundov olduğu müəyyən edilib. Onun meyiti yataq otağında, çarpayının üzərində aşkarlanıb. Boğaz nahiyəsində boğulmaya xarakterik sıyrıq, sağ qaşının üstündə isə qançır izləri olub. Mənzilə baxış keçirilib, maddi sübutlar götürülüb. Fakt üzrə Səbail Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanılıb. Zəruri istintaq-əməliyyat tədbirləri keçirilməsinə baxmayaraq, heç kim iş üzrə cinayət məsuliyyətinə cəlb olunmayıb.…

Read More
Kriminal 

Hərbi xidmətdəki oğlu ilə telefonla danışan keçmiş arvadını 14 dəfə bıçaqladı – TƏFƏRRÜAT

Ötən ilin dekabrın 7-si paytaxtın Xətai rayonunda İlqar Qəribov keçmiş arvadı Ramilə Qurbanovaya bıçaqla 14 dəfə zərbə endirib. Nəticədə Ramilə Qurbanova hadisə yerindəcə həyatını itirib. Təqsirləndirilən şəxsin cinayət əməli araşdırıldıqdan sonra Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Aparılan məhkəmə prosesindən sonra təqsirləndirilən şəxsə hökm oxunub. Hökmə əsasən, İlqar Qəribov 16 il azadlıqdan məhrum edilib. O, həmin müddəti ağır tipli cəzaçəkmə müəssisəsində olacaq. Lent.az cinayətin təfərrüatlarını və məhkəmədə verilən ifadələri əldə edib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə bir neçə şahid dindirilib. Şahid qismində məhkəmədə çıxış edən Samirə…

Read More
Kriminal 

Bərdədə Bakı sakinini bıçaqlayan şəxs saxlanılıb

ARANTV.AZ DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata istinadən xəbər verir ki, bu gün Bərdə rayonunda Bakı şəhər sakini, 1997-ci il təvəllüdlü Əmrah İlyasovun kəsilmiş-deşilmiş xəsarətlər alaraq xəstəxanaya yerləşdirilməsi barədə polisə məlumat daxil olub. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən rayon sakini, 2004-cü il təvəllüdlü Şahbaz Məmmədov saxlanılaraq istintaqa təhvl verilib. Faktla bağlı araşdıma aparılır.

Read More
Kriminal 

60 yaşlı Şirvan sakini qətlə yetirildi

Şirvan sakini qətlə yetirilib. Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb. Bildirilib ki, sentyabrın 4-də saat 19 radələrində Şirvan şəhər sakini Y. Bağırovun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub. APA-nın məlumatına görə, Şirvan sakini, 1963-cü il təvəllüdlü Yavər Kamil oğlu Bağırov mübahisə zəminində boğazından bıçaqlanıb. O, yaralı vəziyyətdə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılsa da, bir neçə dəqiqədən sonra orada ölüb. Qeyd edək ki, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən 1972-ci il təvəllüdlü Şirvan şəhər sakini Elşən İslamov saxlanılıb. Faktla bağlı araşdırmalar davam etdirilir.

Read More
Kriminal 

Cəlilabadda bıçaqlanma olub

Cəlilabadda bıçaqlanma olub. APA-nın Cənub bürosunun məlumatına görə, hadisə nəticəsində rayonun Privolnoye kənd sakini, 1998-ci il təvəllüdlü Natiq Abbasova çoxsaylı bıçaq xəsarəti yetirilib. O, sol bazunun, sol dirsəyin, döş qəfəsinin və bel nahiyəsinin kəsilmiş deşilmiş diaqnozu ilə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. İlkin tibbi yardımdan sonra, xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. Faktla bağlı Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Lənkəran regional qrupundan bildirilib ki, Cəlilabad şəhər sakini Əli Həsənov aralarında şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı Privolnoye kənd sakini Natiq Abbasova kəsilmiş-deşilmiş xəsarətlər yetirib. Faktı törətməkdə şübhəli bilinən Ə.Həsənov polis əməkdaşları…

Read More
Kriminal 

Bakıda 41 yaşlı kişi döş qəfəsindən bıçaqlanıb

Bakının Suraxanı rayonunda bıçaqlanma hadisəsi baş verib. “Report”un məlumatına görə, 1982-ci il təvəllüdlü Cavanşir İlyas oğlu Cəfərzadə tanıdığı şəxslə dava zamanı bıçaqlanıb. Yaralı təcili tibbi yardımın köməyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona döş qəfəsinin kəsilmiş-deşilmiş bıçaq yarası diaqnozu qoyulub. Yaralı əməliyyat olunub. Faktla bağlı araşdırma aparılır.

Read More