Kriminal 

Bakıda bağban 70 yaşlı arvadına “gözü düşən” ev sahibini baltaladı – MƏHKƏMƏ

Bakı Ağır Cinayətlər Məhkəməsində xüsusi amansızlıqla qətl törətməkdə təqsirləndirilən Ruslan İlyasovun cinayət işi üzrə məhkəmə başa çatıb. ARANTV.AZ xəbər verir ki, hakim Azad Məcidovun sədrlik etdiyi iclasda hökm oxunub. Hökmə əsasən, R.İlyasov 18 il müddətinə azadlıqdan məhrum edilib. Qeyd edək ki, hadisə bu ilin aprel ayında Mərdəkan qəsəbəsində yerləşən bağ evində baş verib. Məlumata görə, 46 yaşlı R.İlyasov bağban işlədiyi bağ evinin sahibi Musayev Sergey Anatolyeviçi qətlə yetirib. Cinayət aləti qismində oraq və baltadan istifadə olunduğu müəyyən edilib. Hadisə yerini tərk edən R.İlyasov daha sonra polisə zəng edərək qətl törətdiyini, ən…

Read More
Kriminal 

Bu hadisə hər kəsi DƏHŞƏTƏ GƏTİRƏCƏK: ər hamamda arvadı ilə birlikdə…

Bakıda qısqanclıq zəminində arvadını öldürməkdə təqsirli bilinən Quba rayon sakini Bəhruz Babayevin (cinayət işində adı keçən şəxslərin ad və soyadları şərti verilib – red.) barəsində olan cinayət işi üzrə məhkəmə işi başa çatıb. ARANTV.AZ xəbər verir ki, Bəhruz Babayev paytaxtın Nərimanov rayonunda arvadı Sevda Babayeva və bir azyaşlı övladı ilə kirayə yaşayıb. O, qaldığı evdə arvadını mütəmadi olaraq döyüb və digər zorakı hərəkətlər göstərib. Arvadına işgəncə verdi Bəhruz Babayev arvadını güclü fiziki ağrı və psixi iztirablar verib, həmçinin onun üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı xüsusi amansızlıqla döyüb. Belə ki,…

Read More
Kriminal 

Əri ölən qadına təcavüz etdi, 22 nəfər döyüb başını kəsdi – ŞOK QƏTL

Ötən gün Space TV-də yayımlanan “Gəl dərdini danış” verilişinə müraciət edən qadın şok açıqlamalar verib. ARANTV.AZ metbuat.az-a istinadən xəbər verir ki, o, 41 yaşlı qardaşı Əli Əliyevin dəhşətli qətlindən danışıb. Gəncə şəhərindən gələn qadın iddia edib ki, onun qardaşını 22 nəfər döyərək qətlə yetirib. “Qardaşım özündən çox cavan bir gəlinlə münasibətdə olub. Həmin qadının əri dünyasını dəyişmişdi. Bir illik sevgi münasibətləri olub. Bir gün qadının hamilə olduğunu bildik. Bu zaman onun qohumları qardaşımı döyərək İmamzadənin yaxınlığında başını kəsdilər. Guya qardaşım o qadını zorlayıb”.

Read More
Kriminal 

Bakıda 26 yaşlı kişi bıçaqlandı

Bakıda mübahisə zamanı 26 yaşlı oğlan bıçaqlanıb. ARANTV.AZ-ın məlumatına görə, hadisə Binəqədi rayonu,Binəqədi qəsəbəsi DSK yolu adlanan ərazidə baş verib. Belə ki, 1993-cü il təvəllüdlü Rzayev Fərrux Elşən oğlu mübahisə zəminində naməlum şəxs tərəfindən belindən bıçaq zərbəsi alıb. Faktla bağlı araşdırma aparılır. oxu.az

Read More
Kriminal 

Daşkəsəndə 19 yaşlı oğlan kəndlisini bıçaqlandı – Səbəb qısqanclıq

Daşkəsəndə gənc oğlan qısqanclıq zəminində bıçaqlanıb. ARANTV.AZ  Trend-ə istinadən xəbər verir ki, hadisə rayonun Quşçu kəndində baş verib. Kənd sakini – 2000-ci il təvəllüdlü Həsənli Eltun İlham oğlu həmkəndlisi Hüseynov Gəncəli Hüseyn oğlu ilə mübahisə edib. Mübahisə nəticəsində G.Hüseynov E.Həsənliyə baş, qarın və bədəninin sol hissəsindən 4 bıçaq zərbəsi endirib. Yaralı komatoz-şok vəziyyətində xəstəxanaya çatdırılıb. İlkin araşdırma zamanı hadisənin qısqanclıq zəminində baş verdiyi məlum olub. Faktla bağlı Daşkəsən rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb.

Read More
Kriminal 

Qısqanc ər arvadını öldürmək istədi – Ağcabədi rayonunda QANLI CİNAYƏT

Ağcabədi rayonunda arvadını öldürməyə cəhddə təqsirli bilinən Rafiq Əliyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb. Cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Elmin Rüstəmovun icraatına verilib. Qeyd edək ki, hadisə bu ilin may ayında gecə saatlarında rayonun Taxtakörpü kəndində qeydə alınıb. Kənd sakini, 1974-cü il təvəllüdlü Rafiq Əliyev qısqanclıq zəminində arvadı, 1980-ci il təvəllüdlü Tahirə Əliyeva ilə mübahisə edib. Qısqanc ər cibində gəzdirdiyi bıçaqla arvadına çoxsaylı zərbələr vurub. Daha sonra hadisə yerindən qaçıb. Yaralı qonşular tərəfindən xəstəxanaya çatdırılan qadının həyatını xilas etmək mümkün olub.…

Read More
Kriminal 

Bakıda kişini kürəyindən bıçaqladılar

Bakıda 32 yaşlı kişi bıçaqlanıb. ARANTV.AZ -ın məlumatına görə, hadisə gecə saatlarında paytaxtın Xətai rayonu, M.Rüstəmov küçəsi 20 ünvanında qeydə alınıb. 1987-ci il təvəllüdlü Bayramov Rafis Rais oğlu naməlum şəxs tərəfindən kürəyindən bıçaq zərbəsi alıb. Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən, Bakı sakini, 2001-ci il təvəllüdlü Hüseynov Vüsal Rasim oğlu saxlanılıb. Faktla bağlı araşdırma aparılır. oxu.az

Read More
Kriminal 

19 yaşlı gəlinin qətli ilə bağlı DƏHŞƏTLİ FAKTLAR ÜZƏ ÇIXDI: Qayını sevgilisi ilə tutur və…

Ağsunun Qiyaslı kəndində 19 yaşlı gəlinin boğularaq öldürülməsi ilə bağlı yeni detallar üzə çıxıb. Qiyaslı kənd sakini Nəriman Zahidov qardaşının həyat yoldaşı, 19 yaşlı Xumar Zahidovanı namus üstündə qətlə yetirib. Bakıda fəhlə işləyən Nəriman qardaşının arvadı ilə bağlı yayılan iddiaları dəqiqləşdirmək üçün evlərinə qayıdıb və onun hərəkətlərindən şübhələnib. Şübhəsini daha da dəqiqləşdirmək üçün plan qurub. Belə ki, hadisədən bir gün qabaq evdəkilərə Bakıya qayıdacağını söyləyib. Növbəti gün səhər tezdən Bakıya getmək adı ilə evdən çıxıb, lakin kənddən çıxmayıb. Geri qayıdaraq evin yaxınlığında gizlənib. Qaynının Bakıya getdiyinə əmin olan Xumar Zahidova…

Read More
Kriminal 

Göygöldəki dəhşətli qətlin təfərrüatı – Dul qadın evlənmək istəyib, gəncin ailəsi razı olmayıb

Göygöldə gənc qadının həyatına son qoyan kişi saxlanılıb. ARANTV.AZ xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanları mənbələrindən məlumat verilib. Qeyd edək ki, sentyabrın 8-də Göygöldə qətl hadisəsi baş verib. Cinayətin qurbanı “Beynəlxalq Bank”ın Gəncə filialının əməkdaşı 35 yaşlı Günay Cəlilli olub. Qatil gənc qadının başını kəsib. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Göygöl polis əməkdaşları cinayətdə şübhəli bilinən 1991-ci il təvəllüdlü Orxan Məmmədovu Bakıda yaxalayıblar. İlkin məlumatlara görə, G.Cəlilli iki uşaq anası dul qadın olub. Onun O.Məmmədovla yaxın münasibətdə olduğu bildirilir. Şəxslər arasında münaqişənin yaranma səbəbi isə G.Cəlillinin O.Məmmədovdan evlilik tələbi olub. O.Məmmədov isə…

Read More
Kriminal 

Qısqanc kişi sevgilisini öldürüb intihara cəhd etdi – MƏHKƏMƏ

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Fərhad Abışovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib. ARANTV.AZ  xəbər verir ki, məhkəmədə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmə baxışı sentyabrın 16-na təyin edilib. Qeyd edək ki, qətl hadisəsi paytaxtın Səbail rayonu Bayıl qəsəbəsində baş verib. Cinayət bu il iyunun 7-də gecə saatlarında Arif İsmayılov küçəsində qeydə alınıb. F.Abışov 38 yaşlı Mikayılova Kəmalə Hümmət qızına hücum çəkərək ona bir neçə bıçaq zərbəsi endirib. K.Mikayılova yaralı halda onu bıçaqlayan şəxsdən qurtulmaq üçün tanımadığı qadının evinə sığınıb, lakin bir müddət sonra həmin evdə qanaxmadan…

Read More