Kriminal 

Bakıda 2 qardaşın bıçaqlanması ilə bağlı YENİ FAKTLAR – CİNAYƏT İŞİ AÇILDI

Bakıda 2 qardaşın bıçaqlanması hadisəsi ilə bağlı cinayət işi açılıb. ARANTV.AZ xəbər verir ki, Əmircan qəsəbəsi A.Rzayev küçəsində 1988-ci il təvəllüdlü Məmmədov Alqayıt Haqverdi oğlunun 1993-cü il təvəllüdlü Əliyev Rauf Natiq oğlu və qardaşı Ramin Əliyevi bıçaqlaması faktı ilə bağlı Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə iş açılıb. A.Məmmədov tutularaq istintaqa təhvil verilib. İlkin araşdırma zamanı hadisənin söyüş üstündə törədilməsi məlum olub. Araşdırmalar davam etdirilir.Publika.az

Read More
Kriminal 

Bakıda daha bir ağır cinayət – Küçənin ortasında öldürdülər

Bakıda qətl törədilib. ARANTV.AZ  xəbər verir ki, noyabrın 23-də saat 14 radələrində Nərimanov rayonu N.Süleymanov küçəsi ev 1-in qarşısında Naxçıvan şəhər sakini Adəm Abdullayevin üzərində zorakılıq əlamətləri olan meyitinin tapılması barədə 18-ci Polis Şöbəsinə məlumat daxil olub. Dərhal polis və prokurorluq orqanlarının əməkdaşları hadisə yerinə gəlmiş, müvafiq tədbirlər həyata keçirilib. Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qəsdən adam öldürməkdə şübhəli bilinən Gəncə şəhər sakini, əvvəllər hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etmə və fərariliyə görə məhkum olunmuş T.Bayramov saxlanılıb. Araşdırma aparılır.Publika.az

Read More
Kriminal 

Abşeronda qardaş bacısının başını qəbiristanlıqda kəsdi

Abşeronda baş verən qətllə bağlı cinayət işi başlanılıb. ARANTV.AZ xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında Baş Prokurorluğun Mətbuat xidmətinin böyük prokuroru Kənan Zeynalov məlumat verib. O bildirib ki, noyabrın 24-də saat 17 radələrində 1966-cı il təvəllüdlü Babək Fərzalıyevin 1999-cu il təvəllüdlü bacısı Aytən Fərzalıyevanı öldürməsi faktı ilə bağlı daxil olan məlumat əsasında dərhal polis və prokurorluq əməkdaşlarının iştirakı ilə hadisə yerinə baxış keçirilib. Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmış, müvafiq ekspertizalar təyin edilib. İlkin istintaqla hadisənin Babək Fərzalıyev tərəfindən Abşeron rayonu,…

Read More
Kriminal 

Azərbaycanlı arvadını və qohumunu güllələdi — Antalyada dəhşətli cinayət – VİDEO

Antalyanın Kumluca rayonunda ailə münaqişəsi zəmnində azərbaycanlı qadın öldürülüb. ARANTV.AZ  oxu.az-a istinadən xəbər verir ki, Hızırkaya məhəlləsində yaşayan 75 yaşlı Hüseyin Yeni adlı şəxslə təzə evləndiyi azərbaycanlı xanımı Məhəbbət Cəfərova (51 yaş) və onun qohumu Firdevs Əliyeva (51) arasında bilinməyən səbəblərdən mübahisə başlayıb. Mübahisənin davaya çevrilməsindən sonra qadınlardan biri onun başına sərt bir əşya ilə vurub. Bundan hiddətlənən Hüseyn Yeni evdəki silahla həyat yoldaşını və onun qohumunu yaralayıb. Qonşuların xəbər verməsindən sonra əraziyə jandarm və tibb işçiləri gəliblər. Onlar gələnə qədər Fidevs Əliyeva hadisə yerində ölüb. Hüseyn Yeni və arvadı Məhəbbət…

Read More
Kriminal 

Xırdalanda DƏHŞƏT – Qısqanc qardaş bacısının başını kəsdi

Xırdalanda qardaş qısqanclıq zəmnində bacısı qətlə yetirib. Unikal.org-un əldə etdiyi məlumata görə, dünən qardaşı əri həbsdə olan bacısı Aytən Fərzəliyevanın başını kəsib. Mərhumun Ümid adlı şəxslə qeyri rəsmi-nigahdan bir yaşında övladı olub. A.Fərzəliyevanın bir müddət Azərbaycan Uşaqlar Birliyinin sığınacağında yaşadığı sonra oradan ayrıldığı bildirilir. Məsələ ilə bağlı Unikal.org-a açıqlama verən Azərbaycan Uşaqlar Birliyininin sədri Kəmalə Ağazadə faktı təsdiqləyib: “2014-cü ildə A.Fərzəliyevanın anası 1968-ci il təvəllüdlü Kifayət Vəli qızı Abbasova və onun bacısı 1997-ci il təvəllüdlü Yeganə Asəf qızı Fərzəliyeva yaşadıqları binanın 9-cu mərtəbəsindən özlərini ataraq intihar etmişdilər. Aytən polisə məlumata…

Read More
Kriminal 

Arvadını tanışı ilə tutdu, sonra çarpayıda… – tüklərinizi BİZ-BİZ EDƏCƏK HADİSƏ

Sumqayıt şəhərində qısqanclıq zəminində arvadını öldürməkdə təqsirli bilinən 1987-ci il təvəllüdlü Şamil Axundovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. ARANTV.AZ xəbər verir ki, Şamil Axundov təxminən 2018-ci ilin noyabrda arvadı Leylanın istifadəsində olan mobil nömrəsinə gecə zəng gəldiyini görüb. O, həmin telefon zənginə cavab vermək istəyib. Arvadına gecə yarısı zəng gəldi, işə gedərkən güddü Amma Leyla Axundova ərinin həmin zəngə cavab verməsinə imkan verməyib. Şamil zəng edən mobil nömrənin onun tanışı Namiq Mirzəyevin istifadəsində olan mobil nömrəyə oxşadıb. Ertəsi gün Leyla Axundova kassir işlədiyi Sumqayıt şəhərində yerləşən “Fəxri Market”ə yollanıb.…

Read More
Kriminal 

Bakıda qısqanc ər keçmiş arvadını öldürmək istədi

Bakıda keçmiş həyat yoldaşını öldürməyə cəhddə təqsirli bilinərək məhkum olunan Sənan Seyidov Ali Məhkəməyə müraciət edib. ARANTV.AZ  ölkə.az-a istinadən bildirir ki, onun şikayətinə hakim Hafiz Nəsibovun sədrliyi ilə keçiriləcək məhkəmə iclasında baxılacaq. Məhkəmə baxış iclası dekabr ayının 18-nə təyin olunub. Qeyd edək ki, Xəzər rayonu, Binə qəsəbəsində 1978-ci il təvəllüdlü Rəna İsayeva yaşadığı evdə keçmiş əri Sənan Seyidov ilə mübahisə edib. Əri qısqanclıq zəminində ona bıçaqla zərbə vurub. Yaralı xəstəxanaya yerləşdirilib. Vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub. Xəzər rayon Polis İdarəsinin əməkdaşları hadisəni törədən Sənan Seyidovu…

Read More
Kriminal 

Bakıda marketə basqın oldu – İki işçi bıçaqlandı

Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib. ARANTV.AZ apa-aya istinadla bildirir ki, rayonun Zabrat qəsəbəsində yerləşən “Araz” marketə oğru girib. Bu zaman naməlum şəxs market işçiləri ilə mübahisə zəmnində marketin əməkdaşları – 1986-cı il təvəllüdlü Şıxıyev Vüsal Akif oğlu və 1992-ci il təvəllüdlü İsgəndərov Məhəmməd Ələsgər oğlunu bıçaqlayaraq qaçıb. Hər iki yaralı xəstəxanaya yerləşdirilib. V.Şıxıyevə döş qəfəsinin, M.İsgəndərova isə sol qabırğaların kəsilmş yarası diaqnozu qoyulub. Vəziyyətləri orta-ağır qiymətləndirilir. Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları hadisəni törədən şəxslərin axtarışları istiqamətində cinayət-axtarış tədbirləri aparır.

Read More
Kriminal 

“Arvadını sevirdim…” deyən kişiyə 3 bıçaq zərbəsi vurdu

Quba rayonunda qəsdən adam öldürməyə cəhddə təqsirləndirilən 1983-cü il təvəllüdlü Sumqayıt şəhər sakini Bəhram Cəfərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. ARANTV.AZ  teleqraf.com-a istinadən xəbər verir ki, Bəhram Cəfərov əvvəllər dəfələrlə məhkumluq həyatı yaşayıb. 2008-ci ildə quldurluq və xuliqanlıq ittihamı ilə mühakimə olunub və 8 il 6 ay azadlıqdan məhrum edilib. 2015-ci ildə Xəzər rayon Məhkəməsinin qərarı ilə vaxtından əvvəl azadlığa buraxılıb. Həbsdən azad olunduqdan sonra Quba rayonu, 1-ci Nügədi kəndində məskunlaşıb. Elə sonuncu cinayəti də Quba rayonunda törədib. O, təxminən 2018-ci ilin sentyabrın əvvəllərində Quba şəhərindəki bazar ərazisində yerləşən…

Read More
Kriminal 

Binəqədidə qonşusunu öldürdü, doqquz il cəza aldı

Bakı Apellyasiya Məhkəməsində 66 yaşlı kişini bıçaqlayaraq öldürməkdə təqsirləndirilən İbrahim Mürsəlovun barəsində verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb. ARANTV.AZ  xəbər verir ki, hakim İlqar Murquzovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, onun apellyasiya şikayəti təmin edilməyib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İ.Mürsəlov doqquz il müddətinə azadlıqdan məhrum edilib. Hadisə bu il iyun ayında Bakı şəhəri Binəqədi rayonunda qeydə alınıb. Vidadi Rəcəbov qonşusu, 1955-ci il təvəllüdlü İ.Mürsəlov tərəfindən bıçaqlanaraq qətlə yetirilib. Daha sonra İ.Mürsəlov saxlanılıb.Oxu.Az

Read More