Kriminal 

İstirahət mərkəzində 20 yaşlı qız bıçaqlandı: Saxlanılan var – YENİLƏNİB

Qəsdən adam öldürməyə cəhd etməkdə şübhəli bilinən şəxs tutulub Avqust ayının 24-də 2003-cü il təvəllüdlü Zalikə Bəşirovaya kəsici-deşici alətlə xəsarət yetirilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Araşdırmalarla 1996-cı il təvəllüdlü Sakit Muxtarovun Xaçmaz rayonu, Qusarçay kəndi ərazisində yerləşən istirahət mərkəzlərindən birində aralarında yaranmış mübahisə zamanı Zalikə Bəşirovaya bıçaqla xəsarətlər yetirərək onu qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib. Fakta görə Xaçmaz rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsilə cinayət işi başlanıb. Sakit Muxtarov prokurorluğun qərarı əsasında şübhəli şəxs qismində saxlanılıb. İbtidai istintaq davam etdirilir.…

Read More
Kriminal 

Masazırdakı dəhşətli qətlin TƏFƏRRÜATI: 20-yə yaxın bıçaq zərbəsi endirib – YENİLƏNİB

Masazırda törədilən qətlin bəzi detalları məlum olub. Lent.az-ın əldə etdiyi məlumata görə, Elnur Musayev həyat yoldaşı ilə boşanma ərəfəsində olub. O, bu gün evə əşyalarını götürmək üçün gedibmiş. Bu zaman ərlə arvad arasında yenidən münaqişə yaranıb. Münaqişə sonda qanla bitib və Elnur Musayev boşanma ərəfəsində olduğu həyat yoldaşına 20-yə yaxın bıçaq zərbəsi endirib. 14:36 Avqustun 24-də 13:30 radələrində Abşeron rayonu Masazır qəsəbəsində 1998-ci il təvəllüdlü Səkinəxanım Vaqif qızı İsaqovanın kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, cinayət əməlini…

Read More
Kriminal 

Polislərə daş atarkən ehtiyatsızlıqdan həmkəndlisini öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır

Sabirabadda polislərə daş atarkən ehtiyatsızlıqdan həmkəndlisini öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır. Bu barədə rayon prokurorluğundan məlumat verilib. Bildirilib ki, aprelin 26-da Sabirabad rayonunun Beşdəli kənd sakini Qələm Balakişiyevanın öldürülməsi faktı üzrə rayon prokurorluğunda başlanmış cinayət işinin ibtidai istintaqı tamamlanıb. İstintaqla həmin kənd sakini Ehtiram Tarverdiyevin qeyd edilən tarixdə orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətində olarkən xidməti vəzifələrinin icrası ilə əlaqədar onun yaşadığı ünvana gəlmiş polis əməkdaşlarına atdığı daş parçasının həmkəndlisi Qələm Balakişiyevanın baş nahiyəsinə dəyməsi nəticəsində sonuncunu ehtiyatsızlıqdan öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Ehtiram Tarverdiyevə Cinayət Məcəlləsinin 124.1 (ehtiyatsızlıqdan adam öldürmə), 221.3…

Read More
Kriminal 

Qaynını uşağının gözü qarşısında bıçaqlayan qadına AĞIR CƏZA

Lənkəran Ağır Cinayətlər Məhkəməsində Masallıda qaynını öldürməyə cəhddə təqsirləndirilən Mələk Ağayevanın (şərti) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb. Pravda.az xəbər verir ki, hakim Aqil Musayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə o, 11 il 3 ay müddətinə azadlıqdan məhrum olunub. İttihama görə, hadisə 18 may 2021-ci il tarixdə, saat 06 radələrində Masallı rayonu, Çaxırlı kəndində qeydə alınıb. 1991-ci il təvəllüdlü Mələk Ağayeva ərinin qardaşı Qalib Ağayevlə (şərti) mübahisə edib. Qalib qadına bildirib ki, ərinə xəyanət etməsindən şübhələnir və buna görə onu ifşa edəcək. Mələk qaynı ilə…

Read More
Kriminal 

Qayınatasını bıçaqlayan şəxsə cəza verildi

Lənkəran Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilən Vahid Əsədovun (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb. Pravda.az xəbər verir ki, hakim Cavid Səfərlinin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə V.Əsədova altı il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilib. İttihama görə, hadisə 30 may 2021-ci il tarixdə, saat 19 radələrində Sabirabad rayonu, Axısxa kəndində qeydə alınıb. Belə ki, rayon sakini, 1988-ci il təvəllüdlü V.Əsədov sərxoş vəziyyətdə bir müddət əvvəl ondan küsüb atası evinə gedən həyat yoldaşıgilə gəlib. O, qayınatası, zərərçəkmiş Qalib Məmmədova (şərti) arvadını…

Read More
Kriminal 

16 yaşlı oğlunun öldürdüyü Günayın yeni görüntüləri – VİDEO

Xəbər verdiyimiz kimi, avqustun 20-də Sumqayıt şəhəri Corat qəsəbəsində 1986-cı il təvəllüdlü Günay Zülfüqarova 16 yaşlı oğlu Əlfiqar Zülfüqarov tərəfindən qətlə yetirilib. Faktla bağlı Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 29,120.2.7-ci (iki şəxsi qəsdən öldürməyə cəhd etmə) maddələrilə cinayət işi başlanıb. Öldürülən Günay Zülfüqarovanın yeni görüntülərini təqdim edirik.

Read More
Kriminal 

Bakıda 22 yaşlı gənc bıçaqlanıb

Bakıda gənc oğlan döş qəfəsindən bıçaqlanaraq ağır xəsarət alıb. “Report”un məlumatına görə, mübahisə zəminində 2001-ci il təvəllüdlü Sabir Cavad oğlu Məmmədyarov bıçaqlanıb. Yaralı təcili tibbi yardımın köməyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona döş qəfəsinin kəsilmiş-deşilmiş bıçaq yarası diaqnozu qoyulub. Yaralı əməliyyat olunub və reanimasiya şöbəsinə yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

Read More
Kriminal 

Arvadını öldürüb qayınanasını yaraladı, sonra isə…

Ər arvadını və qayınanasını bıçaqlayıb intihar etdi. “Ölkə.Az” xəbər verir ki, hadisə Türkiyədə baş verib. 50 yaşlı Əli Yavuz ilə boşanma prosesində olan həyat yoldaşı Məlek Yavuz və qayınanası 68 yaşlı Ayşe Karakaş arasında mübahisə düşüb. Mübahisənin böyüməsi ilə Əli Yavuz həyat yoldaşına və qayınanasina çoxsaylı bıçaq xəsarətləri yetirib. Hər iki qadın qonşularının köməkliyi ilə hadisə yerinə çağırılan təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırılıb. Lakin həkimlərin səylərinə baxmayaraq Melek Yavuzun həyatını xilas etmək mümkün olmayıb. Anasının isə vəziyyətinin ağır olduğu bildirilib. Cinayəti törətdikdən sonra hadisə yerindən qaçan Əli Yavuzun…

Read More
Kriminal 

Bakıda kişi telefon naqili ilə arvadını boğdu: “Demişdim anası ilə danışmasın” – FOTO

2021-ci il oktyabrın 21-də Bakının Qaradağ rayonu Sahil qəsəbəsi Məhərrəm Seyidov küçəsində qətl hadisəsi olur. 1985-ci il təvəllüdlü Vilayət Məmmədov yaşadığı evdə arvadı 1990-cı il təvəllüdlü Aliyə Məmmədovanı boğaraq öldürür. Daha sonra o, 38-ci Polis Bölməsinə könüllü gələrək, təslim olub. Dərhal polis və prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib. Qadının meyiti yataq otağının girişində yerdə uzanıqlı halda tapılıb. Faktla bağlı Qaradağ rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. Lent.az qətl hadisəsinin istintaq materiallarını əldə edib. İstintaqla müəyyən edilib ki, oktyabrın 21-də yaşadığı evdə…

Read More
Kriminal 

Qazaxda kafe sahibi hesab üstündə bıçaqlanıb

Qazaxda kafe sahibi hesaba görə bıçaqlanıb. ARANTV.AZ xəbər verir ki, Böyük Cəfərli kənd sakini, 1982-ci il təvəllüdlü Sənan Omarov mübahisə zəminində sinə nahiyəsindən bıçaqlanıb. Yaralı xəstəxanaya yerləşdirilib. Polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində S.Omarova kəsici alətlə xəsarət yetirməkdə şübhəli bilinən 1984-cü il təvəllüdlü Əfqan Vəliyev saxlanılıb və istintaqa təhvil verilib. Hadisəni törətməkdə şübhəli bilinən şəxs müştəri qismində kafeyə gedib. Yeyib-içdikdən sonra hesabı istəyib. Hesabla razılaşmayıb və kafe sahibi ilə mübahisə edib. Bu zaman müştəri kafe sahibinə bıçaqla xəsarət yetirib. Faktla bağlı araşdırma aparılır.

Read More