23 yaşlı gənc həmyerlisini bıçaqladı
Gədəbəy rayonunda həmyerlisini bıçaqlamaqda təqsirli bilinən Nurlan İmamquliyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
ARANTV.AZ xəbər verir ki, cinayət işinin materialları baxılması üçün Gədəbəy Rayon Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Marif Kazımovun icraatına verilib.
Məhkəmə hazırlıq iclası sentyabr ayının 26-na təyin olunub.
Qeyd edək ki, rayonun Qurudərə kənd sakini, 1983-cü il təvəllüdlü Vüsal Məsimov münaqişə zəminində Gədəbəy şəhər sakini, 1996-cı il təvəllüdlü Nurlan İmamquliyev tərəfindən bıçaqlanıb. Yaralı xəstəxanaya yerləşdirilib.
Həkimlərin səyi nəticəsində onun həyatını xilas etmək mümkün olub.
Nurlan İmamquliyev polis əməkdaşları tərəfindən saxlanılıb.”Ölkə.Az”

