Kriminal 

Ofisiant qadın barmeni bıçaqladı

Bakı Ağır Cinayətlər Məhkəməsində iş yoldaşını bıçaqlamaqda təqsirləndirilən Nərmin Məmmədovanın (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb. Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə N.Məmmədovaya şərti cəza verilib. İttihama görə, hadisə 19 iyul 2022-ci il tarixdə, saat 05:30 radələrində paytaxtın Nizami rayonu ərazisində yerləşən evlərin birində qeydə alınıb. Belə ki, 2004-cü il təvəllüdlü N.Məmmədova onunla birlikdə kirayədə yaşadığı, “Tbilisi Pub” restoranında birgə işlədiyi Rahib Quliyevlə (şərti) mübahisə edib. Bu zaman zərərçəkmiş şəxs gənc qadını döyərək onun sağlamlığına yüngül dərəcəli bədən…

Read More
Kriminal 

Şirvanda kişi qardaşını bıçaqlayıb

Şirvan şəhərində bıçaqlanma hadisəsi baş verib. “Report”un Aran bürosunun məlumatına görə, hadisə şəhərin mərkəzində qeydə alınıb. Belə ki, Şirvan şəhər sakini, 1982-ci il təvəllüdlü Səfər Fərhad oğlu Səfərov qardaşı tərəfindən bıçaqlanıb. Yaralı Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb və dərhal əməliyyat olunub. Faktla bağlı araşdırma aparılır.

Read More
Kriminal 

Arvadına 29 bıçaq vuraraq öldürən şəxs hökmdən narazıdır

Bərdədə arvadını xüsusi amansızlıqla öldürməkdə təqsirləndirilən Tural Mustafayevin barəsindəki hökmdən apellyasiya şikayəti verilib. Pravda.az xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində keçiriləcək proses avqustun 7-nə təyin edilib. Şikayət hakim Salman Hüseynovun sədrliyi ilə araşdırılacaq. Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 17 il müddətinə azadlıqdan məhrum edilib. Qeyd edək ki, 2021-ci il sentyabrın 6-ı saat 15 radələrində Bərdə rayonu Muğanlı kənd sakini 1997-ci il təvəllüdlü Təranə Mustafayevanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış…

Read More
Kriminal 

Paytaxtda 34 yaşlı qadın qətlə yetirildi

Bakının Nərimanov rayonunda 34 yaşlı qadın qətlə yetirilib. Bu barədə Oxu.Az-a Nərimanov Rayon Prokurorluğundan məlumat verilib. Bildirilib ki, avqustun 5-i saat 19 radələrində Nərimanov rayonu ərazisində yerləşən fərdi yaşayış evlərindən birində 1989-cu il təvəllüdlü Tacirə Salmanovanın kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi faktı müəyyən olunub. Faktla bağlı Nərimanov Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, istintaq aparılır. Qeyd olunub ki, cinayəti törətməkdə şübhəli bilinən şəxs və ya şəxslərin müəyyən edilməsi istiqamətində istintaq-əməliyyat tədbirləri həyata keçirilir. Nəticə barədə əlavə məlumat veriləcək.

Read More
Kriminal 

Azərbaycanda cəzaçəkmə müəssisəsində əsgər özünü güllələyib

Salyan rayonunun Xalac kəndində yerləşən beş saylı cəzaçəkmə müəssisəsində əsgər özünü güllələyib. APA-nın məlumatına görə, beş saylı cəzaçəkmə müəssisəsində əsgər, 2004-cü il təvəllüdlü  Ülvü İlyas oğlu Şamxalov xidməti silahdan açılan atəşdən güllə yarası alıb. Yaralı əsgər Salyan Rayon Xəstəxanasına çatdırılıb və əməliyyata götürülüb. Hadisənin özünəqəsd və ya ehtiyatsızlıqdan baş verməsi müəyyənləşdirilir. Faktla bağlı hərbi prokurorluq tərəfindən araşdırma aparılır.

Read More
Kriminal 

Balakəndə 17 yaşlı oğlan əmisini qətlə yetirdi – YENİLƏNİB

Avqustun 4-də saat 15 radələrində Balakən rayonunun Xalatala kənd sakini, 1976-cı il təvəllüdlü Zalxayev Şahin Əhməd oğlunun yaşadığı evdə kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə rayon polis şöbəsinə məlumat daxil olub. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, polis və prokurorluq əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən Ş.Zalxayevin qardaşı oğlu, 2006-cı il təvəllüdlü Zalxayev Əhməd Məhəmməd oğlu saxlanılıb. Faktla bağlı araşdırma aparılır. 20:40 Balakəndə 47 yaşlı kişi qətlə yetirilib. Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib. Belə ki, avqustun 4-də saat 17 radələrində Balakən rayonunun…

Read More
Kriminal 

İmişlidə qızıl-zinət əşyalarını oğurlayanlar saxlanılıblar – FOTO

İyulun 28-də İmişli Rayon Polis Şöbəsinə rayon ərazisində yerləşən fərdi yaşayış evlərinin birindən qızıl-zinət əşyaları və pul oğurlanması barədə məlumat daxil olub. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən xəbərə görə, daxil olan məlumatla əlaqədar polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən oğurluq faktını törətməkdə şübhəli bilinən rayon sakini Elxan Məmmədli və bir yeniyetmə müəyyən edilərək saxlanılıblar. Aparılan araşdırmalar zamanı məlum olub ki, E.Məmmədli tanışı olan yeniyetmə ilə qabaqcadan əlbir olaraq zərərçəkmişin yaşadığı ünvana qanunsuz daxil olaraq oradan dəyəri 8855 manat olan qızıl-zinət əşyaları və 190 manat…

Read More
Kriminal 

Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsindən Tərtər RİH-də əməliyyat: Saxlanılanın kimliyi bilindi – YENİLƏNİB

Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin Tərtər Rayon İcra Hakimiyyətində keçirdiyi əməliyyat zamanı saxlanılan şəxsin kimliyi bilinib. “Report” xəbər verir ki, korrupsiya faktları ilə bağlı Tərtər RİH-in Memarlıq və Tikinti Şöbəsinin müdiri, baş memar Tofiq Kərimov saxlanılıb. 08:07 Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi Tərtər rayon İcra Hakimiyyətində əməliyyat keçirib. APA xəbər verir ki, idarə əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində korrupsiya faktları ilə bağlı icra hakimiyyətinin vəzifəli şəxsi saxlanılıb. Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya bildirib ki, əlavə məlumat veriləcək.

Read More
Kriminal 

Qayınanasını iş yerində öldürdü – Qətlin təfərrüatı

Bakıda qayınanasını qətlə yetirməkdə təqsirli bilinən Elçin Hüseynovun cinayət işi üzrə təfərrüatlar məlum olub. Hadisə Buzovna qəsəbəsi Heydər Eyvazov küçəsində yerləşən Vərəm Dispanserində baş verib. Dispanserinə gələn 24 yaşlı Elçin Hüseynov burada işləyən qayınanası, 45 yaşlı Fərqanə Mürsəlovanı amansızlıqla öldürüb. O, xəstəxananın dəhlizində qayınanasına 10-a yaxın bıçaq zərbəsi endirərək onu qətlə yetirib. Daha sonra isə könüllü polisə gələrək təslim olub. Saxlanılan Elçin Hüseynov ifadəsində bildirib ki, 2012-ci ilin sentyabr ayında Tamilla Hüseynova ilə rəsmi nigaha daxil olub. 2016-cı ilin sonuna kimi Buzovna qəsəbəsinə kirayədə yaşayıblar. Ayrıldıqdan sonra Maştağa qəsəbəsindəki qohumlarının…

Read More
Kriminal 

Balakəndə yeniyetmə 37 yaşlı kişini bıçaqlayıb

Balakəndə 37 yaşlı kişi yeniyetmə tərəfindən bıçaqlanıb. APA-nın Şimal-qərb bürosunun məlumatına görə, rayonun Qullar kənd sakini, 1986-cı il təvəllüdlü Ramil Şabanov çoxsaylı kəsilmiş və sıyrılmış xəsarətlə xəstəxanaya daxil olub. Ona xəstəxanada tibbi yardım göstərilib. Əldə olunan məlumata görə, hadisə gecə saatlarında rayonun Puştətala kəndində baş verib. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan APA-ya verilən məlumata görə, R.Şabanova kəsici alətlə xəsarət yetirməkdə şübhəli bilinən yetkinlik yaşına çatmayan şəxs saxlanılıb. Faktla bağlı araşdırma aparılır.

Read More