Kriminal 

Sevdiyi qızı qaçırmağa mane olanı bıçaqladı

Tovuz rayonunda bıçaqlanma hadisəsi baş verib. ARANTV.AZ  xəbər verir ki, 1996-cı il təvəllüdlü Hüseyin Nağıyev sevdiyi Zülfiyyə Məmmədovanı qaçırmaq istəyib. Hadisəni görən qızın tanışı Arzu Nəcəfov H.Nağıyeva mane olmaq istəyib. Mübahisə zamanı H.Nağıyev A.Nəcəfova dörd bıçaq zərbəsi vuraraq, Z.Məmmədovanı qaçırıb. Yaralı dərhal Tovuz Rayon Mərəzi xəstəxanasına çatdırılıb.Vəziyyəti orta-ağırdır. Faktla bağlı araşdırma aparılır.oxu.az

Read More
Kriminal 

Bakıda arvadını evində xəyanət edərkən tutan ər bıçaqlandı

Bakıda 21 yaşlı oğlan bıçaqlanıb. ARANTV.AZ  apa-ya istinadən xəbər verir ki, hadisə paytaxtın Sabunçu rayonu, Ramana qəsəbəsində qeydə alınıb. Şəhər sakini, 1998-ci il təvəllüdlü Cəfər Əhmədov bıçaqlanıb. Müəyyən edilib ki, onu bıçaqlayan həmyerlisi, 1992-ci il təvəllüdlü Seyran Əliyev C. Əhmədovun həyat yoldaşı ilə qeyri rəsmi münasibətdə olub. Belə ki, S. Əliyev qadınla onların evində görüşən zaman C. Əhmədov evə daxil olub. Bu zaman tərəflər arasında dava olub. S. Əliyev masanın üzərindəki bıçağı götürərək C. Əhmədovu bıçaqlayıb. Yaralı xəstəxanaya çatdırılıb, onun həyatını xilas etmək mümkün olub. Hadisəni törədən S. Əliyev polis tərəfindən…

Read More
Kriminal 

Tovuzda güllələnərək öldürülən Firudin Ələkbərli kimdir?

Tovuzda güllələnən vəkil Firudin Ələkbərli haqqında yeni məlumatlar əldə etmişik. ARANTV.AZ baku.ws-yə istinadən xəbər verir ki, Firudin Ələkbərli Tovuz Rayon Xalq Məhkəməsinin (indiki Tovuz Rayon Məhkəməsi) sədri vəzifəsində çalışıb və fəaliyyətində qanunu kobudcasına pozduğuna görə 1995-ci ilin mayında Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Azərbaycan Respublikası Ali Məhkəməsinin təqdimatını nəzərə alaraq, “Azərbaycan Respublikasının məhkəmə quruluşu haqqında” Azərbaycan Respublikası Qanununun 87-ci maddəsinin 1-ci bəndinə uyğun olaraq onu vəzifədən azad etmiş və xalq hakimi səlahiyyətindən vaxtından əvvəl məhrum etmişdir. Özünü vəkil kimi təqdim edən Firudin Ələkbərli Vəkillər Kollegiyasının üzvü…

Read More
Kriminal 

Tovuzda tanınmış hüquqşünasın qətlinə görə iki maddə ilə cinayət işi başlandı

Tovuzda vəkil Firudin Ələkbərlinin qətlə yetirilməsi ilə bağlı cinayət işi başlanıb. ARANTV.AZ  xəbər verir ki, bu barədə Trend-ə Tovuz Rayon Prokurorluğundan məlumat verilib. Məlumatda bildirilir ki, sentyabrın 13-də səhər saatlarında 1959-cu il təvəllüdlü Əli Şamıyev Tovuz rayonunda nümayəndəlik fəaliyyəti ilə məşğul olan 1963-cü il təvəllüdlü Firudin Ələkbərlini Tovuz şəhərində şəxsi münaqişə zəminində odlu silahdan atəş açmaqla qəsdən öldürüb. Faktla bağlı dərhal hadisə yerinə polis və prokurorluq orqanları əməkdaşlarının iştirakı ilə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin olunub, hazırda zəruri istintaq tədbirləri davam etdirilir. Faktla bağlı Tovuz Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən…

Read More
Kriminal 

SON DƏQİQƏ: İş otağında güllələnən vəkil xəstəxanada öldü – – YENİLƏNİB – TƏFƏRRÜAT – FOTO

10:10 Tovuz rayonunda güllələnən keçmiş vəkil dünyasını dəyişib. ARANTV.AZ  xəbər verir ki, bu barədə Trend-ə Tovuz Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib. Məlumatda bildirilir ki, bu gün səhər saatlarında güllələnən Firudin Ələkbərli xəstəxanada dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır. ——— 09:58 Tovuz rayonunda tanımış vəkilin güllələnməsinin bəzi detalları məlum olub.  ARANTV.AZ  sfera.az-a istinadən xəbər verir ki, vəkil Firudin Ələkbərlini rayonda “Göl Əli” kimi tanınan şəxsin vurduğu bildirilir. İlkin məlumatlara görə, vəkil otağına keçib və təxminən 15 dəqiqə sonra adıçəkilən şəxs içəri girərək vəkili güllələyib və ərazidən uzaqlaşıb. F.Ələkbərli xəstəxanaya çatdırılıb. Hadisə yerinə Tovuz…

Read More
Kriminal 

23 yaşlı gənc həmyerlisini bıçaqladı

Gədəbəy rayonunda həmyerlisini bıçaqlamaqda təqsirli bilinən Nurlan İmamquliyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb. ARANTV.AZ xəbər verir ki, cinayət işinin materialları baxılması üçün Gədəbəy Rayon Məhkəməsinə göndərilib. Cinayət işi hakim Marif Kazımovun icraatına verilib. Məhkəmə hazırlıq iclası sentyabr ayının 26-na təyin olunub. Qeyd edək ki, rayonun Qurudərə kənd sakini, 1983-cü il təvəllüdlü Vüsal Məsimov münaqişə zəminində Gədəbəy şəhər sakini, 1996-cı il təvəllüdlü Nurlan İmamquliyev tərəfindən bıçaqlanıb. Yaralı xəstəxanaya yerləşdirilib. Həkimlərin səyi nəticəsində onun həyatını xilas etmək mümkün olub. Nurlan İmamquliyev polis əməkdaşları tərəfindən saxlanılıb.”Ölkə.Az”

Read More
Kriminal 

Antalyada azərbaycanlını bıçaqladılar

Türkiyədə azərbaycanlı bıçaqlanıb. ARANTV.AZ  xəbər verir ki, Antalyada azərbaycanlı Hacı Elbrus Hacılı ilə hələlik kimliyi bilinməyən şəxs arasında bıçaqlı dava baş verib. Hadisə zamanı Hacılı ayağından yaralanıb. Xəstəxanaya çatdırılan yaralının həyati təhlükəsinin olmadığı müəyyənləşib. Hazırda polis şübhəlini axtarır.oxu.az

Read More
Kriminal 

36 yaşlı kişi döyülüb bıçaqlandı

Bakıda bıçaqlanma baş verib. ARANTV.AZ  xəbər verir ki, APA -nın məlumatına görə, hadisə paytaxtın Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsində qeydə alınıb. Şəhər sakini Vüsal Hüseynov münaqişə zəminində 36 yaşlı Əvəz Abbasovu döyüb, daha sonra isə bıçaqlayıb. Yaralı xəstəxanaya çatdırılıb. Vüsal Hüseynov hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb, onun barəsində Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanılıb.

Read More
Kriminal 

Bakıda kişi 70 yaşlı arvadına görə ev sahibini baltaladı — TƏFƏRRÜAT

Bakı Ağır Cinayətlər Məhkəməsində xüsusi amansızlıqla qətl törətməkdə təqsirləndirilən Ruslan İlyasovun cinayət işi üzrə məhkəmə başa çatıb. ARANTV.AZ xəbər verir ki, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Ruslan İlyasov 18 il müddətinə azadlıqdan məhrum edilib. Qeyd edək ki, hadisə bu ilin aprel ayında Mərdəkan qəsəbəsində yerləşən bağ evində baş verib. Məlumata görə, 46 yaşlı R.İlyasov bağban işlədiyi bağ evinin sahibi Musayev Sergey Anatolyeviçi qətlə yetirib. Cinayət aləti qismində oraq və baltadan istifadə olunduğu müəyyən edilib. Hadisə yerini tərk edən R.İlyasov daha sonra…

Read More