Kriminal 

Pəncərədən girib boşanmaq istəyən arvadını öldürdü – Dəhşətli qətlin təfərrüatı

Gəncədə qadının əri tərəfindən qətlə yetirilməsi ilə bağlı cinayət işi başlanılıb. ARANTV.AZ  APA-ya istinadən xəbər verir ki, dünən gecə saatlarında Salyan rayon sakini, 1986-cı il təvəllüdlü Zaur Orucov arvadı Nuranə Orucovanı qətlə yetirib. Qətlə qadının boşanmaq istəməsi səbəb olub. Kişi qadın yuxuda olarkən yataq otağının pəncərəsindən daxil olaraq, ona üstündə gətirdiyi bıçaqla səkkiz zərbə vurub. Qadın Gəncə Şəhər Beynəlxalq Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Read More
Kriminal 

Rusiya ələ keçirdiyi Ukrayna gəmilərini geri qaytarır

Rusiya Kerç boğazında ələ keçirdiyi Ukraynanın hərbi gəmilərini geri qaytaracaq. Mənbə xəbər verir ki, Rusiya tərəfi “prinsipial qərar” verərək, Ukraynaya məxsus “Berdyansk”, “Nikopol” və “Yana Kapu” gəmilərini sahibinə təhvil verəcək. Hazırda Ukrayna və Rusiyanın güc strukturları gəmilərin təhvil verilmə yerini və vaxtını razılaşdırır. Gəmilər limanda deyil, dənizdə qaytarılacaq.

Read More
Kriminal 

Azərbaycanda sahibkarı öldürənlər məhkəməyə müraciət etdi

Xaçmazda sahibkarı qətlə yetirməkdə təqsirləndirilən Vüsal Rüstəmov və Qalib Kərimov barələrində çıxarılan məhkəmə qərarından kassasiya şikayəti veriblər. ARANTV.AZ  xəbər verir ki, Ali Məhkəməyə müraciət edən həmin şəxslər cəzalarının yüngülləşdirilməsini istəyir. İş artıq icraata götürülüb. Şikayət hakim Gülzar Rzayevanın sədrliyi ilə araşdırılacaq. Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə V.Rüstəmovla F.Axverdiyev 20 il, Q.Kərimov isə 18 il müddətinə azadlıqdan məhrum edilib. İttiham aktına əsasən, təqsirləndirilən şəxslər cinayətkar dəstə yaradaraq, Xaçmazda quldurluq, oğurluq cinayətləri ilə məşğul olublar. Onlar rayon sakini Nəzakət Hacıyevanın evinə girib, onu zəhərləyərək öldürüb, evindən 10 min manat…

Read More
Kriminal 

Bakıda dəhşət: ata və oğul bıçaqlandı

Nərimanov rayonunda bıçaqlanma hadisəsi baş verib. ARANTV.AZ  oxu.az-a istinadən xəbər verir ki, rayon ərazisində 51 yaşlı Qaybalıyev Salman Allahverdi oğlu və onun oğlu, 26 yaşlı Qaybalıyev David Salman oğlu naməlum şəxs və ya şəxslərlə mübahisə zəmnində bıçaqlanıblar. Hər iki yaralı xəstəxanaya yerləşdirilib. S.Qaybalıyevə sol budun kəsilmiş-deşilmiş yarası, D.Qaybalıyevə isə qarının kəsilmiş yarası diaqnozu qoyulub. Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.

Read More
Kriminal 

Balakəndə pul üstündə mübahisə ölümlə qurtardı

Balakən rayonunda qətl hadisəsi baş verib. ARANTV.AZ  oxu.az-a istinadən xəbər verir ki, hadisə rayonun Hənifə kəndində qeydə alınıb. Kənd sakinləri, 25 yaşlı Elvin Balayev və Zaur Layıcov arasında mübahisə düşüb. Daha sonra mübahisə davaya çevrilib və Zaur Layıcov üzərində olan bıçaqla Elvin Balayevə ağır xəsarət yetirib. Elvin Balayev Balakən Rayon Mərkəzi Xəstəxanasına aparılarkən yolda ölüb. Hadisəni törətməkdə şübhəli sayılan Z.Layıcov polis tərəfindən saxlanılıb. Məlumata görə, hadisə pul üstündə baş verib. Faktla bağlı Balakən rayon Prokurorluğunda cinayət işi başlanılıb.

Read More
Kriminal 

Avtobusda qadının gözləri qarşısında ərini öldürdülər – Azərbaycanda dəhşətli qətl

Cəlilabad rayonunda qətl törətməkdə təqsirli bilinərək məhkum olunan Həmzəyev Əvəz Əhməd oğlu Ali Məhkəməyə müraciət edib. ARANTV.AZ  xəbər verir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.4-cü, yəni xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə maddəsi ilə təqsirli bilinərək Lənkəran Ağır Cinayətlər Məhkəməsi tərəfindən 17 il 6 ay müddətinə azadlıqdan məhrum edilən 1999-cu il təvəllüdlü Həmzəyev Əvəz Əhməd oğlu Ali Məhkəmədən işin yenidən araşdırılmasını və barəsindəki qərarın dəyişdirilməsini xahiş edib. Hakim İmran Hacıqayıbovun sədrliyi ilə keçiriləcək məhkəmə baxış iclası dekabr ayının 3-nə təyin olunub. Xatırladaq ki, hadisə 2017-ci ilin dekabrın…

Read More
Kriminal 

Həbsdən çıxan kişi bacısının telefonunda mesajlar tutdu – Dəhşətli qətl

Bakıda bacısının sevgilsinin qətlə yetirməkdə ittiham olunan 42 yaşlı Mehrac Qəhrəmanovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb. ARANTV.AZ  teleqraf.com-a istinadən xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Səbuhi Hüseynovun icraatına verilib. Yaxın günlərdə bu cinayət işi üzrə məhkəmə prosesi başlanacaq. İttihama görə, Nəsimi rayonunda 30 yaşlı Orxan Əliyevg binaların birinin zirzəmisində döyülüərək öldürülüb. Hadisədən bir neçə gün sonra onun meyiti hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən aşkar olunub. Orxan Əliyevi qətlə yetirən Bərdə rayon sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Mehrac Qəhrəmanov saxlanılıb. Hadisəni törədən 42…

Read More
Kriminal 

Qusarda toyda dava: 1 nəfər bıçaqlandı

Qusar rayonunda toyda dava olub. ARANTV.AZ  Trend-ə istinadən xəbər verir ki, hadisə rayonun Gican kəndində toy mərasimində baş verib. Kənddə keçirilən toy mərasimində kənd sakini Əlimətov Gülməmməd Gülməd oğlu sərxoş vəziyyətdə həmkəndlisi,1971-ci il təvəllüdlü Xanbubayev Adil Sabir oğlu ilə mübahisə edib. Mübahisə dava ilə nəticələnib. G.Əlimətov A.Xanbubayevi yerə yıxaraq onu boğmaq istəyərkən A.Xanbabayev üzərində gəzdirdiyi bıçaqla ikinciyə 3 bıçaq zərbəsi endirib. Yaralı xəstəxanaya yerləşdirilib. Faktla bağlı cinayət işi başlanıb və hadisəni törədən şəxs saxlanılıb.

Read More
Kriminal 

Bakıda kişi keçmiş arvadını sevgilisi ilə tutdu və … — DƏHŞƏTLİ CİNAYƏT

3 il əvvəl Bakıda qətl hadisəsi törətməkdə təqsirli bilinərək məhkum olunan Rəşad İbrahimzadənin işinə Ali Məhkəmədə baxılacaq. ARANTV.AZ  xəbər verir ki, işə Ali Məhkəmədə hakim Fərhad Kərimovun sədrliyi ilə baxılacaq. Məhkəmə baxış iclası noyabr ayının 19-na təyin olunub. Qeyd edək ki, hadisə Nərimanov rayonu ərazisində, “Şərq bazarı”nın yanındakı “Atlas” klinikasının qarşısında baş verib. Gəncə şəhər sakini olan 30 yaşlı R.İbrahimzadə qısqanclıq zəminində keçmiş arvadı Zəhra İbrahimovaya və onunla birgə olan Bakı şəhər sakini Emil Əliyevə bıçaqla xəsarətlər yetirib. Nəticədə Z.İbrahimova hadisə yerində ölüb, E.Əliyev isə xəstəxanaya yerləşdirilib. Hüquq-mühafizə orqanları əməkdaşlarının…

Read More
Kriminal 

Əmisi arvadı ilə 10 il sevgili oldu… – Azərbaycanda AMANSIZ QƏTL

Pirallahında əmisinin həyat yoldaşını yumruqla vuraraq öldürməkdə təqsirləndirilən Rəsul Hüseynovun barəsində olan hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə keçirilib. ARANTV.AZ  unikal.org-a istinadən xəbər verir ki, Ali Məhkəmənin hakimi Hafiz Nəsibovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara görə, R.Hüseynovun kassasiya şikayəti təmin edilməyib. İttiham aktına əsasən, qətl hadisəsi 2018-ci il iyulun 17-də səhər saatlarında Pirallahı qəsəbəsində baş verib. Əmisi arvadı Mariya Qəhrəmanova ilə mübahisə edən R.Hüseynov onu qətlə yetirib. İstintaq materiallarına görə, R.Hüseynovun onunla eyni evdə yaşayan əmisi arvadı ilə yaxın münasibətləri olub və bu yaxınlıq on il gizli…

Read More